«Zəncirvari olub»
«Onları Eldar Mahmudovun və Səfər Əbiyevin dövründə ələ alıblar...»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Süni əngəllərlə boğulan Naxçıvan
Camaatdan oğurladığını bazarda satdıran zehniyyət
-
İsrarlı çağırış
Qarşı tərəfdən mütləq cavab olacaq
-
Dərə xəlvət olanda ...
... Yaxud “Muxtarlıq”ın xanədanı
-
Naxçıvanda həbslər başladı
132 milyon dövlət vəsaiti mənimsənilib
-
Kəşfiyyat-pozuculuq
İran Azərbaycana qarşı iş aparır
-
“Həddini aşana yer ver, əlinə bel”
... Yaxud mərkəzdənqaçma və izafi büdcə xərci
-
Naxçıvanda nə baş verir?
Yoxlamalar, yasaq, nəzarət ...
-
DTX polkovniklə bağlı araşdırma aparır
Əhmədovun Babək Səmidlinin səsini hansı məqsədlə yazdığı açıq qalır
-
Naxçıvan gömrüyündə əməliyyat
DTX istintaq aparır, həbslər var
-
İrana səfər etməyin!
Qondarma ittihamla həbs edə bilərlər ...
-
Bataqlıq böyüyür ...
İran Azərbaycanın hərbi sirrini ermənilərə bu yolla ötürüb
-
Casusların yazışmaları istənilib
DTX İran şəbəkəsinin üzvləri ilə məlumatları “Meta” və “Telegram”dan tələb edə bilər
-
İranın daha bir casus şəbəkəsi ifşa olunub
DTX rəsmi açıqlama yaydı
-
Kameralar da izlənilirdi
Müharibə dövründə Azərbaycanın ələ keçirilən Ermənistana aid internet resurslarının siyahısı açıqlandı
-
Düşmən özü tələyə düşdü
DTX Cəbrayılda Azərbaycanın 7 min hərbçisini mühasirədən necə çıxartdı?
-
Telefon rabitəsi, bank sistemi işləmədi
DTX separatçıların Xankəndidəki mobil-rabitə provayderini necə çökdürdü?
Xəbər verildiyi kimi Azərbaycanın Baş prokurorluğu, Dövlət Təhlükəsizlik Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi ötən bazar günü sensasion birgə bəyanatla çıxış edərək cəbhəboyu Tərtər rayonunda ermənilərə işləyən bir qrup hərbçi və mülki şəxsin ifşa edilərək yaxalandığını bildirib. Bəyanatda deyilir ki, həmin şəxslər hərbi sirr təşkil edən məlumatları erməni tərəfinə ötürüblər, habelə erməni xüsusi xidmət orqanlarının təlimatı ilə Bakıda terror aktları və sabitliyi pozmaq üçün təxribatlar planlaşdırıblar.
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl virtualaz.org-a bu bəyanatı şərh edərkən deyib ki, düşmən tərəfin adamlarını ələ almaq və kəşfiyyat şəbəkəsi yaratmaq belə demək olarsa, bir-biri ilə döyüşən ölkələr üçün normal haldır. «Və çox yaxşıdır ki, düşmə şəbəkəsini cəbhəboyu zonada üzə çıxarmaq mümkün olub»-İlham İsmayıl deyib.
Ekspertn sözlərinə görə, hərbçilərin və mülki şəxslərin sırasından kəşfiyyat şəbəkəsi yaratmaq bir ayın, hətta bir ilin işi deyil. «Bu, uzun prosesdir. Aydındır ki, bu adamları MTN-in və Müdafiə Nazirliyinin keçmiş rəhbərliyinin dövründə ələ alıblar», - o bildirib.
İlham İsmayıl əmindir ki, belə hallarda düşmən xüsusi xidmət orqanları təkcə maddi şirnikləndirmədən deyil, kompromatlardan da istifadə edir. «Əvvəlcə adamları ələ alıblar, sonra bunu kompromat kimi istifadə edərək başqa adamları agentliyə cəlb etmək üçün istifadə ediblər. Yəni zəncirvari. Kompromat qismində korrupsiya və ya buna bənzər nəsə deyil, düşmən kəşfiyyatı ilə əməkdaşlığın özü xidmət edir», - ekspert deyib.
İlham İsmayılın fikrincə ifşa edilən şəbəkənin əsas vəzifəsi hətta diversiya deyil, kəşfiyyat olub. Yəni onların qarşısına Azərbaycan ordusunun potensialı, vəziyyəti, strateji obyektlər və qoşunların yerdəyişməsi, hərbi texnika, qoşunların mövqeləri kimi hərbi sirr təşkil edən məlumatları toplayıb ötürmək vəzifəsi qoyulub. «İstənilən bu cür kəşfiyyat məlumatı diversiya məqsədi ilə istifadə oluna bilər», - İlham İsmayıl əlavə edib.
Ekspert deyib ki, o, özü Tərtər rayonundandır və vaxtilə düşmənə bir qarış da olsun torpaq verməyən bu rayonun əhalisi baş vermiş hadisədən şokdadır. İlham İsmayıl digər cəbhəboyu rayonlarda da casus şəbəkəsinin olmasını istisna etmir.
«İstənilən rayonda hərbi obyektlərin yaxınlığında mülki obyektlər var, hansı ki, onlar müharibə zamanı mühüm əhəmiyyət kəsb edə bilər. İstənilən halda casus şəbəkəsinin aşkarlanması onu göstərir ki, Azərbaycanda əks-kəşfiyyat işləyir, real əks-kəşfiyyat işi aparılır, bizim hüquq-mühafizə orqanları hələ çox iş görməlidir», - İlham İsmayıl vurğulayıb.