vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
RƏY, REPLİKA  
12:27 | 2 iyul 2014 | Çərşənbə Məqaləyə 3264 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Səbəb daxili qaydalarıdır»

Bahar Muradova Əli Kərimlinin otelə buraxılmamasından danışdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova ATƏT PA-nın Bakıda keçirilən 23-cü sessiyasında iştirak edən danimarkalı deputat Karsten Lauritzenin AXCP sədri Əli Kərimlinin sessiyanın keçirildiyi zala buraxılmaması ilə bağlı ittihamlarına cavab verib. «Trend»in məlumatına görə, B.Muradova qeyd edib ki, təşkilatçı tərəf Azərbaycan olsa da, bu təşkilatın öz qaydaları var.


Onun sözlərinə görə, bu zala şəxslərin buraxılması, onların qeydə alınması və iştirakının təsdiq edilməsinin müvafiq prosedur qaydaları var və Azərbaycan da bu qaydaların hər bəndinə əməl edib: «Adıçəkilən şəxsin bura daxil olmamasının səbəbi Azərbaycan hökuməti deyil, ATƏT Parlament Assambleyası və onun daxili qaydalarıdır. Həmin şəxs vaxtında qeydə alınmış olsaydı, bu gün bu sessiyada iştirak edə bilərdi. Gördüyünüz kimi, burada çoxlu sayda mətbuat təmsilçiləri, vətəndaş cəmiyyətinin nümayəndələri və müxalif mövqeləri ilə seçilən şəxslər iştirak edirlər. Onlar prosedur qaydalarına əməl etdiklərinə görə bura buraxılıblar və Azərbaycan hökuməti onlar üçün hər cür şərait yaradıb».

Qeyd edək ki, danimarkalı deputat Karsten Lauritzenin AXCP sədri Əli Kərimlinin sessiyanın keçirildiyi zala buraxılmamasında Azərbaycan hökumətini ittiham edib.