“Hazırda xüsusi mühafizə altındayam”
Gürcüstanda Ukrayna müharibəsinə etiraz edən azərbaycanlı fəal təhdid olunur
Elçin SÜLEYMANOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“İşğalın növbəti mərhələsinə imkan verməməliyik”
Ukrayna prezidenti Zelenski BMT Baş Assambleyasında çıxış edib
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Çantasında nələr var?
Zelenski Ağ Evdəki görüşdə Co Baydeni inandırmağa çalışacaq ki, ...
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Rusiyada şiddətli partlayışlar
Ukrayna nəhəng silah anbarına zərbə vurub
-
Kiyev üçün ölüm-qalım dilemması
Rusiya-Ukrayna müharibəsində ölən və yaralananların sayı 1 milyona çatıb
-
Rusiya Ukrayna taxılından necə pul qazanır?
Türkiyə işğal olunmuş ərazilərdən çıxan gəmiləri qəbul etmədiyini bəyan edib
-
“Bizi aldadıb işləməyə məcbur etdilər”
Rusiya ordusuna qatılan 4 hindistanlı ölkələrinə qayıdıb
-
“Həsiri basma, dolan gəl”
Bayden Britaniya və Fransa raketlərinin ABŞ texnologiyası ilə istifadəsini dəstəkləyir, amma ...
-
ABŞ tərəddüd edir, Britaniya hazırdır
Vaşinqton və London Putinin təhdidlərini rədd edirlər
-
“Rusiya Kiyevi ərimiş kütləyə çevirə bilər”
Medvedev: “Kurska hücum Rusiyanın nüvə silahından istifadəsinə yetərincə səbəb verib”
-
“Biz cavab verəcəyik”
“ABŞ-ın öz sərhədləri daxilində çoxlu problemləri var, onlarla məşğul olsun”
-
Qırmızı cizgilər
Putin müstəqillik tarixində ilk dəfə Sibirdə nüvə sınaqlarına yaşıl işıq yandıra bilər
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi Gürcüstanda Moskvaya qarşı etirazlara səbəb olub. Müharibəyə etiraz aksiyalarının biri də etnik azərbaycanlıların yaşadığı Marneuli rayonunda keçirilib. Yerli fəal Samirə Bayramova Rusiyanın Ukraynaya hərbi hücumundan sonra “Gürcüstanın Avropa ilə gələcəyinin olmadığını”, yönünü “Rusiyaya çevirməli“ olduğunu deyən partiyanın ofisi üzərində Ukrayna və Avropa İttifaqının bayraqlarını çəkib. “Mühafizəkar Hərəkat” partiyasına qarşı aksiyadan sonra Bayramova ona qarşı təhdidlər olduğunu iddia edib. Yerli mediaya əsasən, partiya öz əmlakına qarşı ziyanla bağlı məhkəməyə müraciət edib. BBC News Azərbaycancaya danışan Samirə Bayramova ölkədəki “rusiyapərəst qüvvələr”, Gürcüstana gələn ruslara münasibət və aldığı təhdidlərdən danışıb.
– Müharibədən sonra Gürcüstana çoxlu rusiyalı gəlib. Onlara münasibət necədir?
– Bilirsiniz, daha əvvəl də Rusiyaya, Putinə qarşı 2008-ci ildəki (Osetiyadakı) müharibə, ondan əvvəl isə Abxaziya müharibəsinə görə (2008-ci ildə Rusiya Gürcüstandan qopmuş hər iki regionun müstəqilliyini tanıyıb – red.) Gürcüstanda nifrət var idi.
Ukrayna müharibəsindən sonra bu daha da artdı. Baxmayaraq ki, daha əvvəl Gürcüstana Rusiyadan turist gəlirdi və biz onlara sıravi bir insan kimi baxırdıq.
Amma indi onlara çox xoş münasibət yoxdur. Bəziləri onları restoranlara buraxmır və evləri kirayəyə vermirlər.
– Amma onlar deyə bilər ki, biz adi insanlarıq və hətta rejimə qarşı çıxdığımız üçün ölkəni tərk etməli olmuşuq. Belə fikirlərə sosial mediada rast gəlmək olar. Eyni zamanda deyilir ki, Gürcüstan hökumətinin Ukraynadakı müharibəyə dair mövqeyi sakinlərin ümumi mövqeyindən bir qədər fərqlidir, sizcə, belədirmi?
– Bir çox ölkə Rusiyaya qarşı sanksiyalara qoşuldu, amma Gürcüstan ilkin mərhələdə çalışırdı ki, ortaya neytral bir mövqe qoysun.
Amma bir müddətdən sonra müəyyən dövlət nümayəndələri Ukraynaya dəstək verməyə başladılar. Həmin ərəfədə, yerli bələdiyyələr, dövlətin özü belə humanitar yardım aksiyalarına qoşuldu.
Gürcüstan “nə şiş yansın, nə kabab” mövqeyinə keçdi. Amma Ukrayna Avropa İttifaqına müraciət etdiyi zaman, Gürcüstan da bunu etməli oldu. Çünki xalq tərəfindən böyük bir tələb var idi. Biz bunu yüzlərlə, minlərlə insanın aksiyalara çıxmasında gördük.
Ukrayna rəsmiləri Gürcüstana nota verirlər ki, bu gün səsinizi çıxartmasanız, növbəti hədəf sizsiniz. Bu, dövlət rəsmilərinin xoşuna gəlmir. Deyirlər ki, onlar kimdir ki, bizə bu şəkildə nota göndərirlər.
– Gürcüstan hökumətinin nümayəndəsi belə iradlara deyə bilər ki, mövcud hədələri nəzərə alaraq, həssas siyasət aparmalıdır.
Əhaliyə gəlincə, yerli azərbaycanlıların mövqeyi necədir, çünki onlar arasında bir çoxları Rusiyada yaşayır və işləyir. Bu amil onların mövqeyinə hər hansı bir təsir göstərirmi?
– Sovetlərin dağılmasından sonra bir çox müstəqil ölkə öz əhalisinin sosial-iqtisadi rifahını düzəldə bilmədi. Belə olan yerlərdə insanlar təbii ki, Rusiya üçün darıxırlar. Onlar əvvəl daha yaxşı yaşadığını, hər şeyin “daha əlçatan” olduğunu deyirlər. Əlbəttə ki, onlar azadlıq haqqında danışmırlar. Bu, təkcə Azərbaycan icmasına aid deyil. Gürcü və erməni icması, digər etnik qruplar, ümumiyyətlə yaşlı nəsil arasında Rusiyaya qarşı sevgi qalmaqdadır.
Gənc nəsil isə Avropaya üstünlük verir. Bəziləri deyirlər ki, Rusiyada daha az qazanırıq, nəinki Avropada. Onlar hər şeyi öz gözləriylə görürlər. Mən ümid edirəm ki, bu tendensiya uğurlu olacaq, gənclər öz seçimini edəcəklər.
– İki ay əvvəl siz azərbaycanlıların yaşadığı Marneuli şəhərində rusiyapərəst bəyanatları ilə tanınan “Mühafizəkar Hərəkat” partiyasına qarşı aksiya keçirdiniz. Siz onların ofisi üzərində Ukrayna və Avropa İttifaqının bayraqlarını çəkdiniz, bu aksiya barədə daha ətraflı danışa bilərdinizmi?
– İki il əvvəl Gürcüstanda "Gürcü Marşı" adı ilə rusiyayonümlü bir partiya mövcud idi. Daha sonra onlar yox oldular və onların yerinə eyni komanda “Mühafizəkar Hərəkat” partiyasını yaratdı. Fevral ayında onlar Marneulidə ofislərini açdılar. Bu zaman bir fəal olaraq, Gürcüstan hökumətinə, Baş nazirə və eyni zamanda Gürcüstan təhlükəsizlik xidmətinə məsələ ilə bağlı müraciət etdim. Qeyd etdim ki, biz, burada yaşayan Gürcüstan vətəndaşları və xüsusən Marneuli sakinləri müəyyən xoşagəlməz hadisələrin, qarşıdurmanın şahidi olduq. Tələb etdim ki, bu kimi insanların ofisləri bağlanılsın. Təəssüf olsun ki, hər hansı bir reaksiya gəlmədi. Bu, Ukraynadakı müharibəyə təsadüf etdi. Gürcüstanda narahat idilər, çünki bu müharibədə Gürcüstanın, mənim taleyim, bütün Gürcüstan vətəndaşlarının taleyi həll olunur. Ona görə, bütün başqa dövlətlərdən fərqli olaraq, biz məsələyə daha həssas formada yanaşırıq.
O vaxt Gürcüstan Prezidenti çıxışında dedi ki, Gürcüstan Avropa ilə inteqrasiya istiqamətində daha artıq fəaliyyət göstərməlidir.
Müvafiq olaraq, rusiyayönümlü partiyalar, qruplar və qurumlar NATO ilə Avropa İttifaqını qəbul eləmirlər. Onlar hesab edirlər ki, Avropada Gürcüstanın mədəniyyəti, dini və mentaliteti məhv ediləcək. Ona görə də Ukraynaya dəstək və bu qüvvələrə sübut etmək üçün ki, bizim yolumuz Avropa yoludur, onların ofisinin üzərində Ukrayna və Avropa bayraqlarının şəkillərini çəkdim.
– Buna reaksiya necə oldu?
– Bu addımım bu qrupların etirazına səbəb oldu. Qeyd etmək istəyirəm ki, Gürcüstanda siyasi partiyalar dini, mədəni simvollardan istifadə edə bilməzlər. Onlar isə xaçdan loqo üçün istifadə edirlər. Qanunvericiliyə görə, bundan istifadə edib, insanlara təsir göstərmək haqları yoxdur. Mən Ukrayna bayrağını çəkəndə, xaçın üstü də rəngləndi. Onların etirazı o tərəfdən başladı ki, “bir azərbaycanlı olaraq” mən kiməm ki, bu partiyaya qarşı belə bir addım atıram. Amma mən, sadəcə olaraq, bunun hər hansı dini mahiyyət daşımadığını nəzərə almaqla addım atmışdım. Oradan çıxış edirdim ki, loqoda dini atributlar ola bilməz. Çünki mənim başqa insanların dininə və mədəniyyətinə qarşı hörmətsizliyim yoxdur. Amma onlar bir qrup şəklində Marneuliyə gəldilər. Hətta “bir qafqazlı olaraq” yerli azərbaycanlı kişilərə müraciət etdilər ki, sizin xanımınız bu şəkildə addım atır və yaxşı olardı ki, onu başa salarsınız ki, atdığı addım doğru deyil.
– Siz buna cavab olaraq nə etdiniz?
– Mən təbii ki, ilk gündən, yəni təhdidlər alan kimi polisə müraciət etdim. Bununla bağlı artıq cinayət işi başladı. Sonra onların ikinci gəlişi oldu. Onlar dini, etnik və cinsi diskriminasiya ilə dolu ifadələr işlətdilər. Bununla bağlı başqa bir cinayət işinin açılmasını tələb etdim. Qeyd edim ki, bu qruplar məni açıq şəkildə ölümlə hədələyirdilər.
– İndi özünüzü təhlükəsiz hiss edirsinizmi?
– Hazırda mənim hüquqlarımı “Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyası” qoruyur. Onlar mənə prosesdə dəstək olurlar. Biz birlikdə Gürcüstan prokurorluğuna müraciət etdik və prokurorluq məni zərər çəkən kimi tanıdı. Mən onların divarlarına Ukrayna və Avropa İttifaqının şəklini çəkəndə, onlar da mənə qarşı şikayət etmişdilər. Amma məhkəmə məni cərimələmədi. Sadəcə söz şəklində bildiriş elədi ki, başqalarının binasına zərər vermək olmaz. Hazırda xüsusi mühafizə altındayam. Gürcüstanda Daxili İşlər Nazirliyinin xüsusi strukturu var və həmin struktur məni qoruyur. Müvəqqəti olaraq demək olar ki, həmin qrupların təhlükəsindən, təhdidindən uzağam.