«Artıq təngə gəlmişəm»
«Bayaqdan hamı buna görə mənə zəng vurur»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Amaliya Pənahovanın üzü və içimizdəki şeytan ...
... Yaxud özünü başqasının yerinə qoymaq bacarığı
-
«London taksisi»ndə xaos
Sürücülər kütləvi sürətdə işdən çıxır
-
13 müəllimin halı pisləşib
İmtahanın nəticələrini biləndən sonra...
-
Xalq artisti Amaliya Pənahova Mərdəkan qəsəbəsindəki bağ evinə oğru girməsi ilə bağlı xəbərə münasibət bildirib.
«Aznews.az» xəbər verir ki, aktrisa yayılan xəbərlərin yalan olduğunu bildirib: «Bayaqdan hamı buna görə mənə zəng vurur. Artıq təngə gəlmişəm. Yalan xəbərdir».
Qeyd edək ki, xalq artistinin evinə oğru girməsi ilə bağlı «lent.az-a» Xəzər Rayon Polis İdarəsindən məlumat verilmişdi.
***
13:34
Azərbaycanın xalq artisti Amaliya Pənahovanın Mərdəkan qəsəbəsindəki bağ evinə oğru girib.
Xəzər Rayon Polis İdarəsindən lent.az-a verilən məlumata görə, hadisə ilə bağlı A.Pənahova özü polisə məlumat verib və bəlli olub ki, evdən nə isə götürülməyib.
Hadisə yerinə gələn polislər evin giriş qapısının açıq qaldığını və evdəki əşyaların dağıdıldığını görüblər.
O da bildirilir ki, A.Pənahovanın evindən keçən ilin sentyabr ayında 30 min manat oğurlanıb.