vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 3 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
KRİMİNAL, CİNAYƏT  
16:11 | 16 may 2014 | Cümə Məqaləyə 1571 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

600 minlik cinayət

Baş Prokurorluq dələduzluq cinayətini üzə çıxardı

MÖVZU İLƏ ƏLAQƏLİ

Külli miqdarda özgə əmlakını ələ keçirmiş vəzifəli şəxsin qanunsuz əməlləri ifşa olunub. Baş Prokurorluğun mətbuat xidmətindən Vaxt.az-a verilən məlumata görə, Latviya Respublikasında qeydiyyatdan keçmiş «Trasta Komercbanka» Səhmdar Cəmiyyətinin Azərbaycan nümayəndəliyinin rəhbərinin qanunsuzluqlara yol verməsi barədə Bakı şəhər sakininin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırmalarla nümayəndəliyin rəhbəri Bəyəli Mürsəlovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Bakı şəhər sakininin həmin bankda hesabında olan 600 min avro məbləğində pulunu istixana üçün avadanlıq alınması adı ilə xaricdə fəaliyyət göstərən şirkətlərin bank hesablarına köçürməklə sonradan özgəyə məxsus külli miqdarda əmlakı ələ keçirib dələduzluq etməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.