«Həmin gün Moskvada deyildim»
«Yeqor çox sakit adam olub»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
“Məğlubedilməz şeytanı” məğlub oldu
“Satan II” havada partlayıb
-
11 saatdan çox uçub
Rusiya bombardmançıları ABŞ yaxınlığında görülüb
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Pentaqon qoşun göndərdi
Arktikada ABŞ-Rusiya rəqabəti güclənir
-
Rusiyada şiddətli partlayışlar
Ukrayna nəhəng silah anbarına zərbə vurub
-
Sanksiyalara qarşı əməkdaşlıq
Pezeşkiandan Kremlə çağırış
-
Kiyev üçün ölüm-qalım dilemması
Rusiya-Ukrayna müharibəsində ölən və yaralananların sayı 1 milyona çatıb
Moskva sakini Yeqor Şerbakovu Biryulevo rayonunda qətlə yetirməkdə şübhəli bilinərək həbs olunan Azərbaycan vətəndaşı Orxan Zeynalovun cinayət işi üzrə məhkəmə baxışı başlayıb.
ANS PRESS-in məlumatına görə, məhkəmədə qətlə yetilmiş Yeqor Şerbakovun atası Vladimir Şerbakov dindirilib.
«Oğlumun sevgilisi həmin gecə mənə zəng eləmişdi. O, qışqırırdı. Heç nə deyə bilmirdi. Nə baş verdiyi başa düşmək üçün onun dediyi ünvana getdim və oğlumun asfaltda uzanıqlı qaldığını gördüm. Qızın sözlərindən belə başa düşdüm ki, Yeqorun bir nəfərlə mübahisəsi olub. Oğlum qızı müdafiə etməyə çalışıb. Nəticədə dava düşüb. Halbuki Yeqor çox sakit adam olub», V.Şerbakov ifadəsində deyib.
Məhkəmədə istintaqın versiyası da səsləndirilib. Versiyaya görə, 2013-cü il oktyabrın 10-da gecə vaxtı içkili olan Orxan Zeynalov Ksenya Popovaya söz atıb. 25 yaşlı Yeqor Şerbakov qızı müdafiə etməyə çalışıb. Nəticədə Zeynalov və Şerbakov arasında dava düşüb. Orxan Zeynalov dava zamanı Yeqor Şerbakovun sinəsindən bıçaqla zərbə endirib. Şerbakov aldığı zərbədən dünyasını dəyişib. Zeynalov isə hadisə yerindən qaçıb.
Məhkəmədə Orxan Zeynalov ittiham aktı ilə razılaşmadığını, özünü təqsirli bilmədiyini deyib. O, həmin gün Moskvada deyil Kolomma şəhərində olduğunu deyib.
Məhkəmə prosesi davam etdirilir.
Qeyd edək ki, Orxan Zeynalovun Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.