Platinidən şok yenilik
UEFA prezidenti qitənin futbol palitrasına rəngarənglik gətirmək qərarına gəlib
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Azərbaycan yerini qorudu
“Qarabağ” heç-heçəsi nə qədər xal qazandırıb?
-
“Əfsanədən şeytana çevrilmək ağırdır”
Platini: “Ədalətin, nəhayət, zəfər çalmasına görə şadam”
-
129-cu yer...
Bizdən geri olan Malta da, Latviya da bizə qalib gəlir
-
“Düyməni eyni yerdən basırlar”
“Neft çıxaranda Azərbaycan təhlükəli deyildi, amma ...?”
-
“Azarkeşlərin isti qarşılanacaqlarına inanıram”
Britaniya səfiri Bakıda keçiriləcək Avropa Liqasının finalı haqda
-
“Bakıya uçuşlar ətraf mühitə zərər vuracaq”
İngiltərə KİV-i sayıqlamaları, Kloppun cahilliyi
-
İngilislərin səhvi
Final günü dünya bizi dinləyib və bizi eşidəcək
-
UEFA finalının “qarınağrısı”
Məkrli dairələr yenə hərəkətə keçdi
-
Əsas təhlükəsizlikdir
UEFA Bakının “qara qaşına-gözünə” vurulmayıb
-
“Klopp səhər yeməyində nə yemişdi?”
Çingiz Abdullayev: ““Liverpul”un məşqçisi Azərbaycana qarşı nasistlər kimi hərəkət etdi”
-
Finala azı 30 min azarkeş gəlir
Bakıda ərəbləri avropalılar əvəz edəcək
-
371 milyon avro ...
Bakıda da keçiriləcək AVRO-2020-nin mükafat fondu artırıldı
-
AFFA-dan sona qədər gedəcək
Araşdırma davam edir: yenə cəzalanan(lar) olmalıdır
-
Azərbaycanın iki futbolçusuna ömürlük cəza verildi
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı qərar qəbul edib
-
«Alverə gedirlər»
Xaqani Məmmədov: «Qayıtmaq istəyənə qapımız həmişə açıqdır»
-
UEFA-dan azərbaycanlı hakimə təyinat
Əliyar Ağayev Avropa Çempionatının seçmə mərhələsində vacib oyunu idarə edəcək
Avropanın baş futbol orqanı - Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) – 2018-ci ildən milli komandalar arasında yoldaşlıq görüşlərini ləğv etmək qərarına gəlib. Onların əvəzinə UEFA Millətlər Liqası adlanan turnir keçiriləcək. Liqa komandaların reytinqindən asılı olaraq tərtib olunmuş divizionlardan ibarət olacaq.
UEFA prezidenti Mişel Platini ilə onun komandasının inqilabi qərarının lehinə Avropa Futbol Assosiasiyaları İttifaqının Astanada keçən konqresinin bütün 54 üzvü səs verib.
Ali divizionda 16, reytinqlərinə görə, ən yaxşı milli komandaların dörd qrupa bölünməsi və rəqiblərinin hər biri ilə bir görüş öz, bir görüş rəqib meydanında keçirəcəyi planlaşdırılır. Qrupların qalibləri, Avropa Basketbol Liqasında qəbul olunduğu kimi, hər tək ildən bir neytral meydanda «dördlər finalı»nda yarışacaqlar.
Millətlər Liqası, ekspertlərin fikrincə, son illər maraqdan düşməsi gözə çarpan yoldaşlıq matçları əvəz etməlidir. Bundan başqa, yenə də Platininin ideyasına əsasən, 2016-cı ildən 24 milli komandanın iştirakı ilə keçiriləcək Avropa çempionatına marağı «tarazlaya» bilər.
Millətlər Liqasının ilk yarışmasında bonus qismində 2020-ci il Avropa Çempionatına dörd vəsiqə oynanılacaq, UEFA bəyan edib. Avro-2020 final turniri isə hazırkı kimi bir-iki ölkədə deyil, birdəfəlik qitənin 13 şəhərində keçiriləcək.
Əlavə yük?
Millətlər Liqasının ikinci yarışmasından başlayaraq divizionlar onların bundan əvvəlki turnir çərçivəsində göstərdikləri nəticələrə əsasən tərtib olunacaq. Bu, bir növ klublar arasında ölkə çempionatlarına bənzəyir: yəni diviziona daxil olan milli komandalar uğurlu çıxışları sayəsində yuxarı pilləyə qalxa bilər.
«Bu, Avropa milli komandaları üçün böyük addımdır, və biz ümid edirik ki, azarkeşlər yeni formatı dəstəkləyər», - milli komandalar arasında UEFA Turnirlər Komitəsi başçısının müavini Volfqanq Nirsbax (Wolfgang Niersbach) bəyan edib.
Bir çox futbol federasiyaları dərhal 2018-ci il dünya çempionatından sonra başlayan yeni turnirin formatının oyunçuları milli yığma komandada çıxış edən klublarla əlaqələrə necə təsir edəcəyini hələ bilmirlər.
«Başa düşdüyüm kimi, istənilən halda [turnir] milli komanda futbolçuları üçün əlavə yük olacaq. Və çətin ki, klublar öz oyunçularını böyük həvəslə [turnirə] buraxsınlar», - Rusiya Futbol İttifaqının vitse-prezidenti Nikita Simonyanın sözlərini «R-Sport» sitat gətirir.
Braziliya və Argentina ilə matçlar
Millətlər Liqasının ilk qrup mərhələsinin 2018-ci ilin sentyabr-noyabr aylarında keçiriləcəyi nəzərdə tutulur, turnirdə qələbə uğrunda «dördlər finalı» və başqa divizionlarda playoff (ilk məğlubiyyətdən sonra turnir iştirakçısı yarışları tərk edir) 2019-cu ildə keçiriləcək, Avropa Çempionatına vəsiqələrin oynanılması isə 2010-ci ilin mart ayında nəzərdə tutulur.
UEFA-da əmindirlər ki, yeni turnir müntəzəm qaydada keçirilən görüşlərin keyfiyyətini qaldırmaqdan başqa, həm də milli yığmaların oyun səviyyəsinin Çempionlar Liqası və Avropa Liqasında klub səviyyəsində yarışmaları ilə tarazlaşdırılmasına imkan verər.
Millətlər Liqasının matçları üçün beynəlxalq futbol təqvimində yoldaşlıq görüşləri nəzərdə tutulan günlərdə keçiriləcəyinə baxmayaraq, Mişel Platininin idarəsində inandırırlar ki, Avropa milli komandalarının başqa kontinent yığmaları ilə oyunlar keçirmək imkanları qorunacaq – məsələn, dönə-dönə dünya çempionları olmuş Braziliya və Argentina komandaları kimi.
Bundan başqa, çox da güclü olmayan komandaların da əvvəlki kimi aparıcı Avropa milliləri ilə yoldaşlıq görüşlərini təşkil etmək imkanı olacaq. Lakin bunun necə və nə vaxt mümkün olacağı hələ məlum deyil.