İki dostun həyata keçməyən planları
Midhat Çelikpal: «Elnur Aslanovla Elşad İsgəndərovun nurçularla birgə layihələri vardı»
Zaur RƏSULZADƏ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
15 milyon tondan 25-ə çatdırmaq
İlham Əliyev: “Bəzi günlərdə limanda tıxaclar yaranır”
-
10858 min ton...
Birinci rübdə TRACECA ilə yükdaşımalar 6,7 faiz artıb
-
Yeni yollara ehtiyac var
Paşinyan tək Azərbaycanla yox, həm də AB və Çinlə üz-üzə qalır
-
Naxçıvan BTQ-yə qoşulur
Muxtar bölgənin blokadadan çıxması Ermənistanın planları alt-üst edəcək
-
“Planlarımız var”
Türkmənistan Bakı-Tiflis-Qars layihəsinə qoşula bilər
-
BTQ ilə taxıl nəqli
Bakı-Qars dəmir yolunda ilk dəfə hopperdən istifadə olunub
-
Tehran-Bakı dəmiryol xətti nə vaxt işə salınacaq?
İranlı rəsmi: “Bu, “Şimal-Cənub” nəqliyyat marşrutunun tərkib hissəsi olacaq”
-
Bakıdan İstanbula qatarla sərnişindaşıma gecikəcək
Səyahət ilkin mərhələdə Qarsa qədər davam edəcək
-
Bakı işğalçını yeni rəqabət müstəvisinə çəkir
Azərbaycan-Ermənistan iqtisadi savaşı dərinləşir - Qarabağ bu davanın qalibinə qalacaq
-
Gürcüstana ayrılan kreditin qalığı…
Bakı-Tiflis-Qars işə düşübsə 176 milyon manat niyə ayrılıb?!...
-
İlin əsas iqtisadi yekunu - BTQ, yeni neft kontraktı və manat...
Azərbaycanın tanınmış iqtisadçıları yola saldığımız ili dəyərləndirdilər
-
«BTQ inteqrasiyaya kömək edəcək»
ABŞ səfiri: «Azərbaycan getdikcə əhəmiyyətli tranzit mərkəzinə çevrilir»
-
Daha iki dövlət Ermənistanın izolyasiyasına qoşuldu
Özbəkistan və Hindistan yanvardan yüklərini BTQ və «Şimal-Cənub» nəqliyyat dəhlizi ilə daşımaq qərarı verdi
-
Ərdoğan Soçidən niyə nəticəsiz döndü?...
Azərbaycanın indiyədək yazılarda oxuduğumuz böyük geosiyasi önəmi hazırda reallığa çevrilir
-
Bakı reaksiya verəcəkmi?
Gürcüstan tezliklə Ermənistanı Rusiyaya birləşdirən dəmir yolunu açır
-
Ermənistana «Lazurit»li zərbə
Bakının basqısı işğalçının blokadasını gücləndirir: «İpək Yolu»nun davamı olacaq daha bir dəhliz düşməni təklənmiş duruma salacaq...
«Mən Elnur Aslanovla Elşad İsgəndərovun Azərbaycanda vəzifədən çıxarıldıqlarını bilirəm. Mənə məlum olduğuna görə, bu iki şəxsin «Gülən camaatı»nın fəalları ilə çox sıx dostluq münasibətləri və birgə layihələri var idi.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Bakıya səfər edəndə mətbuatda belə məlumat yayıldı ki, bizim baş nazir Azərbaycan hakimiyyət orqanlarına nurçuların adlarının olduğu xüsusi siyahı verib. Türk xüsusi xidmət orqanları bu xüsusi siyahını Ərdoğanın onu rəsmi Bakıya təqdim etməsi məqsədilə hazırlamışdısa, deməli, buna çox ciddi əsaslar olub.
Yadınıza salın ki, Türkiyə hökuməti əvvəlcə hərbçilərlə mübarizəyə başlamışdı, indi isə gülənçiləri əsas hədəf kimi seçib. Görünür, Türkiyə hakimiyyətində nurçular sektasının Azərbaycanda geniş və dərin şəbəkə qurması barədə hansısa ciddi məlumatlar olub».
Bu sözləri virtualaz.org saytının müxbiri ilə söhbətində İstanbulun Kadır Has Universitetinin (Kadir Has University) professoru, politoloq Midhat Çelikpal deyib.
Türkiyəli alimin sözlərinə görə, Fətullah Gülənin sektasının ABŞ xüsusi xidmət orqanları ilə sıx bağlı olması hamıya məlum olan faktdır: «Bu fakt Türkiyə hakimiyyətinə də yaxşı məlumdur. Lakin sual olunur: Türkiyə hakimiyyəti bu haqda indiyə qədər niyə susurdu? Yaxud Azərbaycanı götürək. Hamıya məlumdur ki, gülənçilər Azərbaycanın neft şirkətləri və layihələrinə ABŞ-da uzun müddət lobbiçilik ediblər. Beləliklə, Azərbaycanın enerji şirkətlərinin əlaqələri gülənçilərlə orada kəsişirdi. Unutmaq olmaz ki, Gülənin sektası xaricdə lobbiçilik işi qurmaqda, bu cür fəaliyyəti təşkil etməkdə çox peşəkardır. Nurçular ABŞ-da o qədər gücləniblər ki, senatorlara hətta indi də çox ciddi şəkildə təsir göstərə bilərlər. Yəni gülənçilər ABŞ-da çox güclü və şaxələnmiş böyük şəbəkəyə malikdirlər».
M.Çelikpal Bakıda gülənçilərə basqıların gələcəkdə də davam edib-etməyəcəyinin mümkünlüyü barədəki suala belə cavab verdi ki, görünür, baş nazir Ərdoğan rəsmi Bakıdan onların Azərbaycana təsirlərini mümkün qədər azaltmağı xahiş edib. Lakin politoloqun sözlərinə görə, gülənçilər də Azərbaycandakı mövqelərini bu asanlıqla əldən verməyəcəklər.
Ərdoğan hökumətinin xarici siyasət kursunun qarşısında dayanan vəzifələri şərh edən professor M.Çelikpal qeyd etdi ki, Ankaranın siyasətinin məqsədi Türkiyənin əsas və nüfuzlu oyunçulardan biri olacağı bir regional münasibətlər sistemi yaratmaqdır: «Məlum olduğu kimi, Azərbaycan Türkiyənin ən sadiq və etibarlı müttəfiqlərindən biridir. Türkiyənin Gürcüstanla da əla münasibətləri var. Amma Ermənistan Türkiyənin regionla bağlı planlarının reallaşmasının qarşısında maneə kimi dayanmaqda davam edir. Doğrudur, bəzən Türkiyə ilə Azərbaycanın maraqları da üst-üstə düşmür. Belə hallar da olur. Amma bu iki ölkə bir məsələdə həmişə eyni mövqedən çıxış edir: Ermənistanın Cənubi Qafqazdakı layihələrdə - istər Bakı-Tiflis-Ceyhan neft kəməri, istərsə də Bakı-Tiflis-Qars dəmiryol xətti layihələrində - iştirak etməsinə imkan verməmək. Daha bir əsas məsələ var. Bu da odur ki, rəsmi Bakı Türkiyə-Ermənistan yaxınlaşmasının baş tutmaması üçün əlindən gələni edir. Azərbaycan bununla bağlı Türkiyə ictimaiyyətinə təsir göstərir. Azərbaycan Dövlət Neft Şirkəti Türkiyədə iş görən nəhəng sərmayədardır. Türkiyə-Ermənistan əlaqələrinə gəlincə isə mən bunun perspektivini görmürəm, münasibətlərin normallaşması prosesi dayanıb».