vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
XADİM  
11:54 | 1 mart 2014 | Şənbə Məqaləyə 2724 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

««Əfsanələr» dövrü bitib»

Elnur Aslanovdan nurçu məmurlarla bağlı iddialara cavab

MÖVZU İLƏ ƏLAQƏLİ

«Müəyyən xarici qüvvələrin təsiri altında, onlardan maliyyə asılılığında olan radikal müxalifət - antimilli ünsürlər və onların təlimatçıları hər cür dövlət mənafeyini satmağa, Vətəninə xəyanət etməyə hazırdır». APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib.

«Mənim ünvanıma və ali hakimiyyət orqanlarında ümummilli lider Heydər Əliyevin dövlətçilik yoluna hər zaman sadiq, cənab prezident İlham Əliyevə sədaqətlə çalışan bir sıra dövlət məmurlarına qarşı çirkin iftiralar, nurçuluq adlanan dini təriqətlə bağlamağa cəhdlər xəstə təxəyyülün məhsuludur, tamamilə əsassızdır.

Şəxsi maraqlarından uzağa gedə bilməyənlər dərk etməlidir ki, Azərbaycanda «siyasi əfsanələr» dövrü çoxdan bitib, cəmiyyət nağıllarla reallığı ayıracaq qədər ayıq-sayıqdır. Onlara ciddi işlərlə məşğul olmağı tövsiyə edərdim.

Peşəkar jurnalistika prinsiplərinə hörmət edərək dəqiqliyinə əmin olmamış, yoxlanılmamış məlumatları yaymayan media təmsilçilərinə də təşəkkür edirəm» - deyə E. Aslanov bildirib.