vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
BANK, BİRJA, SIĞORTA  
13:21 | 20 iyun 2014 | Cümə Məqaləyə 2831 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Aslanovların hesabları donduruldu

Vaxtilə onları himayə edən məmurlar bu qərarın dəyişdirilməsinin «imkanları xaricində» olduğunu bildiriblər

MÖVZU İLƏ ƏLAQƏLİ

«Parlamentin İnsan haqları komitəsinin sədri Rəbiyyət Aslanovanın və onun oğlu Prezident Administrasiyasının sabiq şöbə müdiri Elnur Aslanovun ölkədən çıxmasına qadağa qoyulub. Aslanovlara məxsus bütün əmlaka və bank hesablarına da həbs qoyulub, onların barəsində hüquq mühafizə orqanlarında araşdırma aparılır».


Vaxt.az xəbər verir ki, məlumatlı mənbədən «Bizim Yol» qəzetinə daxil olan məlumata görə adları siyasi qalmaqallarda hallanan Aslanovların fəaliyyəti barədə xüsusi xidmət orqanlarında təkzibedilməz sübutlar var. «Onların prezident seçkilərindən əvvəl Azərbaycana qonşu ölkələrin birindən siyasi dəstək axtarışları, hakimiyyətdə şəbəkələnmiş təşkilata rəhbərlik etməsi və qurumları iqtidar əleyhinə şübhəli fəaliyyətlərə yönləndirməsi təsdiqini tapıb» deyə mənbə vurğulayıb.

Qaynaq bildirib ki, Aslanovlar bank hesablarına və əmlaka qoyulan həbslərin qaldırılmasına cəhdləri nəticə verməyib. Vaxtıilə onları himayə edən məmurlar bu qərarın dəyişdirilməsinin «imkanları xaricində» olduğunu bildiriblər.

Elnur Aslanova Rabitə və Yüksək Texnologiyalar Nazirliyində şöbə müdiri vəzifəsi verilməsinə və Rəbiyyət Aslanovanın Mili Məclisin Komitə sədri kimi görəvinə davam etməsinə gəlincə, mənbə bunların müvəqqəti olduğunu iddia edib: «Aslanovları himayə edən «əl»in gücü buna çatıb, amma bu, onlar barəsində yüksək səviyyədə verilmiş qərara təsir göstərə bilməz”.

Xatırladaq ki, Elnur Aslanovun MTN-də 6 saat dindirilməsi ilə bağlı «Bizim Yol» qəzeti saytı məlumat yaymışdı. Nazirliyin mətbuat xidmətinin rəhbəri Arif Babayev bu barədə onda məlumat olmadığını bildirmişdi, Aslanov isə heç bir açıqlama verməmişdi. Bundan başqa yuxarıda göstərilən faktların bir qismi müxtəlif media orqanlarında yazılıb, amma nə Rəbiyyə Aslanova, nə də Elnur Aslanov onları təkzib etməyib.

Bir neçə həftə əvvəl Elnur Aslanovun ən yaxın dostu, deputat Ceyhun Osmanlının qardaşı Daxili İşlər Nazirliyi sistemində işdən çıxarılıb. Deputat internet saytlarının birinə açıqlamasında yaranmış durumu «37-ci illərlə» müqayisə etmişdi.