«Ona bacısı ilə görüşə 1 dəqiqə vaxt verdilər»
Şevardnadzeni mühafizə etmiş azərbaycanlı desantçının xatirələri
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Köhnə müttəfiq əldən gedir”
Gürcüstan-Rusiya yaxınlaşması Qərbi narahat edir
-
“Köhnə müttəfiq əldən gedir”
Gürcüstan-Rusiya yaxınlaşması Qərbi narahat edir
-
“ABŞ Gürcüstanda “rəngli inqilab” planlaşdırır”
Gənc müxalifət qüvvələrinə əlavə maliyyə dəstəyi verilir
-
“Ukraynada müharibə gələn il bitə bilər”
Kobaxidze: “İstər “demokratlar” olsun, istərsə də “respublikaçılar ...”
-
Hətta prezident də qarşıdır
Gürcüstanda müxalifət “Xarici təsirin şəffaflığı” qanununun ləğvi üçün Konstitusiya Məhkəməsinə müraciət edib
-
İranın Gürcüstanda gizli fəaliyyəti üzə çıxdı
GMİ şeyxi nələri etiraf etdi?
-
SEPAH üzvü ataşelər
İranın Qafqazdakı casus şəbəkəsi boğulur
-
“Dünya yuxutək əriyir”
Tiflisdə Leyla Əliyevanın şeirləri əsasında tamaşa səhnələşdirilib
-
Qafqazı 30 il dala salan aqressiya...
... Yaxud Gürcüstanın narahatlığı yersizdir
-
Zəngəzurun Gürcüstana xeyri ...
Bakı-Tiflis arasında ticarət dövriyyəsinin potensialı böyükdür
-
Haqq işimizin dəstəkçisi
Azərbaycan Gürcüstanın enerji təhülkəsizliyinə qarantdır
-
Rəsmi Tiflisin Qərblə dərdi nədir?
Hökumətin son bəyanatları Avro-Atlantik üzvlük hədəfindən “yayınmaq niyyəti” güdə bilər
-
Dəyərləndirmə gələn il olacaq
Avropa Komissiyası Gürcüstana əlavə vaxt verir
-
2.7 milyard funt-sterlinq “donub”
Bidzina İvanişviliyə qarşı sanksiya işə düşdü
-
Rusiyapərəst qüvvələr güclənib
Salome Zurabişvili məsuliyyətin hökumətin üzərinə düşdüyünü düşünür
-
Londondan Tiflisə 5 milyon funt sterlinq
Rusiyanın kiber hücumlarından qorumaq üçün ...
1989-cu ilin aprelində Gürcüstan paytaxtı Tiflisdə kütləvi etiraz aksiyaları baş verərkən Eduard Şevardnadzenin mühafizəçilərindən biri azərbaycanlı olub. Modern.az-ın əldə etdiyi bu ilginc faktın qəhrəmanı Qazax rayonu Çaylı kəndində yaşayan Rafael Adıgözəlovdur.
Həmin hadisə zamanı Eduard Şevardnadze SSRİ xarici işlər naziri postunu tuturdu. Yaddaşlardan heç vaxt silinməyəcək etiraz aksiyaları sovet qoşunları tərəfindən amansızlıqla yatırıldı. 19 nəfərin həlak olduğu hadisədən dərhal sonra uzun illər bu ölkəyə rəhbərlik etmiş keçmiş I katib, həmin dövrdə SSRİ xarici işlər naziri olan Edurad Şevardnadze Tiflisə gəlir.
Gürcü siyasətçi-diplomatın təhlükəsizliyini təmin edən şəxslərdən biri soydaşımız Rafael Adıgözəlov o dövrü belə xatırlayır:
«Sovet qoşunlarının Hərbi Desant Qüvvələrinin Gəncə şəhərində yerləşən 23-cü diviziyasında xidmət edirdim. Tiflisdə baş verən hadisədən sonra məni bir qrup desantçı ilə birlikdə Edurad Şevardnadzenin mühafizəsini təmin etmək üçün Gürcüstan paytaxtına ezam etdilər. Düz 1 ay – 1989-cu ilin aprelindən mayına qədər onu mühafizə etdik».
Rafael Adıgözəlov deyir ki, o zaman Şevardnadze gürcülər tərəfindən çox yaxşı qarşılanıb.
«Xarici işlər naziri olmasına baxmayaraq, öz doğma bacısı ilə görüşmək üçün ona 1 dəqiqə vaxt verdilər. Bunların hamısı gözümüzün qarşımızda baş verirdi. Şevardnadze çox gözəl və vətənini sevən insan idi. Xalqı ilə görüşlər keçirdi.
Mühafizəçi əsgərlər arasında yeganə qafqazlı mən idim. Qalanlar rus, belorus, yəhudi, tatar idi. Bir dəfə Şevardnadze mənə yaxınlaşaraq rusca haralı olduğumu soruşdu. Mənsə Gürcüstanla sərhəddən, Qazax rayonundan olduğumu dedim. Gülə-gülə «sən necə oldu bura düşdün?» deyə mənim buraya gəlməyimə təəccübləndi».
Keçmiş desantçı xatırlayır ki. Şevardnadze ətrafı ilə yalnız rusca danışırdı. «Yalnız rus dilində danışırdı. Gürcü dilində verilən suallara da yalnız rusca cavab verirdi. İnsanları sakitləşdirir və hər şeyin yaxşı olacağını deyirdi. Gürcüstandakı azərbaycanlılarla da görüşdü və hamıya qarşı çox gözəl münasibət sərgilədi.
Moskvadan göstəriş gəldikdən sonra o, Tiflisi tərk etməli oldu. SSRİ xarici işlər nazirini aeroporta qədər müşayiət etdik. Ümumiyyətlə, 1 ay müddətində o hara gedirdisə, zirehli maşınlarla onu müşayiət edirdik. Sonda hamımıza təşəkkürün bildirdi və hər şeyin yaxşı olacağı vədini verərək, trapla təyyarəyə qalxdı».
Qeyd edək ki, 56 yaşlı Rafael Adıgözəlov hazırda Qazaxın Çaylı kəndində yaşayır. Sovet qoşunlarındakı xidmətini başa vuraraq, Milli Ordu tərkibində Qarabağda vuruşan veteran hərbçi kimi təqaüdə çıxıb.