vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
19:58 | 10 may 2017 | Çərşənbə Məqaləyə 3499 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Birmənalı olaraq bildiririk ki, ...»

Azərbaycandakı erməni şəbəkəsini «Mossad» ifşa edib?

MÖVZU İLƏ ƏLAQƏLİ

Müdafiə Nazirliyi ermənilərə işləyən qrupun guya «Mossad» təşkilatının köməkliyi ilə aşkar edilməsi barədə bəzi KİV-də gedən məlumata münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən virtualaz.org-a verilən xəbərə görə, düşmənlə məxfi əməkdaşlığa cəlb olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxslərin aşkar edilməsi və ifşa olunması Müdafiə Nazirliyinin müvafiq qurumları tərəfindən edilib.

«Birmənalı olaraq bildiririk ki, bu məsələdə «Mossad» adlı qurumun heç bir fəaliyyəti olmayıb. Toplanılan materiallar müvafiq qaydada Respublika Baş Prokurorluğuna təqdim olunub», - deyə mətbuat xidmətindən bildirilib.