«Bir də mənə zəng etməyin»
PA-nın sabiq şöbə müdiri Fatma Abdullazadə: «Danışmağa heç bir sözüm yoxdur»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Fatma Abdullazadə haqda şok iddia
Sabiq şöbə müdirinin Beynəlxalq Banka 50 milyon dollar kredit borcu olduğu deyilir; Fazil Məmmədovun 1 milyonunu qaytarmadığı iddiası və daha nələr...
-
«Həqiqəti əks etdirmir»
Baş Prokurorluq Fatma Abdullazadənin ölkədən çıxışına qadağa qoyulması xəbərini təkzib etdi
-
Doğru sözə nə deyəsən...
Adam daha necə danışmalıdır?
-
24 illik dəftər qapandı?
Fatma Abdullazadənin müavini də vəzifədən azad edilib
-
Aslan ovlandı, «Yurd»u talandı
«TV-nin bütün əmlakı siyahıya alınıb və maşına yığılaraq aparılıb»
-
««Əfsanələr» dövrü bitib»
Elnur Aslanovdan nurçu məmurlarla bağlı iddialara cavab
-
Bu il iyunun 1-də Prezident Administrasiyasının (PA) strukturunda yeni dəyişikliklər gerçəkləşdirildi, bəzi kadr islahatları həyata keçirildi. Bu dəyişiklik nəticəsində administrasiyada bir sıra vəzifəli şəxslər işdən azad edildi ki, onlardan biri də uzun illər PA-nın humanitar siyasət məsələləri şöbəsinin müdiri postunda çalışan Fatma Abdullazadə oldu.
Xatırladaq ki, 69 yaşlı Fatma Abdullazadə uzun illər - 1993-dən 2017-ci il iyunun 1-dək adıçəkilən şöbənin müdiri işləyib və o, işdən çıxarılandan sonra həmin vəzifə hələ də boş qalır və bura yeni təyinat gerçəkləşməyib.
Son günlər Fatma Abdullazadə ilə bağlı müxtəlif məlumatlar yayılır. Ona yeni vəzifə veriləcəyi də yayılan xəbərlər sırasındadır.
Bu səbəbdən Modern.az saytı Fatma Abdullazadə ilə əlaqə saxlamağa çalışıb və buna nail olub.
Saytın əməkdaşı ondan hazırda nə işlə məşğul olduğunu soruşub. Öz növbəsində Fatma Abdullazadə yalnız bunları deyib: «Nə dünyanın düz, nə də əyri vaxtlarında hansısa suala cavab vermişəm. Düşünürəm ki, danışmağa heç bir sözüm yoxdur. Zəng edib maraqlandığınıza görə çox sağ olun. Amma xahiş edirəm, bir də mənə zəng etməyin!»
Administrasiyanın keçmiş şöbə müdiri bundan artıq heç nə demək istəməyərək, telefonu qapadıb.