Cahangir Əsgərov dilemma qarşısında
«Rosaviasiya» «Uralskie Avialinii» şirkətinə icazə versə, AZAL üçün ciddi problem yaranacaq
MÖVZU İLƏ ƏLAQƏLİ
-
AZAL Kiyevə uçuşları ləğv edib
Rəsmilər qərarın bu gün üçün nəzərdə tutulduğunu deyir
-
Milyard dollarlıq müqavilə ləğv olunur
Bakıdan Nyu-Yorka birbaşa uçuşlar dayandırılır
-
AZAL qiymətləri endirdi
Fevralın sonuna kimi ...
-
İgid pilotun “Əbədiyyətə uçuş”u
Milli Qəhrəman Viktor Seryoginin anım günündə ona həsr edilmiş sənədli film təqdim olundu
-
“Yəhudilər Azərbaycan məsələsində yekdildir”
İsrailin vitse-spikeri: “İkinci bir dövlət yoxdur ki, etibarlı və səmimi müttəfiq kimi qəbul edək”
-
«Təyyarə biletləri bir az da ucuzlaşacaq»
Nazir: «Atılan addımlar davam etdiriləcək»
-
«British Airways»ın simicliyi
İstənilən halda sərnişinlərə cavabdeh aviaşirkətdir
-
«Kapitan icazə vermədi»
Bakı aeroportu ac sərnişinlərə görə məsuliyyəti britaniyalıların üzərinə qoydu
-
AZAL-ın işçiləri ingilis dilini bilmir?!
Bakı aeroportunda Hindistan dövlət bankının eks-sədrinin başına gələnlər
-
Heydər Əliyev Beynəlxalq Aeroportu 4 ulduza layiq görüldü
Hava limanı 11 ayda 3,75 milyon sərnişinə xidmət göstərib
-
«Yaxşı divanı, yatağı var, TV-ni də bir az böyük qoysaq...»
Cahangir Əsgərov «Sukhoi Superjet»i bəyəndi, amma «Boeing» aldı
-
AZAL-la «Boeing» arasında saziş imzalandı
«Azərbaycan Hava Yolları» beş «B787-8 Dreamliner», iki «B747-8F» təyyarəsinin alınması barədə razılığa gəlib
-
AZAL daha 6 təyyarə alır
4 «Boeing 787 Dreamliner» və 2 «Boeing 747-8 F» ...
-
Kiyevdə başıma gələnlər...
«Baxil 3 qrivindir, amma xalaya bir az peraşki pulu da versəz sevinərəm»
-
Azərbaycandan xaricə 29 avroya uçuş
Ehtiyac yaranarsa baqaj üçün əlavə 20 avro ödənəcək
-
«Münasibətlərimiz hərtərəfli inkişaf edir»
Səfir Elin Süleymanov Azərbaycanın ABŞ-dan aldığı təyyarələr haqda
Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi («Rosaviasiya») iki yerli hava yolları şirkətinə Krımın Simferepol şəhərindən Türkiyə, Ermənistan və Azərbaycana reyslər həyata keçirməyə icazə verməyə hazırlaşır.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə sənəd aviadaşıyıcılara beynəlxalq hava daşımalarının yerinə yetirilməsi üçün lisenziyanın verilməsinə dair nazirliklərarası komissiyanın iclasına təqdim olunub.
Xəbərdə bildirilir ki, sənədə əsasən «Uralskie Avialinii» şirkəti həftədə beş dəfə Bakıya və İrəvana reyslər həyata keçirməlidir. Bundan əlavə, Çeçenistanın «Qroznıy Avia» şirkəti həftədə iki dəfə Simferepoldan Antalya və İrəvana, habelə hər gün İstanbula reys həyata keçirmək üçün «Rosaviasiya»ya müraciət edib.
Martın ortalarından, yəni Krımın Rusiya tərəfindən ilhaqından sonra ora bütün aviareyslər yalnız Rusiya şəhərlərindən həyata keçirilir. İyunun əvvəllərində baş nazir Dmitri Medvedyev Simferepol aeroportunun beynəlxalq reyslər üçün açılması barədə sərəncam verib.
Əgər «Rosaviasiya» «Uralskie Avialinii» şirkətinə Simferepoldan Bakıya reyslər həyata keçirməyə icazə versə, o zaman Azərbaycan Hava Yolları Dövlət Konserni (AZAL) üçün ciddi siyasi problem yaranacaq. Çünki Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır və deməli, Krımı hələ də Ukrayna ərazisi hesab edir. O zaman Ukrayna ərazisinin bir hissəsi hesab edilən Krıma reyslər də ancaq Kiyevin icazəsi ilə həyata keçirilə bilər. Əks halda bu, beynəlxalq mülki aviasiya normalarına zidd olardı.
Ona görə də AZAL rəsmi Bakının mövqeyini əsas götürərək «Uralskiye Avialinii» şirkətinə Simferepoldan Bakıya birbaşa reys həyata keçirməyə icazə verməmək məcburiyyətində qala bilər.
Xatırladaq ki, Azərbaycan ermənilərin işğal altındakı ərazilərdə hava limanı açıb reyslər həyata keçirmək niyyətləri ilə bağlı analoji situasiya ilə üzləşib. Rəsmi Bakı Xankəndi aeroportundan uçuşlara imkan verməyəcəyini dəfələrlə bildirib və birmənalı şəkildə xəbərdarlıq edib ki, belə uçuşlar həyata keçirən təyyarələri vurmağa hazırdır.
Beynəlxalq Mülki Aviasiya Komitəsi də bu məsələ ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyib. Nəticədə ermənilərin Xankəndi-İrəvan-Xankəndi reysi ilə uçmaq arzuları hələ də reallaşmayıb.