vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
AMERİKA  
11:42 | 20 iyun 2014 | Cümə Məqaləyə 1286 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ-da seçicilərinin səsini kim oğurlayır?

Corc Buşu qardaşı prezident etdi?

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Ali Məhkəməsi Ohayo ştatının bir hüquq müdafiə təşkilatına seçkiqabağı kampaniya zamanı siyasətçilərin yalan danışmasını yasaqlayan qanuna etiraz etməyə icazə verib.


Bu barədə AzVision.az Qərb KİV-nə istinadən xəbər verir.

Məhkəmə belə bir qanunun ABŞ Konstitusiyası tərəfindən zəmanət verilən söz azadlığını, pozmasına dair iddiaçıların ərziəsini qəbul edib. İddia abortlara qarşı çıxan `SBA List` təşkilatı tərəfindən irəlı sürülüb.

Məhz Ohayo ştatında seçkiönçəsi kampaniya zamanı iştirakçıların yalan bəyanatlar səsləndirilməsinin mümkünlüyü barədə qızğın müzakirələr gedib. “Namizədin düz və yalan danışdığını seçicilər müəyyənləşdirməlidir, bürokratlar yox”, - deyə yalan danışmağın qanunvericilikdə təsdiqlənməsini tərəfdarları bildirib. Faktiki olaraq məntiqsiz olan bu iddianı nəticədə ABŞ Ali

Məhkəmə nəzarət götürməyə qərar verdi.

Kimisə bu xəbər sensasiyalı görünəcək, lakin dərhal deyə bilərəm ki, bu xəbər bizi təəccübləndirmədi. Çünki, bu cür absurd şeylər daha əvvəllər də ABŞ-da baş verirdi. Bunun üçün sadəcə 2000-ci ildə ABŞ-da respublikaçı Corc Buş və demokrat Albert Qor arasında əsas mübarizənin getdiyi prezident seçkilərinin xatırlamaq lazımdır. Seçkinin taleyini Florida ştatının (xoşbəxtlikdən həmin zaman bu ştatın qubernatoru Corc Buşun qardaşı idi) sakinlərinin səsi həll etdi. Belə bir yekun hələ Birləşmiş Ştatlar tarixində olmayıb.

Rəsmi olaraq yekun nəticələr elan olunana qədər ay ərzində xeyli sayda səslərin təkrar sayılması və məhkəmə iclasları baş tutdu. Bundan əlavə bu, qalibin məğlub olan namizədə nisbətən daha az seçici səsi topladığı hadisə idi. Bütün bunlar amerika və xarici mətbuatın diqqətini çəkdi və seçkilərin nəticələrinin saxtalaşdırılmasına dair xeyli şayiələr doğurdu. Lakin məşhur amerikalı rejissor Spayk Li hamıdan yaxşı bu komediyanı nümayiş etdirdi. Onun “10 dəqiqə daha böyük” kinoalmanaxına daxil olan “Bizi necə aldatdılar” qısametrajlı filmi seçkiöncəsi kampaniya zamanı baş verənləri iştirakçıların öz dilindən verir.

Rejissor konkret nümunə əsasında Amerika seçki sisteminin bütün mübahisəliliyini, çatışmazlıqlarını çılpaq şəkildə bizə göstərir. Xoşbəxtlikdən film yalnız ingilis dilində yox, həm də rus dilində istifadəçilərin ixtiyarına verilib.