
Pezeşkianın məhdud çərçivəsi
Ən yaxşı halda, mövcud strategiya içində müəyyən taktiki dəyişiklik yarada bilər
Ən yaxşı halda, mövcud strategiya içində müəyyən taktiki dəyişiklik yarada bilər
İlham Əliyev mesajında bölgədə faydalı əməkdaşlığın nələrdən asılı olduğunu xatırlatdı
Güclü jest olsa da birliyə işarə edən addım deyil
... Yaxud Məsud Pezeşkianın Azərbaycana səfəri ilə bağlı tezislər
Türk əsilli siyasətçinin İran prezidenti olmasının faydaları
Azərbaycan-İran münasibətlərində yeni mərhələ
Pezeşkian: “Biz İranı azərbaycanlıların ikinci vətəni hesab edirik”
Nəhayət öz siyasi memimizi yaradırıq
İran prezidentinin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan Qlobal Cənub ilə Qlobal Şimal arasında fəal dialoq mühiti yaradır
Mixail Saakaşvili: “Dövlətlərin öz ləyaqətini qorumaq davranışı prinsipinin yaradıcısıdır”
Diplomatik balans və strateji perspektivlər
Hikmət Hacıyevin iki paytaxt xətti üzrə səfər trafiki də bundan qaynaqlanırdı
Azərbaycan lideri İlham Əliyevin “Yeni dünya nizamına doğru” forumunda verdiyi mühüm mesajlar
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə keçirilən beynəlxalq forum
İlham Əliyev: “Biz Ermənistanın regiondan kənar güclərlə hərbi-siyasi ittifaqına imkan verməyəcəyik”
Prezident İlham Əliyevin bu ilin iyul ayının 12-də Nazirlər Kabinetinin geniş müşavirəsində ölkə iqtisadiyyatına özəl sərmayələrin artırılması ilə bağlı icra başçılarına verdiyi vaxt dekabrın 15-də, yəni bu gün bitir. Yada salaq ki, nazirlərin, Prezident Administrasiya rəhbərliyinin də iştirak etdiyi müşavirədə ölkə iqtisadiyyatına özəl sərmayələrin artırılmasının vacibliyi haqda danışan dövlət başçısı icra başçıları qarşısında konkret müddət qoymuşdu.
Prezident çıxışında demişdi ki, özəl sərmayənin cəlb edilməsi üçün icra başçılarına konkret vaxt verir. «İlin sonunda - dekabr ayında Prezident Administrasiyası və İqtisadiyyat Nazirliyi mənə məlumat, siyahı verməlidir ki, hansı rayonda nə qədər özəl sərmayə cəlb olunub. Hər bir icra başçısının işinə, o cümlədən bu göstəriciyə görə qiymət veriləcək. Bir daha deyirəm ki, dekabrın 15-də mənə geniş arayış təqdim edilsin və ondan sonra həm yüksək qiymət veriləcək, həm də cəza tədbirləri görüləcək», deyə, prezident xəbərdarlıq etmişdi.
Onu qeyd edək ki, əyalətlərdə pambıqçılığın, üzümçülüyün, fındıqçılığın və digər kənd təsərrüfatı sahələrinin inkişafına dair xeyli işlər görülsə də, özəl sərmayə ilə bağlı məsələdə problemlər hələ qalmaqdadır. Bildirilir ki, rayona sərmayə cəlb etmək, yeni iş yerləri açmaq, yerli əhalinin problemlərinə daha həssas və çevik münasibət göstərmək əvəzinə, bəzi rayonlarda yenə ciddi irəliləyiş olmayıb. Bu səbəbdən 10-a yaxın icra başçısının dəyişdiriləcəyi ilə bağlı xəbərlər yayılıb.
Bitməsinə sayılı günlər qalan 2017-ci ildə hansı icra başçılarının vəzifəsi ilə vidalaşmasını yada salıb. Bu il prezident sərəncamı ilə 3 icra başçısı vəzifəsindən uzaqlaşdırılıb. 1 iyun tarixində prezident sərəncamı ilə Şərur Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov vəzifəsindən azad edilib. Elə həmin gün Kamal Cəfərov sözügedən rayonunun icra başçısı vəzifəsinə təyin edilib. Şərur rayonundan əvvəl 3 il Sədərək rayonunun icra başçısı vəzifəsini icra edən İ.Məmmədov sonuncu sərəncamdan sonra icra orqanlarından uzaqlaşıb.
Bu il icra başçısı vəzifəsi ilə birdəfəlik vidalaşan digər başçı isə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin rəhbəri İbrahim Mehdiyev oldu. O, 1 iyul tarixində prezidentin imzaladığı sərəncamla vəzifəsindən azad edilib. 2016-cı ildə «Şöhrət» ordeni ilə təltif olunana keçmiş RİH başçısı 2000-2006-cı illərdə Xətai Rayon İcra Hakimiyyətinin rəhbəri vəzifəsində çalışıb. 2006-cı ildə Xətai RİH rəhbəri vəzifəsindən azad edilsə də, Yasamal RİH-ə başçı gətirilib. Yasamal RİH-nin başçısı vəzifəsi hələ də vakantdır.
İcra başçıları ilə bağlı dekabrın 15-dək olan tarixədək sonuncu sərəncam Quba Rayon İcra Hakimiyyəti ilə əlaqədardır. Belə ki, 2 dekabr tarixində İlham Əliyevin sərəncamı ilə 2015-ci ildə bu vəzifəyə təyin edilmiş Yaşar Məmmədov tutduğu vəzifədən azad edilib. O, bundan öncə Ucar RİH-in başçısı vəzifəsində çalışıb. Y.Məmmədov sonuncu sərəncamla icra orqanlarından birdəfəlik uzaqlaşdırılıb. Elə həmin gün Ziyəddin Əliyev Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.