vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
QALMAQAL  
18:57 | 20 iyun 2014 | Cümə Məqaləyə 2828 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qətiyyətlə bəyan edirəm ki, ...»

Rəbiyyət Aslanova oğlu haqda MTN-ə müraciət etdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova onun və Prezident Administrasiyasının keçmiş şöbə müdiri, hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyində şöbə müdiri olan oğlu Elnur Aslanovun ölkədən çıxmasına qadağa qoyulduğu, bank hesablarına, mülklərinə qeyri-rəsmi həbs qoyulduğu barədə yayılan xəbərləri təkzib edib.


«Qafqazinfo»nun xəbərinə görə, «Turan» agentliyinə açıqlamasında Rəbiyyət Aslanova deyib: «Mediada mənə və oğlum Elnur Aslanova qarşı başlanan kampaniya ilk gündən şər, böhtan, yalan və iftiradan başqa bir şey deyil. Qətiyyətlə bəyan edirəm ki, həm mən, həm də oğlum Elnur Aslanov dövlətimizə, xalqımıza, dövlət başçımıza həmişə sədaqətli olmuşuq və bundan sonra da sədaqətli olacağıq».

Açıqlamasında Rəbiyyət Aslanova sözügedən xəbərlərin sifarişlə yayıldığını iddia edib: «Azərbaycanda hər kəs bunun hansı mənbədən qaynaqlandığını yaxşı bilir. Bu kampaniya başlanandan üç dəfə Milli Təhlükəsizlik Nazirliyinə rəsmi müraciət edərək mənim və oğlumun fəaliyyətinin tam araşdırılmasını xahiş etmişəm. Bu gün də qəti əminliklə bildirirəm ki, bir millət vəkili, Azərbaycan vətəndaşı olaraq mənim və oğlumun fəaliyyətində zərrə qədər belə nöqsan tapa bilməzlər. Dönüklük, etibarsızlıq və sədaqətsizlik kimi keyfiyyətlər bizə yaddır. Mən və oğlum xalqımızın və dövlətimizin etimadını hansı vəzifədə olmağımızdan asılı olmayaraq həmişə şərəflə daşımışıq və daşıyacağıq».