vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
ANALİZ  
21:30 | 4 avqust 2014 | Bazar ertəsi Məqaləyə 4955 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rauf Mərdiyevin fərdi «keyfiyyət»ləri...

... və ya İlham Əliyev namərd mərdiyevlərlə necə davransın

Yusif ƏLİYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanın siyasi həyatına necə olubsa, «Mərdiyev» adlı bir siyasi təlxək düşüb. Bu adamı hakimiyyət dəhlizlərinə Prezident Admnistrasiyasının baş plagiatoru («oğrusu»), eyni vaxtda transmilli nurçular sektasının baş lobbisti Elnur Aslanov dartıb gətirmişdi.

Aslanov təkcə Surkovun yox, digər intellektual avtoritetlərin də məqalələrindən bütöv abzasları oğurlayırdı. Özü də təkcə abzas və cümlələri yox, həm də ideyaları oğurlayırdı. Və heç də xoş niyyətlə yox...

E.Aslanov necə oldusa, Surkovun «Naş»izm və «Gənc qvardiya» ideyalarının surətini çıxarmaqla Azərbaycanda da gənclər təşkilatı yaratmaq qərarına gəldi. Bu təşkilat iqtidaryönlü gəncliyi öz sıralarında birləşdirməli idi. Məqsəd müxalifətin üzərinə hücuma keçmək, habelə ermənilər əleyhinə çıxmaq və vətənpərvərliyi gücləndirmək idi. Bir sözlə, bu təşkilat «naşizm» seriyasından idi: «Biz Putini sevir və Latınina, «Novaya qazeta» və mərhum Novodvorskaya cildindəki bütün ifritələrin ovuna çıxırıq».

Yeri gəlmişkən, «naşizm» ideyası Rusiya gəncləri arasında böyük populyarlıq qazandı. Bu təşkilat liberallar və amerikapərəst dissidentlərlə mübarizədə əsas silahlardan birinə çevrildi.

Bəs Aslanovun təşkilatından nə çıxdı? O da Surkov kimi olmaq istədi, amma necə deyərlər, Biləcəri məsələsi alındı. «Azərbaycan naşizmi» ideyası Rəbiyyət Aslanova, onun siyasətdə yolunu azmış oğlu Elnur Aslanov, həmçinin Ceyhun Osmanlı kimi siyasi fırıldaqçılar tərəfindən gündəmdə saxlanırdı. Bu adla milyonlarla manatı yedilər. Nəticədə isə yumurtadan «İrəli» formasında çirkin ördək balası çıxdı. Bu «İrəli»yə də çox qəribə soyadı olan Mərdiyev rəhbərlik etdi. Adamın adı isə heç, normaldır - Rauf.

«Naşizm» üçün ayrılan milyonları «İrəli» və çirkin ördək balası vasitəsilə sildilər. Bununla da xeyli supermarketlər, mənzillər, bağ evləri, mamaşaya hədiyyə edilmiş brilyant sırğalar (onları Milli Məclisdə deputatların çoxu görüb) leqallaşdırıldı. Qısası, Surkovda başlayıb Natan Dubovitskidə qurtardılar. «İrəli»dən nəhəng bir sıfır qaldı.

Yeri gəlmişkən, «İrəli» adının özü də oğurluqdur. Bu şüarı bir vaxtlar rəhmətlik Anar Məmmədxanov düşünmüşdü. Anarın ideya və brendini qamarladılar, gözdən salıb zibilə döndərdilər.

«İrəli»də icra hakimiyyətlərində vəzifə almaq ehtirası ilə alışıb yanan uzağı 10-15 gənc qız və oğlan yığışırdı. Təşkilatın ofisinin qarşısında isə «naşizmin» yaradıcılarından biri olan Ceyhun Osmanlının dəbdəbəli maşınları dayanırdı. Yəni bu gənclər təşkilatında «CİP»lərin sayı gənclərin sayından çox idi...

«İrəli»ni yaddaşlarda saxlayan daha bir məqam bu boşboğaz oğlan uşağının daşıdığı və yəqin bundan sonra da daşıyacağı soyad idi - Mərdiyev.

R.Mərdiyevin necə biri olduğunu göstərmək, onun şəxsiyyətini doğru-dürüst səciyyələndirmək üçün bu oğlanın hansısa iqtidaryönlü qəzetciklərin birinə verdiyi gurultulu müsahibəsindən bircə sitatı xatırlamaq yetər. Həmin müsahibə ictimai rezonans doğurmuşdu deyə sosial şəbəkə istifadəçilərindən biri onu «Facebook»da yaymışdı.

Diqqət edin, Mərdiyev gör nə deyir: «Mən heç vaxt müxalifətçi qızla evlənmərəm».

Bu sözdən sonra adi əclafın portreti üçün əlavə ştrix axtarmağa ehtiyac qalmır. İndi sizə hər şey aydın oldumu?

Hakmiyyət Aslanovun brilyanta bürünmüş anası ilə birlikdə məmurları onilliklər boyu necə avam yerinə qoyduğunu görəndən sonra nurçularla üzülüşməyə qərar verdi. İllah da ona görə ki, bu ana-bala «Qızıl balığın nağılı»nı tez-tez, təkrar-təkrar oxumaqla Aleksandr Sergeyeviçin yaradıcılığı ilə bərk maraqlanırdılar. Rəbiyyət Aslanova adi dvoryanka olmaqdan bezmişdi deyə çariça olmağa qərar vermişdi. Amma sonda ana ilə balanı qapı arxasında qoydular. Onların dalınca isə Mərdiyevin timsalındakı əyri-üyrü oyuncağı heç kimə gərək olmayan əşya kimi bir kənara vızıldatdılar...

Mərdiyev indi daha «İrəli»nin sədri deyil. O. üzütüpürcəkli sosial şəbəkə istifadəçisidir. Bu uşaq yolunu azıb çaşdı, istədiyi sahilə üzə bilmədi.

Ötən həftə bütün erməni mətbuatı Mərdiyevdən bu başlıqlar altında sitat gətirirdi: «Mərdiyev Eynulla Fətullayevi necə pərt elədi».

Maraqlıdır, bütün erməni mətbuatı «Azərbaycan naşizmi»nin bu zavallı qurbanına niyə belə qəfildən odlu-alovlu məhəbbət göstərdi?

Qarabağdakı ilk döyüşlərdən sonra haqqin.az saytı Azərbaycan və dünya ictimaiyyətini erməni hərbçilərinin məruz qaldığı çoxsaylı itkilər barədə ilk məlumatlandıranlardan biri və birincisi idi. Haqqin.az saytından sonra bu rəqəmləri APA agentliyi, müxalifət mətbuatı, hətta korpus komandiri, Milli Qəhrəman, general-leytenant Rövşən Əkbərov da təkrarladılar. Haqqin.az saytı isə həmin xəbəri və rəqəmləri erməni bloggerlərə istinadən yaymışdı. Sayt üstəlik erməni ordusunun itkilərinin miqyasını ermənilərdən gizlətməsinə görə Sərkisyanın kriminal rejiminin nəzarətində olan bütün ictimai rəy mərkəzlərini tənqid etmişdi.

Bəs Mərdiyev nə etdi? O da Eynulla Fətullayevi saxtakarlıqda ittiham edərək erməni ordusunun itkiləri ilə bağlı rəqəmləri inkar etdi. Və bərkdən çığırdı: «Bizə belə vətənpərvərlik lazım deyil».

Gör bu çirkin ördək balası necə də xoruzlanır. Bəs bizə necə vətənpərvərlik lazımdır, Mərdiyev, bəlkə bunu deyəsiniz?!

Mərdiyevin bu sözlərini bütün yerli müxalif nəşrlər və erməni KİV-ləri həvəslə dərc etdi. Aslanovun bu sevimli kadrı da patronu kimi öz sifətini bütün çılpaqlığı ilə ortaya qoydu. Buradan belə çıxmırmı ki, Mərdiyevi qapının dalına qovan kimi bu adam şəxsi nifrət və incikliyini gizlətməyərək ermənipərəstlik edir?! Özü də bizim və erməni mətbuatı arasında informasiya savaşının ən qızğın vaxtında!

«Mən müxalifətçi qızla heç vaxt evlənmərəm» ifadəsinin müəllifi stalinizmə məhəbbət saçır. Bu adam əsl bitib-tükənmiş Pavlik Morozovdur ki, durub. Əgər partiya və hökumət tələb etsə, o, öz müxalifətçi arvadını MTN-ə ilk fürsətdəcə satar. Deməli, Mərdiyevi elə stalinizm dövrünün sərt qanunları ilə mühakimə edib cəzalandırmaq lazımdır, elə deyilmi?!

Burada söhbət siyasi formatdan yox, analogiyalardan gedir. Təsəvvür edin ki, 1941-ci ildir və Mərdiyev sevimli hitlerçi qəzetlərin səhifələrində tutalım, sovet jurnalistlərinin yazdığı rəqəmləri təkzib edərək həlak olan alman faşistlərinin sayını azaltmağa çalışır. Onda onun başına nə oyun açardılar?! Öz trotskiçi-buxarinçi arvadını satmağa hazır dayanan Mərdiyevi sonuncu vlasovçu sayaq şaqqalayardılar.

Mən elə düşünmürəm ki, Mərdiyevi bu gün divara söykəmək lazımdır. Yox, amma bundan müvafiq nəticələr çıxarmaq gərəkdir. Son hadisələr göstərdi ki, Ermənistanla müharibə demək olar reallıqdır. Bir gün yuxudan ayılanda ölkəmizin irimiqyaslı müharibə vəziyyətində olduğunu görə bilərik. Onda istənilən vaxt düşmən tərəfə keçməyə, namərdliyə hazır dayanan Mərdiyev kimilərlə necə rəftar etmək lazım gələr? Onlarla eyni bir ölkədə necə yaşamaq olar?

Mən bu sualları cəmiyyətə yox, həm də özümə verirəm...