
ATƏT dağılır?!
“Minsk Qrupu artıq işləmir”
“Minsk Qrupu artıq işləmir”
Ermənistana dəstək verən bu dövlətlər Paşinyanı danışıqlarda arxayınlaşdırır
ABŞ-ın taktiki dəyişikliyinin iki mümkün hədəfi var
Dünənə qədər eyni havanı çalan üçlü indi ayrı ayrılıqda Qarabağ üzərindən oyun quracaqlar
Lavrov: “ABŞ və Fransalı həmsədrlər ATƏT-in Minsk Qrupunu ləğv etdilər”
“Gəncə keçidi” geopolitik güclərin enerji arzularını aparan logistik layihələrin mərkəzində durur
19 il aradan sonra ...
“Azərbaycan həmin obyektlərin ətrafını vursa…”
Ermənistanın son təxribatları sülh əvəzinə müharibəni yaxınlaşdırır
Bakının “Hamının hamıya” prinsipi, İrəvanın isə prinsipsizliyi
... Həm İrəvana, həm də Bakıya
Dağlıq Qarabağ münaqişəsinin həlli onu maraqlandırmır
Səfir Riçard Hoqland nikbinlik yaratsa da, o, ciddi irəliləyişləri gözləməyi məsləhət görməyib
İndiki həmsədrlər də Riçard Hoqland kimi oxşar açıqlama verəcəklər
Qarabağ məsələsində “bəzi pozitiv dəyişikliklər” nədir?
Sabiq xarici işlər nazirindən ATƏT sədrinin çıxışına reaksiya
ATƏT Parlament Assambleyasının (PA) Vyanada keçirilən sessiyası zaman erməni deputatının bloqqer Aleksandr Lapşinin Azərbaycana ekstradisiyasının qeyri-qanuni olduğu iddiasına cavab verilib.
«Trend»in məlumatına görə, sessiyada iştirak edən Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Kamran Nəbizadə erməni deputatın iddialarına cavab olaraq bildirib ki, dünyanın hər bir ölkəsində onun sərhədlərini pozub qanunsuz hüdudlarına daxil olmasına görə cinayət məsuliyyəti nəzərdə tutulur.
K.Nəbizadə ATƏT PA üzvlərinin nəzərinə çatdırıb ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsini hər bir xarici vətəndaş ziyarət edə bilər, lakin belə səfərlər yalnız rəsmi Bakının icazəsi ilə həyata keçirilməlidir.
K.Nəbizadə həmçinin ATƏT PA-nın «Böhran zamanı insan hüquqları» mövzusuna həsr olunmuş iclasında qeyd edib ki, separatizm və dünyanın siyasi xəritəsini dəyişmək cəhdləri insan haqlarının qorunmasına yox, əksinə bu haqların pozulmasına gətirir: «Məhz bu səbəbdən belə separatçı əhval-ruhiyənin yaranmasına qarşı mübarizə aparılmalıdır, əks təqdirdə böhranlar dərinləşəcək, miqrasiya prosesləri kəskinləşəcək və bu da insan hüquqlarının daha böyük miqyasda pozulmasına gətirib çıxaracaq».
K.Nəbizadə Dağlıq Qarabağ münaqişəsinin həllində multikultural dəyərlərin və xalq diplomatiyasının önəmini vurğulayıb. O qeyd edib ki, münaqişələr yalnız beynəlxalq hüquq normaları və ölkələrin ərazi bütövlüyü prinsipi əsasında həll olunmalıdır.