vaxtlı-vaxtında oxuyun! Cümə, 1 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
GÜNDƏM  
20:31 | 20 iyun 2014 | Cümə Məqaləyə 1545 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tiflis Bakıya nota verdi

«Söhbət deputatlardan gedir»

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakı hava limanında baş vermiş qalmaqalla bağlı Gürcüstan Xarici İşlər Nazirliyi Azərbaycana nota verib. Bu barədə Gürcüstan xarici işlər naziri Mayya Pancikidze bildirib. Onun sözlərinə görə, Azərbaycanın Tiflisdəki səfiri bunun üçün Gürcüstan XİN-ə çağırılıb. (axar.az)


«Söhbət deputatlardan gedir. Gürcüstanın Bakıdakı səfirliyi və Xarici İşlər Nazirliyinin (XİN) konsulluq departamenti məsələni öyrənməlidir. Bununla bağlı, konsul və vitse-konsul Azərbaycana gedib ki, yayılan söhbətlərin əsasını öyrənsinlər», - deyə Panjikidze vurğulayıb.

Qeyd edək ki, Gürcüstan deputatları İrma Nadiraşvili və Zurab Caparidzenin üstündə gömrük bəyannaməsinə salınmamış böyük məbləğdə pul olub. Ona görə də onları Bakı aeroportunda saxlamışdılar. Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze pulun təxminən 1 milyon dollar olduğunu demişdi.