Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
11:40 | 5 may 2025 | Bazar ertəsi
Məqaləyə 168 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ prezidenti Donald Trampın iyunun sonunda keçiriləcək NATO sammitində iştirakı qeyri-müəyyən olaraq qalır. İyunun sonunda keçiriləcək sammitə qatılmaq üçün ABŞ prezidenti Donald Trampın şərtinin olduğu iddia edilib.
Almaniyanın aparıcı həftəlik jurnallarından olan “Der Spiegel”in Avropadakı diplomatik mənbələrə əsaslanan xəbərinə görə, Trampın sammitə qatılması üçün NATO müttəfiqlərindən dəqiq bir addım gözlənilir.
Hesabatda ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitakerin müttəfiq ölkələrinə müdafiə xərclərini artırmaq üçün təzyiq göstərdiyi bildirilir. Məlumata görə, Uitaker ölkələrin ümumi daxili məhsulunun (ÜDM) ən azı 5 faizini müdafiəyə ayırmalarını istəyir.
Hazırda NATO üzvləri 2014-cü ildə qəbul edilmiş qərara əsasən bu faizi minimum 2 faiz səviyyəsində saxlamağa borcludurlar. Bununla belə, Tramp prezidentliyindən əvvəl bu faizi qeyri-adekvat hesab etdiyini tez-tez bəyan edib.
2024-cü ilin məlumatlarına görə, 32 NATO üzvündən yalnız 22-si 2 faizlik hədəfə çata bilib. Birləşmiş Ştatlar alyansın ən böyük müdafiə töhfəsini 3,5 faizlə təmin edir.
***
Bu məsələ ötən həftə ABŞ müdafiə naziri Pit Heqsetlə Almaniyanın müdafiə naziri Boris Pistorius arasında keçirilən görüşdə də gündəmə gəlib. Pentaqonun bəyanatında deyilir ki, Heqset Avropanın təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalı olduğu mesajı verib.
Digər tərəfdən, ABŞ prezidentinin keçmiş milli-təhlükəsizlik müşaviri, Trampın BMT-nin Daimi Nümayəndəliyinə namizədi Mayk Valtz bir müddət əvvəl açıqlama verərək ABŞ-ın 33 trilyon dollarlıq borc yükü altında olduğuna diqqət çəkərək, Avropanın öz təhlükəsizliyini təmin etməli olduğunu vurğulamışdı. Waltz, NATO-nun Rusiya-Ukrayna müharibəsində kifayət qədər təsirli olmadığını iddia etmiş və Ukraynaya gələcək yardımın Avropa tərəfindən həyata keçirilməli olduğunu söyləmişdi.
Valtz həmçinin bildirmişdi ki, əksər NATO ölkələrinin 2014-cü ildə müdafiə xərclərinin 2 faizlik hədəfinə çatmaması Rusiyanın Krımı işğal etməsinə zəmin yaradıb. İspaniya, Kanada və İtaliya kimi ölkələrin müdafiə töhfələrinin qeyri-kafi olduğunu qeyd edən Valtz, müttəfiqlərin yükün paylaşılmasında daha çox məsuliyyət daşıması lazım olduğunu vurğulayıb.