vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNDƏM  
11:48 | 13 iyul 2014 | Bazar Məqaləyə 2864 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İslahatlar bizi böyük çətinliklərdən sığortaladı»

İtaliya mətbuatı İlham Əliyevdən yazdı: «Verdiyimiz vədlər gördüyümüz işlərlə həmişə üst-üstə düşür»

MÖVZU İLƏ ƏLAQƏLİ

İtaliyanın nüfuzlu «il Giornale» qəzetində Azərbaycan prezidenti cənab İlham Əliyevin ATƏT Parlament Assambleyasının 23-cü illik sessiyasındakı açılış nitqi ilə bağlı məqalə dərc olunub. Məqaləni oxucularımızın diqqətinə təqdim edirik:

Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya iyulun 14-də Romada Baş nazir Matteo Renzi ilə görüşlə başlayacaq rəsmi səfəri İtaliya və Azərbaycan arasında ikitərəfli əlaqələrin, xüsusən Azərbaycanın Avropa ilə əlaqələrinin gücləndirilməsi istiqamətində vacib məqsədlərin göstəricisidir. Ötən həftə Prezident Əliyev, nəticədə isə Azərbaycan 2 böyük tədbirə cəlb olunub - Strasburqda keçirilən Avropa Şurasının Assambleyası və Bakının ev sahibliyi etdiyi ATƏT Parlament Assambleyası. Bunlar Azərbaycanın, Avropa Birliyinin siyasi və iqtisadi həyatında iştirakının vacibliyini bir daha təsdiq edir. Əliyev ATƏT Parlament Assambleyasının 23-cü illik sessiyasında açılış nitqi zamanı həm forma, həm də mahiyyət baxımından qüsursuz şəkildə vurğulayıb ki, Azərbaycan etibarlı tərəfdaş kimi tanınır və beynəlxalq birliyə üzv dövlətlərin əksəriyyəti, həmçinin əlbəttə ki, Avropa dövlətləri ilə fəal ikitərəfli əlaqələr onun hökumətinin əsas prioritetlərindəndir. Nəzərə alsaq ki, Azərbaycan TAP (Trans Adriatik Boru kəməri) layihəsi vasitəsi ilə  hal-hazırda qaz təchizatı baxımından Rusiya, Əlcəzair və Liviyadan asılı olan üzv dövlətlərin enerji təhlükəsizliyini təmin edə biləcək, o zaman bu, Avropa üçün çox vacib işarədir. Bu layihə qarşıdakı günlərdə çox müzakirə olunacaq. Xatırladaq ki, İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır və Azərbaycan bu gün ölkəmizin neftə olan tələbatının 16 faizini ödəyir. Bakıda, Strasburqda olduğu kimi Prezident İlham Əliyev öz ölkəsinin 23 illik müstəqilliyi dövründə əldə etdiyi nailiyyətlərdən, həmçinin problemlərdən və gələcək planlardan danışıb. «Siyasi və iqtisadi islahatların eyni zamanda həyata keçirilməsi bizi böyük çətinliklərdən sığortaladı, sabit ölkə qurmağa imkan yaratdı və davamlı inkişafı mümkün etdi», - deyə Əliyev qeyd edib. Həqiqətən də, sərt iqtisadi böhranın beynəlxalq bazarı sarsıtmasına və ərazisinin 20 faizinin 20 ildən artıqdır ki, erməni işğalı altında olmasına baxmayaraq, Azərbaycan iqtisadiyyatı 2014-cü ildə dünyanın əsas reytinq agentlikləri tərəfindən sabit iqtisadiyyat kimi qiymətləndirilmişdir. İşğal barəsində Əliyev, beynəlxalq hüquqda nəzərdə tutulan kriteriyaları birləşdirməyin əhəmiyyətinə diqqət çəkərək beynəlxalq təşkilatlara müraciət edib: «BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir  saat ərzində icra olunur. Digər qətnamələr isə sadəcə kağız üzərində qalır. Azərbaycana gəldikdə, bu, artıq 20 ildir ki, davam edir». Prezident İlham Əliyev Ermənistanın öz qoşunlarını işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarmasını nəzərdə tutan BMT-nin 4 qətnaməsinə bugünədək heç bir məhəl qoyulmadığını, Ermənistanın ATƏT-in, Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının, hətta Fransa, Rusiya və ABŞ-ın həmsədr olduğu ATƏT-in Minsk qrupunun qərarlarının heç birinə əməl etmədiyini, bununla da bütün beynəlxalq normaları pozduğunu və sadalanan təşkilatlara inamı təhlükə altına qoyduğunu xatırladıb: «1 milyon azərbaycanlı öz doğma ölkəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Biz etnik təmizləməyə məruz qalmışıq. Ermənilər Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırımı törədiblər. Bu soyqırımı artıq dünyanın 10 ölkəsi tərəfindən tanınıb». Bu sözlərlə Əliyev öz xalqının ağrı-acılarından danışır və bütövlükdə regionun təhlükəsizliyi naminə bir daha beynəlxalq birliyin diqqətini, Dağlıq Qarabağ münaqişəsinin həllinin tez bir zamanda tapılmasının zəruriliyinə yönəldir.