vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
DİASPOR  
16:39 | 10 iyun 2014 | Çərşənbə axşamı Məqaləyə 3481 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycanlılar Ukraynada telekanal açdılar

«Diaspora TV»-nin verilişləri bir neçə dildə yayımlanacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukraynadakı Azərbaycan diasporunun internet üzərindən yayımlanacaq televiziya kanalı - «Diaspora TV» fəaliyyətə başlayıb.

«Trend»in məlumatına görə, «Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu» tərəfindən təsis olunmuş telekanalın məqsədi Azərbaycan mədəniyyəti, siyasəti, tarixi və dövlətçiliyini dünya ictimayyətinə təqdim etmək, ölkəmiz haqqında yayılan qeyri-obyektiv informasiyaların qarşısını alaraq, Azərbaycan dövlətinin siyasətini dünya miqyasında təbliğ etməkdir. Kanalın məqsədlərindən biri də müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan diasporunun gördüyü işləri işıqlandırmaq və onlara informasiya dəstəyi göstərməkdir.

Sutkada 18 saat efirdə olacaq «Diaspora TV»-nin xəbərlər buraxılışı hər 3 saatdan bir canlı yayımlanacaq və Ukrayna ali məktəblərinin jurnalistika fakültələrində təhsil alan gənc jurnalistlər tərəfindən hazırlanacaq, peşəkar redaktorlar tərəfindən yoxlanılaraq efirə buraxılacaq. Kanalın xəbərlər xidməti CNN, Reuters və BBC şirkətləri ilə sıx əməkdaşlıq etməyi nəzərdə tutub.

«Diaspora TV»-nin digər verilişləri isə Azərbaycanın sosial, siyasi və mədəni həyatını əks etdirən çoxsaylı müəllif proqramları, müxtəlif tok-şou, musiqili-əyləncəli, intellektual oyun və maarifləndirici proqramlardan ibarət olacaq. Verilişlərin Azərbaycan, rus, ukrayna, ingilis və digər dillərdə yayımlanması nəzərdə tutulub. «Diaspora TV» Ukrayna, Rusiya, eləcə də xarici aparıcı distribüter şirkətləri ilə əməkdaşlıq etməyi planlaşdırır.