vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
OLAY  
13:20 | 13 noyabr 2017 | Bazar ertəsi Məqaləyə 2911 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Yaxşı divanı, yatağı var, TV-ni də bir az böyük qoysaq...»

Cahangir Əsgərov «Sukhoi Superjet»i bəyəndi, amma «Boeing» aldı

MÖVZU İLƏ ƏLAQƏLİ

Dubayda keçirilən beynəlxalq aviasalonda AZAL rəhbəri Cahangir Əsgərovun «Boeing» şirkəti ilə rekord həcmdə-1.9 milyard dollarlıq müqavilə imzalaması haqda xəbər vermişdik.

Müqaviləyə əsasən AZAL «Boeing» şirkətindən 5 «Boeing 787-8 Dreamliner» və iki «Boeing 747-8f», yaxud «Boeing 777F» təyyarəsi alacaq. Təyyarələrin çatdırılması 2019-2020-ci illərdə planlaşdırılır.

Lakin Cahangir Əsgərov Dubayda təkcə «Boeing»in müasir sərnişin laynerlərini deyil, Rusiyanın «Sukhoi Superjet 100» təyyarələrinin biznes-versiyasını da müştəri gözü ilə nəzərdən keçirib. Virtualaz.org «Vesti.ru»ya istinadən xəbər verir ki, AZAL prezidenti təyyarənin salonuna göz gəzdirdikdən sonra deyib: «Budur, məsələn, burada duş yoxdur. Və mən təklif edirəm ki, duş kabinəsi ümumiyyətlə olmasın. Çünki adətən bu tipli təyyarələrdə duş istifadə etmirlər. Bu hansısa yeni növdür. Burada nə lazımsa hamısı var: çox yaxşı, rahat divanları, yataq yeri. TV-ni də bir az böyük eləsək hər şey normal olacaq», - Cahangir Əsgərov bildirib.

«Suxoy mülki təyyarələri» şirkətinin rəhbəri Aleksandr Rubtsov isə bildirib ki, təyyarə əlavə yanacaq çənlərinin qoyulmasından sonra dayanmadan 6 min kilometr məsafə qət edə bilər. «Biz çox münasib qiymətə gözəl, rahat təyyarə düzəltməyə çalışırıq, təyyarələri hətta Rusiyanın ixrac krediti ilə də sata bilərik», - o bildirib.

Qeyd edək ki, «Sukhoi Superjet» təyyarələrinin sərnişin versiyası bazarda özünü doğrultmayıb və bu təyyarələrə tələbat gözlənildiyindən çox az olub.