Heydər Əliyev Beynəlxalq Aeroportu 4 ulduza layiq görüldü
Hava limanı 11 ayda 3,75 milyon sərnişinə xidmət göstərib
MÖVZU İLƏ ƏLAQƏLİ
-
AZAL Kiyevə uçuşları ləğv edib
Rəsmilər qərarın bu gün üçün nəzərdə tutulduğunu deyir
-
Milyard dollarlıq müqavilə ləğv olunur
Bakıdan Nyu-Yorka birbaşa uçuşlar dayandırılır
-
AZAL qiymətləri endirdi
Fevralın sonuna kimi ...
-
İgid pilotun “Əbədiyyətə uçuş”u
Milli Qəhrəman Viktor Seryoginin anım günündə ona həsr edilmiş sənədli film təqdim olundu
-
“Yəhudilər Azərbaycan məsələsində yekdildir”
İsrailin vitse-spikeri: “İkinci bir dövlət yoxdur ki, etibarlı və səmimi müttəfiq kimi qəbul edək”
-
«Təyyarə biletləri bir az da ucuzlaşacaq»
Nazir: «Atılan addımlar davam etdiriləcək»
-
«British Airways»ın simicliyi
İstənilən halda sərnişinlərə cavabdeh aviaşirkətdir
-
«Kapitan icazə vermədi»
Bakı aeroportu ac sərnişinlərə görə məsuliyyəti britaniyalıların üzərinə qoydu
-
AZAL-ın işçiləri ingilis dilini bilmir?!
Bakı aeroportunda Hindistan dövlət bankının eks-sədrinin başına gələnlər
-
«Yaxşı divanı, yatağı var, TV-ni də bir az böyük qoysaq...»
Cahangir Əsgərov «Sukhoi Superjet»i bəyəndi, amma «Boeing» aldı
-
AZAL-la «Boeing» arasında saziş imzalandı
«Azərbaycan Hava Yolları» beş «B787-8 Dreamliner», iki «B747-8F» təyyarəsinin alınması barədə razılığa gəlib
-
AZAL daha 6 təyyarə alır
4 «Boeing 787 Dreamliner» və 2 «Boeing 747-8 F» ...
-
Kiyevdə başıma gələnlər...
«Baxil 3 qrivindir, amma xalaya bir az peraşki pulu da versəz sevinərəm»
-
Azərbaycandan xaricə 29 avroya uçuş
Ehtiyac yaranarsa baqaj üçün əlavə 20 avro ödənəcək
-
«Münasibətlərimiz hərtərəfli inkişaf edir»
Səfir Elin Süleymanov Azərbaycanın ABŞ-dan aldığı təyyarələr haqda
-
Futbol klubları niyə dağılır?
İşsiz futbolçuların acınacaqlı sonluğu
Heydər Əliyev Beynəlxalq Aeroportu 2017-ci ilin yanvar-noyabr ayları ərzində 3,75 milyon sərnişinə xidmət göstərilib. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 25 faizdən çoxdur. Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib.
Hesabat dövründə «Azərbaycan Hava Yolları» (AZAL) milli aviadaşıyıcısının payına 2,1 milyon sərnişin düşüb ki, bunun da 545 min nəfəri daxili reyslərlə daşınıb.
Hesabat dövründə 2017-ci ilin sentyabrından uçuşlar yerinə yetirməyə başlayan ilk milli lou-koster «Buta Airways» 55 min sərnişinə xidmət göstərmişdir.
Sərnişin dövriyyəsinin 85 faizi beynəlxalq reyslərin payına düşüb. Heydər Əliyev Beynəlxalq Aeroportunun beynəlxalq daşımaların 43 faizi AZAL-ın və «Buta Airways»in, 57 faizi xarici aviadaşıyıcıların payına düşüb.
Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 53 istiqamət üzrə 30 aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna - Moskva, İstanbul, Dubay, Kiyev, Tehran, Antalya, Tbilisi, Bağdad, Doha və Sankt-Peterburq daxildir. 2,31 milyon sərnişin bu istiqamətlərə uçub.
Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.
Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti «Skytrax» tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportu 4 ulduza layiq görülüb.