vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
19:39 | 26 fevral 2018 | Bazar ertəsi Məqaləyə 4168 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

371 milyon avro ...

Bakıda da keçiriləcək AVRO-2020-nin mükafat fondu artırıldı

MÖVZU İLƏ ƏLAQƏLİ

Futbol üzrə 2020-ci il Avropa Çempionatının ümumi mükafat fondu 371 milyon avro təşkil edəcək.

Bu barədə UEFA-nın baş katibi Teodor Teodoridis qurumun Slovakiyanın paytaxtı Bratislavadakı Konqresində açıqlama verib. O bildirib ki, qalib komanda 34 milyon avro qazanacaq: «Final mərhələsinin 24 iştirakçısının hər biri azı 1,25 milyon avro, maksimum 34 milyon avro əldə edəcək».

Fransada keçirilmiş AVRO-2016-nın mükafat fondu 301 milyon avro olub. Başqa sözlə, növbəti qitə çempionatı üçün bu məbləğ 70 milyon avro artırılıb.

Qeyd edək ki, AVRO-2020 qitənin 12 şəhərində - Bakı (Azərbaycan), London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq. Bakıda A qrupunun 3 oyunu ilə yanaşı, 1/4 final matçlarından 1-i keçiriləcək. («Report»)