
Toylar belə ləğv ediləcək
Fransada hökumət saxta evliliklərə qarşı hərəkətə keçdi
Fransada hökumət saxta evliliklərə qarşı hərəkətə keçdi
Rusiyadan Makrona sərt cavab
Fransada taksi sürücüləri hökumətə qarşı kütləvi aksiyalara hazırlaşır
Fransada sürücülük vəsiqəsi olmadan avtomobil istifadə etməyin cəzası nədir?
İran niyə Zəngəzur dəhlizinə qarşı çıxır?
Fransa Baş naziri iqtisadi artım üçün iki rəsmi tətilin ləğvini istəyir
Fransanın ən ucuz kababçısı bağlandı
Cənubi Qafqazda yaratdığı yeni şəraitdən daha çox töhfə götürmək ən çox ...
İsrailli din xadimi Fransa prezidenti Makronu hədələdi
Yanğın Fransada 10 min hektardan çox ərazini külə döndərdi
Qış gəlmədən elektrik və qaz qiymətləri 20 faiz artdı
Aude bölgəsində fövqəladə vəziyyət elan edilib
Erməni lobbisinin mərkəzi sayılan Marsel siyahının başında yer alıb
Nazirlik iddia yalanladı
Fransada səhiyyə böhranı dərinləşir
Fransa məhkəməsi Almaniya brendini fantastik məbləğdə cərimələdi
Bəri başdan deyim ki, yalnız Fransanın Azərbaycandakı səfiri Zakari Qrossun və ümumiyyətlə Fransanın Azərbaycandakı fəaliyyətinə qiymət veriləcək, bizimkilərin Fransa səfirliyi ilə əməkdaşlığına yox.
Zakari Qrossun son günlər aktivləşməsi haqlı suallar doğurur. Publisistlərlə, yazarlarla, jurnalistlərlə, naşirlərlə, ağsaqqal tərcüməçilərlə görüşür, səfərlər edir, müsahibələr verir, Fransa dövlətinin mükafatlarını təqdim edir. Bəziləri hətta narahatdır ki, Fransa öz imicini düzəldir Azərbaycanda, deməli, Ermənistan-Azərbaycan konflikti müstəvisində bizə yenə nəsə bir alçaqlıq planlayır.
Bir daha deyirəm – bizim yazar, jurnalist, naşirlərin Fransa səfirliyi ilə istənilən əməkdaşlığına yalnız müsbət qiymət verə bilərəm. Xüsusən də Şahbaz Xuduoğlunun Azərbaycanda nəşriyyat işinin inkişafı adına səfriliklə birlikdə gördüyü işlər təqdirəlayiqdir. Özü də, çox səmimi deyirəm, buradakı prinsipim “donuzdan bir tük də qənimətdir” deyil. Nəticədə, Fransa böyük dövlətdir, köklü ənənələri var və əgər səfir Zakari Qross addım atırsa, nələrsə təklif edirsə, bizim yazar, jurnalist, naşirlərin ona qayıdıb “rədd ol burdan, erməni dostu” deməsi axmaqlıq, qeyri-ciddi olar. İstənilən halda əməkdaşlıq yaxşıdır, faydalıdır, zənginlikdir. Qoy nəşriyyatlarımız bütün səfirliklərlə işləsinlər, yazar və jurnalistlər də Fransa başda olmaqla, bütün ölkələrin səfirləri ilə görüşsünlər, müsahibələr alsınlar. Yəni, istədim əvvəlcədən bütün yanlış anlaşılmaların qarşısını alım.
Qayıdaq səfirə və onun “imic düzəltmək” adına bizimkilərlə mazaxlaşmağa çalışmasına. Əlbəttə, Fransadan direktiv alıb. Həm də birbaşa. Azərbaycan elə-belə ölkə deyil. Biz nə qədər ciddiyə almasaq da, dərin ənənələri olan Fransa üçün Azərbaycan kimi bir ölkədə mənfi imicə sahib olmaq, nifrət hədəfi olmaq narahatlıq yaradır. Normaldır. Amma bir məqamı Fransa və onun səfiri unudurlar.
Biz hər şeyi görürük. Səfir Zakari Qross nə qədər çalışsa da, Fransa Ermənistanın bacısı qalmaqda davam edəcək. Azərbaycana münasibətdə düşmən mövqeyi dəyişməyəcək. Bir-birimizin üzünə gülə bilərik, amma bir fakt dəyişməz qalacaq - Türkiyə Azərbaycan üçün nədirsə, Fransa da Ermənistan üçün odur. Bütün müqayisələr qüsurludur, amma bu müqayisə doğrudan da belədir.
Demək istədiyim, kritik an yetişəndə, azərbaycanlılar, hamı bir nəfər kimi, Fransanı yenə də lənətləyəcəklər. Üç-beş yazarla, naşirlə aranı düzəltməklə, şirin görünməklə, mükafat paylamaqla Fransa azərbaycanlıların nəzərindəki imicini heç vaxt düzəldə bilməyəcək.