Doğru sözə nə deyəsən...
Adam daha necə danışmalıdır?
Fazil MUSTAFA
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Fatma Abdullazadə haqda şok iddia
Sabiq şöbə müdirinin Beynəlxalq Banka 50 milyon dollar kredit borcu olduğu deyilir; Fazil Məmmədovun 1 milyonunu qaytarmadığı iddiası və daha nələr...
-
«Həqiqəti əks etdirmir»
Baş Prokurorluq Fatma Abdullazadənin ölkədən çıxışına qadağa qoyulması xəbərini təkzib etdi
-
«Bir də mənə zəng etməyin»
PA-nın sabiq şöbə müdiri Fatma Abdullazadə: «Danışmağa heç bir sözüm yoxdur»
-
24 illik dəftər qapandı?
Fatma Abdullazadənin müavini də vəzifədən azad edilib
-
Bu dəfə türkmən prezidentə sataşdı
««Şəbu hicran»ı oxusun görək oxuya bilərmi?»
-
Müğənni Əli Mirəliyev deyib: «Fatma Abdullazadəni tutduğu vəzifədən kənarlaşdırdılar. Çünki işlərinin öhdəsindən gələ bilmirdi, çatana, hər yerindən durana, xalq artisti adı verdirirdi. Onun hesabına mavilər, əxlaqsız qadınlar da xalq artisti oldu. Bunu da hər kəs gözəl bilir. Prezidentin bəyəm vaxtı, siyasi-iqtisadi işlərdən imkanı varmı ki, durub onlara bir-bir qulaq assın?! Sevinirlər ki, bunlar Xalq artisti olublar. Yalansa, öləsiniz sizi elə, yerə soxum yaltaq ağsaqqallarınız başda olmaqla hamınızı xalq artisti olan yerdə! Bu millət uzun illər rusun tərkibində olub deyə, həmişə Xalq artisti olmaq üçün əldən-ayaqdan gedib. Ancaq anlamırlar ki, o ad boş şeydir. Bəyəm İtaliyada Sofi Loren, Türkiyədə Zeki Müren xalq artisti olub, ancaq onları dünya tanıyır!»
Həqiqətən də bu adların verilməsi məsələsində olan ədalətsizlik başqa sahələrdəkindən daha bariz görünür. Ümumiyyətlə bu mənasız adpaylamadan ya imtina etmək lazımdır, ya da layiq olmayanların gözünə heç olmazsa bir-iki layiq olanı da qatmaq lazımdır ki, ədalətsizlik açıq-aşkar görünməsin. Tanıdığım bir sənət adamı var. Olduqca təvazökar insandır. 40 ildir fortepianonun arxasında əyləşib ən mötəbər tədbirlərdə saatlarca gözəl musiqi ifaçılığı nümayiş etdirir. Neçə illərdir «Dan ulduzu» ansamblının solistidir. Fəridə Hüseynova - tanınmış pianoçudur. Tədbirlərin birində soruşdum ki, yəqin ki, siz ən azı Azərbaycanın əməkdar artistisiniz. Cavabı məni heyrətləndirdi: «Siz nə danışırsınız, mənim kimim var ki, hansısa ad da verilsin! Ancaq təsəllim budur ki, tələbələrimin çoxusuna adlar verilib, elə bu da mənim bəsimdir».
Hələ bizim tanımadığımız neçə belə peşəkar insanlar var ki, adamsızlıqdan, pulsuzluqdan belə adlara əlləri çatmır.
İndi deyirlər bu Əli Mirəliyev çox sərt danışır. Adam daha necə danışmalıdır? Sənətlə bağlı baş verənlər gözünün qabağındadır, görünür söyləməmək mümkün deyil.