Zahid Orucdan erməni deputatlara şok təklif
«Gedin, Xocalı abidəsi qarşısında baş əyin»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
Nazirlərin təyyarəsi xarab oldu
İki ölkə rəsmiləri arasında günlərdir gözlənilən görüş təxirə salındı
-
NATO-dan İsveç və Finlandiyaya rəhbərlik təklifi
“Baltik dənizindən Arktikaya qədər Şimali Avropanın təhlükəsizliyini təmin etmək”
-
... “Silah, yoxsa yağ?”
Avropanın acı dilemması ...
-
Stoltenberqdən özünü tənqid
“NATO Ukrayna müharibəsinin qarşısını almaq üçün daha çox şey edə bilərdi”
-
“İntiqam yoluna qədəm qoyub”
“Qərb Ukrayna tipli müharibəyə hazırlıq üçün Asiyada ittifaqlar qurur”
-
Putindən Qərbə xəbərdarlıq
“Rusiyaya hücuma icazə vermək müharibəyə qoşulmaq deməkdir”
-
Stoltenberqə yeni vəzifə
Münhen Təhlükəsizlik Konfransının sədri ilk dəfə alman olmayacaq
-
NATO-dan mesaj
“Avropa və Asiyanın təhlükəsizliyi ayrılmazdır”
-
“Vəziyyət ciddidir”
NATO-ya Rusiya xəbərdarlığı
-
Berlindən Moskvaya növbəti ittiham
“Rusiya hərbi kəşfiyyat bölməsi NATO ölkələrinə kiberhücumlar həyata keçirib”
-
Seçkidən 5 gün sonra yanğın
Saksoniya dağlarındakı yanğın əyalətə nə qədər ziyan vurub?
-
ABŞ ordusu neçə cəbhədə döyüşə bilər?
Müttəfiqləri öz müdafiələri barədə düşünməli, Pentqaona çox da bel bağlamamalıdır
-
Stoltenberqdən Çinə çağırış
NATO-nun baş katib: “Rusiyaya dəstəyi dayandırın”
-
Siyasətdən gedir
Tobias Billströmdan istefa qərarı
Bakıda keçirilən NATO seminarı çərçivəsində Azərbaycan və erməni parlamentariləri arasında sərt siyasi çəkişmə davam edir. Nakapetyanın ölkəsini demokratik ideallara sadiq bir dövlət kimi xarakterizə etməsi və guya Qarabağın müstəqilliyi sağlığına badə qaldırmalarına dair xəbərlər yaymasına son dərəcə kəskin və tutarlı cavab millət vəkili Zahid Orucdan gəlib. O, ilk olaraq tədbir iştirakçılarının diqqətini ona cəlb edib ki, üç gün ərzində seminarın ən yüksək ideyalar şəraitində və işçi atmosferdə keçməsini, müxtəlif pozuculuq niyyətlərinin baş tutmamasını və Azərbaycan tərəfinin heç kəsi basqı və mənəvi təzyiq qarşısında qoymadığını hər kəs təsdiq edə bilər.
Daha sonra Zahid Oruc tribunadan bunları səsləndirib: «Ermənilər guya Azərbaycan parlamentində Qarabağın müstəqilliyi şərəfinə badə qaldırıblar. Halbuki belə bir fakt baş verməyib və bu uydurma geri dönərkən özlərini qəhrəman obrazda təqdim etmək üçün Poqosyanın cəfəng uydurmasıdır. Erməni cəmiyyəti də bunun belə olduğunu bilməlidir. O ki, qaldı belə sağlığa, bu, Qarabağ ermənilərinin gələcək bədbəxtliyinə və faciəsinə içilən zəhərdən başqa bir şey deyil. Dözümlü cəmiyyət məsələsinə gəldikdə isə, qoy bu tədbir başa çatandan sonra erməni deputatları gedib Azərbaycanın Xocalı abidəsi qarşısında baş əysinlər, dedikləri kimi cəsarətli və azad olduqlarını nümayiş etdirsinlər və ata-babalarının günahlarına görə onlardan üzr istəsinlər.
Hərçənd ki, orada xatirəsi əbədiləşənlərin buna nəinki ehtiyacı yoxdur, üstəlik, bu, onlar üçün daha amansız sınaqdır, lakin belə addım atacaq şəxslərin - olsun ki, sadə erməninin, yaxud deputatın, geri dönən kimi Ermənistanda linç edilərək qətlə yetiriləcəyini göstərmək üçün mən bu ağır təklifi səsləndirməyə məcbur oldum. Halbuki normal toplumlarda belə olmamalı idi. Almanlar bu gün Xolokost qurbanlarını ziyarət edirlər». Qeyd edək ki, artıq seminar yekun bəyanatların verilməsi ilə başa çatıb.