“Bu sistem dağılmalıdır!”
Cənubi Qafqazın daha bir respublikasında inqilab
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Köhnə müttəfiq əldən gedir”
Gürcüstan-Rusiya yaxınlaşması Qərbi narahat edir
-
“Köhnə müttəfiq əldən gedir”
Gürcüstan-Rusiya yaxınlaşması Qərbi narahat edir
-
“ABŞ Gürcüstanda “rəngli inqilab” planlaşdırır”
Gənc müxalifət qüvvələrinə əlavə maliyyə dəstəyi verilir
-
“Ukraynada müharibə gələn il bitə bilər”
Kobaxidze: “İstər “demokratlar” olsun, istərsə də “respublikaçılar ...”
-
Hətta prezident də qarşıdır
Gürcüstanda müxalifət “Xarici təsirin şəffaflığı” qanununun ləğvi üçün Konstitusiya Məhkəməsinə müraciət edib
-
İranın Gürcüstanda gizli fəaliyyəti üzə çıxdı
GMİ şeyxi nələri etiraf etdi?
-
SEPAH üzvü ataşelər
İranın Qafqazdakı casus şəbəkəsi boğulur
-
Qafqazı 30 il dala salan aqressiya...
... Yaxud Gürcüstanın narahatlığı yersizdir
-
Zəngəzurun Gürcüstana xeyri ...
Bakı-Tiflis arasında ticarət dövriyyəsinin potensialı böyükdür
-
Haqq işimizin dəstəkçisi
Azərbaycan Gürcüstanın enerji təhülkəsizliyinə qarantdır
-
Rəsmi Tiflisin Qərblə dərdi nədir?
Hökumətin son bəyanatları Avro-Atlantik üzvlük hədəfindən “yayınmaq niyyəti” güdə bilər
-
Dəyərləndirmə gələn il olacaq
Avropa Komissiyası Gürcüstana əlavə vaxt verir
-
2.7 milyard funt-sterlinq “donub”
Bidzina İvanişviliyə qarşı sanksiya işə düşdü
-
Rusiyapərəst qüvvələr güclənib
Salome Zurabişvili məsuliyyətin hökumətin üzərinə düşdüyünü düşünür
-
Londondan Tiflisə 5 milyon funt sterlinq
Rusiyanın kiber hücumlarından qorumaq üçün ...
-
Haaqa separatçılarının həbsinə qərar verdi
Mindzayev, Quçmazov və David Sanokayev zorakılıqlarda ittiham olunur
Belə görünür ki, Cənubi Qafqazın daha bir respublikasında-Gürcüstanda inqilabi proseslər yetişib və indi olmasa da növbəti dəfə hansısa səbəbdən baş qaldıran etiraz hərəkatı hakimiyyət dəyişikliyinə gətirib çıxaracaq.
Bu qənaətə gəlməyə Gürcüstanda ötən gün qəfil baş qaldıran etiraz hərəkatı əsas verib. Hansı ki, son bir ayda gürcülər artıq ikinci dəfədir ilk baxışdan tamamilə banal görünən hadisəyə görə küçələrə çıxırlar və hökuməti istefanın bir addımlığına qədər çəkib apara bilirlər. Bundan əvvəl polisin Tiflisin gecə barlarında narkotacirlərə qarşı keçirdiyi əməliyyata görə insanlar küçələrə axışıb hökumətin istefasını tələb edirdisə indi adi görünən, Azərbaycanda az qala hər gün baş verən bıçaqlama cinayətinə görə Gürcüstanda ciddi siyasi böhran yaranıb.
Tiflisin Xorava küçəsində iki yeniyetmənin küçə davası zamanı bıçaqlanaraq öldürülməsi hadisəsi ötən ilin sonlarında baş verib. Hər ikisi 16 yaşında olan Davit Saralidze və Levan Dadunaşvili iki fərqli məktəbin şagirdləri arasında dava-dalaşda öldürülüblər.
Həmin cinayət işinin istintaqı 6 ay davam edib, amma istintaq cinayəti törədənlərdən ikisini müəyyən edə bilib, üstəlik onlara yüngül maddə ilə ittiham irəli sürülüb. Digər yeniyetməni öldürən cinayətkar isə deyilənlərə görə atası əvvəllər Baş prokurorluqda yüksək vəzifə tutduğu üçün məsuliyyətdən kənarda qalıb, başqa sözlə yeniyetmələrin qətli bacardıqca ört-basdır edilib.
Nəticədə ölən yeniyetmələrdən birinin atası Zaza Saralidze ötən gün axşam iş üzrə növbəti məhkəmə iclasından sonra xalqı ölkədəki ədalətsiz məhkəmə və prokurorluq sisteminə etiraz olaraq küçələrə çağırıb. Onun çağırışı ilə minlərlə adam küçələrə çıxıb və Baş prokurorluğa doğru yürüş edib. Küçənin təzyiqləri tezliklə nəticə verib-baş prokuror İrakli Şotadze istefa verməyə məcbur olub. Cinayət işinin istintaqı prokurorluqdan alınaraq Daxili İşlər Nazirliyinə verilib. Amma etirazçılar sakitləşməyiblər.
Zaza Sarelidzenin liderlik etdiyi minlərlə nümayişçi bu dəfə parlamentin binasına doğru yürüş ediblər. Əllərində “Öldürmə!” şüarları tutan nümayişçilər hökumətin istefaya getməsini tələb edirdilər.
“İstintaq atı ay çəkib, ancaq bu gün məhkəmə oğlumun qatillərini müəyyənləşdirə bilməyib. Ancaq ona görə ki, nüfuzlu şəxslərin uşaqları qatildirlər və prokurorluq onların rolunu ört-basdır edir”, – Saralidze jurnalistlərə deyib.
Onun sözlərinə görə, baş prokuror Şotadzenin istefası yetərli deyil, digər prokurorlar da istefa verməli və məhkəmə qarşısına çıxarılmalıdır.
“Sistem dağıdılmalıdır”, – etirazçılaran biri Zviad Kuprava kütlə qarşısında çıxışında deyib.
Baş nazir Georgi Kvirikaşvili etirazçıların qarşısına çıxıb, amma onu yumurta atəşinə tutublar. Baş nazir tələblərə cavab olaraq bildirib ki, cinayət işi yenidən araşdırılmaq üçün daxili işlər nazirliyinə qaytarılacaq və prosesi monitorinq etməkdən ötrü müxalifətin rəhbərliyi ilə parlament komissiyası yaradılacaq.
“Öldürülən oğlanların valideynlərinə təminat vermək istəyirəm ki, onlar istintaq zamanı informasiyaya çıxış əldə edəcəklər”, – Kvirikaşvilinin ofisindən daha sonra yayılan yazılı bəyanatda deyilib. Baş nazir gərək olsa istefaya hazır olduğunu, ancaq hazırda buna ehtiyac görmədiyini deyib. “İstefamın ölkəyə faydasından əmin olan kimi bircə saniyə belə düşünməyəcəm”, – o deyib.
Bu gün axşam saatlarında Tiflisdə yenidən nümayiş olacağı gözlənilir. Gərginliyi yatırmaq üçün bu gün iyunun 1-də Gürcüstan prezidenti Giorgi Marqvelaşvili etirazların lideri Zaza Saralidze ilə görüşüb. Margvelashvili Saralidze ilə ötən gecə etirazçıların bu binanın qarşısında qurduğu çadırlardan birində görüşüb, ona başsağlığı vermək istədiyini deyib. Saralidze prezidentdən başqa heç kəslə görüşmək istəmədiyini deyib. Etirazçılar gecəni çadırlarda keçirib. Polis duruma nəzarət edib.
Hər ikisi 16 yaşında olan Davit Saralidze və Levan Dadunashvili iki fərqli məktəbin şagirdləri arasında dava-dalaşda öldürülüblər.
Hadisələrə Gürcüstanın keçmiş birinci ledisi Sandra Rulofs da münasibət bildirib. Onun sözlərinə görə, Xorava küçəsində baş verən faciəyə ədalətizlik, məhkəmə sisteminin təkmil olmaması da əlavə olunub.
“Avropa dəyərlərinə can atan ölkədə ədalətin bu cür seçkin tətbiqi yolverilməzdir”-o sosial şəbəkə hesabında yazıb. Gürcü patriarxiyası da baş verənlərə münasibət bildirib. Cinayət işinin istintaqının DİN-ə həvalə edilməsini, parlamentdə xarici ekspertlərin də cəlb olunacağı istintaq komissiyasının yaradılmasını dəstəkləyib. Hər kəsi sülhə çağırıb.
DİN isə açıqlama verib ki, bu cinayət işində günahkarların məsuliyyətdən kənarda qalmasına imkan verənləri, faktları təhrif edənləri müəyyənləşdirəcək.