«Səviyyəmizi göstərdik»
Eldar İbrahimli: «Onlar da bunu çox yüksək qiymətləndirdilər»
Gültəkin ƏLƏSGƏR
MÖVZU İLƏ ƏLAQƏLİ
-
ATƏT PA-da qalmaqal
Ermənilər təxribata çalışdılar, azərbaycanlı deputatlardan cavab aldılar
-
Bakı az qala Moskvanın güdazına gedirdi
ATƏT-in Parlament Assambleyası Azərbaycana qarşı qətnamədən imtina etdi
-
ATƏT-də sədr böhranı yaşanacaqmı?
Rusiya Maydan hərəkatının memarı hesab edilən Ştefan Fülenin baş katib seçilməsinə qarşıdır
-
«Əks təqdirdə böhranlar dərinləşəcək»
Lapşinlə bağlı məsələ qaldıran erməni deputatın cavabı verildi
-
«Beynəlxalq hüquq böhran içərisindədir»
Azay Quliyev: «Güclü dövlətlətr zəif həlqə axtarır ki, ...»
-
«İslahatlar bizi böyük çətinliklərdən sığortaladı»
«Verdiyimiz vədlər gördüyümüz işlərlə həmişə üst-üstə düşür»
-
«ATƏT adına uyğun fəaliyyət göstərmir»
«Bakıda aparılan müzakirələrə görə Azərbaycandan inciməyə əsas yoxdur»
-
Moskvadan qorxulu sürpriz?
Güclənən Qərb-Rusiya qarşıdurması və ya Bakıda qəbul olunan sənəd Azərbaycan üçün nə qədər təhlükəlidir?
-
«Rusiya tərəfi bunu gözəl bilir»
«ATƏT PA-nın növbəti iclaslarında Bakı Qrupunun gələcək fəaliyyəti müzakirə olunacaq»
-
«Bu palatka toyu deyil»
Siyavuş Novruzov: «Bir erməni lobbisi narahat olur, bir də ...»
-
«Səbəb daxili qaydalarıdır»
Bahar Muradova Əli Kərimlinin otelə buraxılmamasından danışdı
-
ATƏT iclasında qalmaqal
Rusiyanı ittiham etdilər
-
Bakı-Kiyev İrəvana qarşı birləşdi
Erməni təxribatına ukraynalının cavabı: «Siz Dağlıq Qarabağı işğal etmisiniz...»
-
«Bakıya 15-ci dəfədir gəlirəm»
Erməni deputat: «Buna isə yol vermək olmaz»
-
«Yalnız bir addım bunu məhv edə bilər»
«Hazırkı Ermənistan dövləti Azərbaycan torpaqları hesabına yaradılıb»
-
«ATƏT-ə güclü və ədalətli olmağı arzulayırıq»
Oqtay Əsədov: «Ciddi şəkildə səylərini artırmağı gözləyirik»
ATƏT Parlament Assambleyasının (PA) iyunun 28-də Bakıda başlayan 23-cü yay sessiyası bu gün öz işini başa çatdırıb.
«İclas çox əlamətdar mövzuların müzakirəsi, qəbul olunan sənədlərlə yadda qaldı». Millət vəkili Eldar İbrahimli Modern.az-a ATƏT Parlament Assambleyasının yaddaqalan məqamlarından danışarkən belə deyib. Millət vəkilinin sözlərinə görə, ATƏT-in Parlament Assambleyasının Bakıda keçirilməsi Azərbaycana yeni imic qazandırdı. 57 ölkənin parlamentariləri ölkəmizdəki inkişafı ğördülər. Paytaxtdan kənara gəzməyə gedən ATƏT nümayəndələrinin olduğunu deyən millət vəkilinin sözlərinə görə, təşkilatın sessiyasında ən yaddaqalan hadisələrdən biri də prezident İlham Əliyevin çıxışı oldu.
«Prezidentin, Milli Məclis sədrinin nitqi bir daha göstərdi ki, Azərbaycan nə qədər inkişaf edib. Ayrı-ayrı komitələrdə müzakirələr aparıldı. Siyasi və təhlükəsizlik komitəsində Bahar Muradova, Azay Quliyev, iqtisadiyyat komitəsində mən, insan haqları komitəsində Rəbiyyət Aslanova çıxış etdi. Təbii ki, biz çıxışlarımız zamanı ölkəmizin problemlərindən yox, bu problemlərin artıq ATƏT tərəfindən diqqət mərkəzində olduğunu qeyd etdik. Xüsusilə də torpaqlarımızı işğal edən, Ermənistandan gələn həmkarlarımız, bütün deputatlar bizdən razı getdilər. Bu gün də çıxış edənlərdən elə bir nəfər olmadı ki, Azərbaycana, bu tədbirin təşkilinə görə başda prezident və Milli Məclisin sədri olmaqla təşəkkür etməsinlər. Çünki çox yüksək səviyyədə təşkil olunmuşdu».
20 ilə yaxın ATƏT-in Parlament Assambleyasının üzvü olduğunu deyən E.İbrahimov heç bir ölkədə yay sessiyasının Bakıdakı kimi təşkil olunmadığını deyib: «Çünki prezident ATƏT-in Parlament Assambleyasına çox böyük diqqət yetirdi. Prezidentin çıxışından sonra qonaqlara axşam ziyafətinin verilməsi, Milli Məclis sədrinin, Baş nazirin adından ziyafətlərin təşkili də bütün əcnəbi deputatların çox xoşuna gəldi. Bizim tərəfimizdən onlara böyük qayğı göstərildi. Biz öz səviyyəmizi göstərdik. Səbrlə, diqqətlə onlara yanaşdıq. Onlar da bunu çox yüksək qiymətləndirdilər».
ATƏT-in Parlament Assambleyasının bugünkü son iclasında Bakı qətnaməsinin qəbul olunduğunu deyən millət vəkili burada bütün müzakirə olunan məsələlərin öz əksini tapdığını vurğulayıb. Sonda E.İbrahimov prezident İlham Əliyev başqa olmaqla Milli Məclisin sədrinə və bu tədbirin təşkilində bütün əziyyəti keçən şəxslərə təşəkkürünü bildirib.