vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
15:48 | 11 aprel 2014 | Cümə Məqaləyə 3165 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Atletiko»nun bəxti güldü

Çempionlar Liqasının püşkü atıldı

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə qitənin ən nüfuzlu klub turnirinin qalibi adına iddia edən 4 nəhəng komandanı finala gedən yolda son rəqibi müəyyənləşib.

Püşk mübarizəni davam etdirən klublar arasında ən titullu olanlar – «Real» və «Bavariya»nı üz-üzə qoyub. Turnirin 9 qat qalibi olan ispaniyalılar ötən mövsümün ən yaxşısını dayandırmağa çalışacaq. «Atletiko» isə «Çelsi» ilə qarşılaşacaq. Madridlilərin London təmsilçisindən icarəyə götürdüyü əsas qapıçısı Tibo Kurtua anlaşmaya uyğun olaraq, məxsus olduğu kluba qarşı oynaya bilməyəcək. Hər iki cütdə ilk matç Madriddə baş tutacaq.

Püşkatmada finalın nominal meydan sahibi də müəyyənləşib. Mayın 24-də Portuqaliyanın paytaxtı Lissabonda baş tutacaq qarşılaşmada «Real» – «Bavariya» cütünün qalibi ev sahibi sayılacaq.

 

Çempionlar Liqası

Yarımfinal

«Real» (İspaniya) - «Bavariya» (Almaniya)

«Atletiko» (İspaniya) - «Çelsi» (İngiltərə)

 

Qeyd edək ki, yarımfinal mərhələsinin oyunları aprelin 22-23-də və 29-30-da keçiriləcək.