vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
MƏHKƏMƏ, İSTİNTAQ  
20:17 | 19 iyun 2014 | Cümə axşamı Məqaləyə 1428 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Zeynalov bir aydır karserdə saxlanılır»

Vəkil Viktor Annikuşkin: «O, Qafqazlı olduğu üçün təhqirləri sakit qarşılaya bilməzdi»

MÖVZU İLƏ ƏLAQƏLİ

25 yaşlı Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinərək həbs olunan Azərbaycan vətəndaşı Orxan Zeynalovun cinayət işi üzrə məhkəmənin dünən başlanılan ilkin hazırlıq iclası bu gün də davam etdi. Media nümayəndələrinə iclas başlamadan öncə görüntü almaları üçün icazə verildi. Orxan Zeynalovun əllərindəki şişlər və üzündəki yorğunluq diqqət çəkirdi. Nəzarətçilər arasında isə yenə də xüsusi təlim görmüş it vardı. Daha sonra mətbuat nümayəndələri salondan çıxarıldı və bir saat davam edən iclasda məhkəmə baxışının iyunun 30-na təyin olunması barədə qərar qəbul edildi.


Orxan Zeynalovun müdafiəsi ilə məşğul olan vəkillər isə istintaqın doğru aparılmadığını və hadisənin səbəblərini tam araşdırmadan Orxan Zeynalovun ağır cinayətdə ittiham olunduğunu deyirlər.

Vəkil Viktor Annikuşkin bildirib ki, məhkəmə zamanı bildirib ki, istintaq zamanı hadisənin hansı səbəbdən törədildiyi tam araşdırılmayıb.

Halbuki hadisə şahidi Kseniya Popova da tərəflər arasında bir münaqişə olduğunu deyir. Alınan məlumatlara görə, bu hadisə milli ədavət zəminində baş verib. Yeqor Şerbakov Orxan Zeynalovu milli zəmində təhqir edib. Zeynalov isə Qafqazlı olduğu üçün belə təhqirləri sakit qarşılaya bilməzdi. Bütün bu faktlar diqqətə alınmalıdır», - deyə vəkil vurğulayıb.

Vəkillər O.Zeynalovun 1 aydan uzun müddətdir ki, ağır rejimli kamerada karserdə tutulduğunu, ancaq bunun səbəbini bilmədiklərini deyiblər.

Qeyd edək ki, Orxan Zeynalov ötən ilin oktyabrında Rusiya vətəndaşı Yeqor Şerbakovu 20 bıçaq zərbəsilə öldürməkdə təqsirləndirilir. Həmin vaxt qafqazlı qatilin tapılmasını tələb edən yüzlərlə rus millətçisi Qərbi Biryulevo rayonunda yerləşən «Biryuza» ticarət mərkəzi və «Pokrov» meyvə-tərəvəz bazasına hücum edərək orada çalışan miqrantları döymüşüdülər. Hadisədən sonra bazarlar bağlanıb, xeyli sayda miqrant isə ölkədən çıxarılıb.