vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
REGİON  
10:58 | 23 may 2022 | Bazar ertəsi Məqaləyə 1120 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Gürcülər kilsəyə hökumətdən çox inanır

Tiflis yaxınlığında damlarda qurulan xaçların sayı artır

MÖVZU İLƏ ƏLAQƏLİ

Tiflisin ətraflarında sakinlər yaşadıqları binaların damlarına nəhəng xaçlar yerləşdirirlər. Onları bəzən antenalarla səhv salmaq olur. Heç kim bu ənənənin nə zaman başladığını bilmir.

Xaçların bəziləri gecələr işıqlandırılır. Bəzilərininsə aşağısına kiçik dini ikonalar yerləşdirirlər. Onların çoxu “Müqəddəs Nino xaçı” adlanan xaçlardır. Gürcüstana xas ənənəvi Müqəddəs Nino xaçlarında üfüqi xəttin bir tərəfi diaqonal şəklində endirilmiş olur. Bu xaçlara “üzüm tənəyi xaçları” da deyirlər. Əfsanəyə görə, Gürcüstanın ilk missioneri olan Müqəddəs Nino üzüm tənəyindən xaç düzəldib və onu öz saçları ilə bərkidib.

***

Tiflisin Zqvisubani rayonunda yerləşən altımərtəbəli iri mavi binada, əsasən, Abxaziyadan olan köçkünlər və dövlətdən sosial yardım alan insanlar yaşayır.

Abxaziyalı köçkünlər bu binada 1992-ci ildən bəri yaşayırlar. Onlar dəfələrlə yaşayış şəraitlərinin yaxşılaşdırılması üçün etiraz aksiyaları keçiriblər. Bir çox ailələr hələ də onlara yeni mənzil, yaxud da yaşadıqları evləri özəlləşdirmək hüququ verilməsini gözləyirlər.

Uşaqlarsa, deyəsən, buranı bəyənirlər. Altımərtəbəli bina onlar üçün nəhəng oyun meydançasıdır. Beka adlı 16-yaşlı yeniyetmə məktəbə getmir. O, ya peşə öyrənmək, ya da orduya yazılmaq istəyir. Beka binanın damına taxılmış xaçların İrakli adlı adamın işi olduğunu deyir. İrakli də Abxaziya köçkünüdür. Ancaq o, artıq burada yaşamır. Beka deyir ki, İrakli bəzən monastırda, bəzən də başqa yerdə yaşayır. İrakli məhəllənin din yolunu tutmasını istəyib və binada yaşayan uşaqların bəzilərini, o cümlədən Bekanın özünü xaç suyuna salıb.

***

İrakli rahibləri gətirərək binanı təqdis etdirib (müqəddəsləşdirib). Gürcüstanda təqdis geniş yayılıb. Rahiblər xüsusi ayin keçirərək hər şeyi, çox zaman evi və ya maşını təqdis edə bilirlər. İrakli köçəndən bəri qonşulardan biri daim Müqəddəs Georginin rəsmi qarşısında şam yandırır.

“Bir evi təqdis etmək sadəcə onu, məsələn, ildırımdan və ya yanğından qorumaq deyil. İnsanlar … düşünürlər ki, bu ayinlə onlar bəladan qorunmuş olacaqlar… Evimi təqdis edirəmsə, bu o deməkdir ki, mən burada daha çox insana qapı açacağam, burada acların qarnını doyuracağam, evi Tanrının xidmətinə həsr edəcəyəm”, – gürcü pravoslav rahibi Aleksandr Qaldava deyir.

“Evin damındakı xaç o evin içindəki insanların bir-birinə qarşı hörmətlə davrandığını, münaqişələrini dinc yolla həll etdiklərini, ümumi məkanların qayğısına qaldığını bildirmirsə, onda o, az əhəmiyyət daşıyır”, –rahib əlavə edir.

***

Tiflisdə, deyəsən, heç kəs bu ənənənin necə başladığını bilmir. Amma hər yerdə eyni hekayəni eşitmək mümkündür: dindar bir qonşu bir gün evin damına xaç qoymaq qərarına gəlib.

Tiflisin Temka ərazisində doqquzmərtəbəli bir binanın damında yeddi xaç var – altı blokun hər birinin üzərində bir xaç və əlavə olaraq ortada daha iri bir xaç. Xaçları bura 2007-ci ildə keçmiş bina idarəçisi Zura taxıb. Əvvəllər bütün xaçlar gecə işıqlandırılırmış. İşıqpulunu da sakinlər ödəyirmiş. İndi təkcə mərkəzdəki xaç işıqlandırılır. Bu xaçın işığını birbaşa sakinlərdən birinin evindən çəkiblər. Deyilənə görə, hələ bütün xaçların işıqlandırıldığı günlərdən 700 lari (237 dollar) elektrik borcu qalıb.

Binanın indiki idarəçisi Lali Kveseladze deyir ki, sakinlərdən binanın əsas ehtiyacları üçün pul yığmaq çətindir, o ki qala gecələr xaçların işıqlandırılmasına. Onun sözlərinə görə, 10-15 il bundan əvvəl binada hamı bir

***

Tiflis Memarlıq Xidməti deyib ki, damdakı dəyişikliklər üçün sakinlər onlara detallı plan təqdim etməlidirlər. Dam evin ümumi sahələrindən biri olduğundan sakinlər imza toplamalıdırlar. Bu addım olmadan hər hansı konstruksiya qanunsuz sayılır. Tiflis Bələdiyyəsinin müfəttişliyi isə deyib ki, minlərlə binanı monitorinq etmək qeyri-mümkündür. Qurum bildirib ki, damlar və həyətlər yalnız rəsmi şikayət daxil olduğu təqdirdə yoxlanacaq; xaçlarla bağlı isə, hələlik, heç bir şikayət daxil olmayıb.

Əksər gürcülər kilsəyə hökumətdən çox inanırlar. 2022-ci ildə keçirilmiş bir rəy sorğusunun nəticələrinə görə, əhalinin 81 faizi gürcü pravoslav kilsəsinə müsbət yanaşır. Hökumətə müsbət yanaşanlarsa respondentlərin 46 faizini təşkil edib.

Qafqaz Tədqiqat Resurs Mərkəzlərinin (CRRC) apardığı tədqiqatın nəticələrinə görə isə, əksər vətəndaşlar (79 faiz) gürcü pravoslav kilsəsinin gürcü kimliyinin əsasını təşkil etdiyi qənaətindədir. 83 faizsə deyir ki, kilsə onların ailəsində çox mühüm rola malikdir.