vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
ANALİZ  
10:15 | 3 iyul 2014 | Cümə axşamı Məqaləyə 3072 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Aslanov-Osmanlı işi»ndə erməni izi

«Faydalı axmaqlar» rolunda çıxış edən «beşinci kolon» bütöv ordudan da yaxşı işləyir

Rauf KƏRİMLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Müharibədə kimisə məğlub etmək üçün hərbi gücə əl atmaq heç də həmişə məcburi deyil. «Faydalı axmaqlar» rolunda çıxış edən «beşinci kolon» bütöv ordudan da yaxşı işləyir. Onun təmsilçiləri istənilən dövləti və onun ideologiyasını içəridən gəmirib məhv edə bilirlər. Gəmiricilərin xisləti budur...


Amma kimin ağlına gələrdi ki, Elnur Aslanov, Elşad İsgəndərov, Ceyhun Osmanlı, Fərhad Məmmədov kimi zahirən ölçü-biçili danışan adamların da daxilinə belə gəmirici xisləti yoluxdurulub. Bu mikrobun mikrobioloqlara aidiyyəti yoxdur. O, politoloqların nurçuluq adlandırdığı mərəzdir...

Bu virusa yoluxan toplumu və onun ideologiyasını nurçuluq adlandırırlar. Belə gəmirici cameə Azərbaycana da ayaq açdı. Xoşbəxtlikdən onları tezliklə təmizləmək mümkün oldu. Amma hansı gəmirici tutduğunu bu asanlıqla əldən buraxar, geri çəkilər?

Nurçular da Bakıda Qərbin qrantları hesabına ayaq üstə qalan müxalifət mətbuatı vasitəsilə özlərini təmizə çıxarmağa, bəraət qazandırmağa dayanmadan cəhdlər edirlər. Təcrübəli ideoloqlar məhz bu səbəbdən nurçuluğun mahiyyətinə daha çox diqqət yetirməyə, onu dərindən öyrənməyə başlayıblar. Nəticədə bu təriqətin daha məkrli və amansız olması üzə çıxdı.

İslam dini zəminində qurulmuş bu cərəyanın mənəvi atası, yəni özünü nurçuların imamı, deməli, bu cərəyanın virusdaşıyıcısı elan edən Fətullah Gülən milyardlarla dollarlıq sərvəti hesabına son vaxtlar öz ideyalarını yaymaq istiqamətində xeyli fəallaşıb.

 

 

 

F.Gülən bu yolda heç bir əngəllə qarşılaşmamaq üçün 2011-2012-ci illər ərzində nüfuzlu amerikalı senator Robert Menendezi səxavətlə maliyyələşdirib, ona böyük məbləğlərdə ianələr verib. R.Menendez uydurma «erməni soyqırımı»nın ABŞ-dakı əsas lobbiçisidir. O, «erməni genosidi»nin Amerikada tanınması üçün xeyli tər tökmüş siyasətçidir.

ABŞ-da fəaliyyət göstərən və nurçulara məxsus olan türk şirkətlərinin bu siyasətçiyə ianə verməsinə dair məlumatların yalnız bir hissəsini əldə etmək mümkün olub. Həmin şirkətlərin bəziləri Robert Menendezin seçki kampaniyasına çox böyük məbləğlərdə pullar xərcləyiblər. Bu da onların siyahısı:

 

 

 

Bunlar hələ məlumatlar deyil. Heç o da məlum deyil ki, erməni lobbisinin nümayəndələrinə ianə olaraq nağd şəkildə nə qədər pul verilib. Əvvəllər giriş üçün açıq olan və əsas mənbə rolunu oynayan sayt ianə verən həmin türk şirkətlərinin siyahısını dərc etmişdi. Sonra anladılar ki, belə şəffaflıq onlara başağrısı yarada bilər. Ona görə də həmin məlumatları sonradan gizlətməyə qərar verdilər. Amma Gülən təriqətinə bağlı bu özəl şirkətlərin siyahısını bir çox bloggerlərin sayəsində saytdan əldə etmək mümkün oldu. Həmin siyahı 16 səhifədir:

 

 

 

Əldə edilən həmin məlumatlara əsasən demək mümkündür ki, gülənçilər amerikalı siyasətçilərə iki il ərzində ən azı 1 milyon 250 min dollar pul xərcləyiblər. Amma türk şirkətlərinin təqdim edilən siyahısının tam olmadığını nəzərə alanda lobbiçilərə xərclənən pulların məbləğinin daha böyük olması istisna edilə bilməz. Bu pulları «lazımi» ünvanlara axıtmağın təşkilatçısı olan Fətullah Gülən özünün bu proseslərdəki rolunu açıb-ağartmağı, özünü dilə-dişə salmağı sevmir. O, gizli-məxfi işlərdə bişmiş bir peşəkar kimi belə məsələlərdə kölgədə qalmağa üstünlük verir. Guya ki, o, gəmirici deyilmiş...

O da məlum olub ki, nurçuların ABŞ-dakı ən çox şəbəkələşib şaxələnmiş təşkilatlarından biri olan Türkiyə-Amerika Alyansı (TAA) da «erməni genosidi» üzrə qətnamə layihəsinin təşəbbüskarı ilə sıx əlaqələrə malikdir və R.Menendez bu təşkilatın tədbirlərində müntəzəm iştirak edir. Aşağıda təqdim etdiyimiz fotoşəkil özlüyündə çox şeyi deyir:

 

 

 

Burada diqqətçəkən məqamlardan biri də odur ki, R.Menendez nurçuların yığıncağında bu il də iştirak edib. Və bu, o vaxt baş verir ki, ABŞ Konqresi uydurma «erməni genosidi» tanınmasına dair qanun layihəsini yenidən gündəliyə daxil edir, Ankarada isə hamı, ümumən bütün Türkiyə, bütün türk xalqı ermənilərin uydurma iddialarına 2015-ci ilə qədər birdəfəlik son qoymaq üçün var gücü ilə çalışırdı.

Gülənçilərin dəstəyi ermənilərin işinə çox yarayır. Axı onlar «genosid»in 100 illiyinə möhkəm hazırlaşırlar. Özü də qlobal səviyyədə qeyd etməyə...

 

 

 

Bütün bunlarla yanaşı Fətullah Gülən öz məsləkdaşları və digər ölkələrdəki, o cümlədən Azərbaycandakı nümayəndələri ilə birgə cəmiyyəti ona inandırmağa çalışırlar ki, R.Menendez nurçuların tədbirində guya cəmi-cümlətani bir dəfə iştirak edib. Nurçular onu da iddia edir ki, onların Menendezlə heç bir siyasi və ideoloji əlaqələri yoxdur. Amma faktlar tamam başqa şeydir. Onları nə inkar etmək, nə də qulaqardına vurmaq olmaz...

Birincisi, Robert Menendez gülənçilərin müxtəlif tədbirlərinin daimi iştirakçısıdır.

İkincisi, onlar təkcə Amerikadakı erməni lobbiçiləri ilə əməkdaşlıq etmirlər, eləcə də erməni təşkilatları ilə utanmadan, demək olar ki, açıq şəkildə işləyir və onların aksiyalarına qatılırlar.

Budur, Los-Ancelesdə gülənçilərin yerli erməni strukturları ilə birgə təşkil etdikləri aksiya barədə informasiya verən skrinşot. Sizin qarşınızdakı Amerikanın İstanbuldakı rezidentinin 2008-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsinə və... İrəvana göndərdiyi məxfi diplomatik teleqramdır.

Xatırladaq ki, həmin vaxtlar Amerika və Ermənistan nümayəndələri Türkiyəni Ermənistanla sərhədləri açmağa məcbur etmək üçün danışıqlar aparırdılar.

 

 

 

Bu diplomatik teleqramdan məlum olur ki, 2009-cu ilin aprelində Kaliforniyada təşkil edilmiş bu mərasim, habelə ola bilsin digər buna bənzər toplantılar vasitəsilə Gülənin emissarları və erməni diasporunun nümayəndələri Türkiyə-Ermənistan yaxınlaşmasına təkan verməyi nəzərdə tuturdular. Hansı ki, bu tədbirlər ABŞ-da təşkil olunsa da bilavasitə Türkiyəyə qarşı faktiki təzyiqlərin güclənməsinə yönəlmişdi. Bu çirkli oyunda gülənçilər öz ciblərini də yaddan çıxarmırdılar. Budur, qırmızı xətlə işarələnmiş hissəyə baxın:

 

 

 

Yuxarıdakı seçdirmədən məlum olur ki, təşkilatçılar Azərbaycanın maraqları hesabına «türk-erməni yaxınlaşmasına» təkan verməklə ciblərini də yaxşıca doldurmağı hesablayıblar.

Gülənçilər xəbər verir ki, aksiyada onların hesablamalarına görə, 100 mindən çox adam iştirak edəcək və onların hər biri 7 dollar ödəməli olacaq. Bu da 1 milyon dollara yaxın pul edir.

Məhz elə həmin vaxtda səs-küylü sənəd - türk-erməni yaxınlaşmasına dair yol xəritəsini müəyyən edən Sürix protokolları meydana çıxdı.

Gülənçilərin faktiki fəaliyyəti ilə bağlı bu faktiki məlumatlar əlbəttə ki, imam Fətullahın dünya erməniliyi ilə fəal əməkdaşlığından şübhələnməyən Azərbaycan fətullahçılarına həvalə edilmiş əsl rolu dərk etməyə kömək edir.

Ona görə də indi nurçuluğun və fətullahçılığın əsl mahiyyəti üzə çıxanda Azərbaycan nurçularının liderləri vaxtilə onlara siyasi olimpə qalxmağa kömək edən adamlara fəal hücuma keçdilər.

Elə onlar da Əliyev hakimiyyətinin monolitliyini dağıtmağa yönələn təhlükəli kampaniyanı başlatdılar, vahid komandanı «gənclərə» və «qocalara» böldülər, Azərbaycan hakimiyyətində  Elnur Aslanov başda olmaqla guya «köhnə qvardiya»nın əngəl olmağa çalışdığı «gənc islahatçılar» adı altında komandanın mövcudluğu haqda şayiələri fəal şəkildə dövriyyəyə buraxdılar.

Maraqlıdır ki, Qərb təsirinin izlərini ört-basdır etməyə çalışan bizim nurçular hərdən onlar üçün xarakterik olmayan rusiyayönümlü istiqamətə də meyl etməyə çalışırdılar.

Budur, məsələn, bu ilin martında Azərbaycanda dövlət strukturlarına sızmış yüksək rütbəli nurçuların şəbəkəsinin aşkar edilməsindən sonra «Nezavisimaya qazeta» nə yazırdı:

 

 

 

Bu sifarişli yazının arxasında kimlərin dayandığını və Rusiyanın «Nezavisimaya qazeta» kimi nəşrində işıq üzü görmüş həmin məqalənin kimlərə sərf etməsini elə həmin məqalədəki bu parçadan görmək olar:

 

 

 

Bu məqalədə ekspert mövqeyi kimi Azərbaycan nurçularının «troykası» Elnur Aslanov-Ceyhun Osmanlı-Fərhad Məmmədovun qurduğu «Xəzər» adlı «analitik mərkəz»in fikirlərinə yer verilir.

Yəni nurçu liderlər vicdanları sızlamadan uzun illər öz xeyirxahlığı və humanizmi onlara qızğın fəaliyyət imitasiyası yaratmaq, ictimai və hökumət strukturlarında parazitlik etmək imkanı yaradan adamları gözdən salmağa çalışırdılar.

Buna nə deyəsən?! Aslanovun, Məmmədovun, Osmanlının bu sifəti hamıya aydındır və göz qabağındadır. Bunun sayəsində doğma dövlətlərinin özəyini siçovul kimi içəridən gəmirməsi onların mahiyyətini heç vaxt olmadığı qədər yaxşı xarakterizə edir...