
20 milyon insanın məlumatı oğurlanıb
Pərakəndə satış şəbəkəsinin serverinə girən hakerlər sistemi iflic edib
Pərakəndə satış şəbəkəsinin serverinə girən hakerlər sistemi iflic edib
““Tren de Aragua” bandasının Maduro ilə əlaqəsi yoxdur”
Dünyanın ən güclü təyyarələrini daşıyan avialaynerin peyk görüntüsü ortaya çıxıb
İş və təhsil vizalarını arxa qapı kimi istifadə edən ölkələrə məhdudiyyət qoyulacaq
Almaniya İsraildən müdafiə sistemi alıb
Qüllə “kor oldu”, təyyarələrlə əlaqə kəsildi
20 illik fövqəladə vəziyyət planı dəyişdiriləcək
Dörd ulduzluların sayını azaldılır
Böyük bir sui-qəsd planı ifşa edildi
10 ölkədən birgə bəyanat
Bəşəriyyətin yoxolma ehtimalına qarşı okeanların dibində şəhərlə və bazalara 21 trilyon xərclənib
İki prezident arasında telefon danışığı olub
İlin sonunda qəbul olunacaq qərar iki il sonra qüvvəyə minəcək
İmtina ediləcək 5 lüks
Dünyanın ən məşhur həbsxanası yenidən açıla bilər
Şahzadə Harrinin müsahibəsi Sarayı qəzəbləndirdi
İkinci Dünya Müharibəsi Avropada nasistlərin qeyd-şərtsiz təslim olmağı qəbul etməsi ilə yekunlaşdı. İkinci Dünya Müharibəsinin rəsmi başa çatdığı və daha sonra “Qələbə Günü” kimi qeyd olunan 8 Mayın 80-ci ildönümü yaxınlaşdıqca yeni sorğunun nəticələri açıqlanıb.
“YouGov” şirkəti araşdırmanı mərkəzi qərargahı olduğu Böyük Britaniyada, həmçinin ABŞ, Almaniya, Fransa, İspaniya və İtaliyada sorğu aparıb.
Avropa ölkələrində 5-10 ilə III Dünya müharibəsini gözləyənlərin nisbəti yüzdə 41-55 arasında dəyişib. Amerikalıların 45 faizi də bu fikri bəyənib.
“Üçüncü Dünya müharibəsində nüvə silahından istifadə olunacaq” cümləsi ilə razılaşanların nisbəti 68-76 faiz, “İkinci Dünya Müharibəsi ilə müqayisədə daha çox ölüm olacağı”nı proqnozlaşdıranların faizi 57 ilə 73 faiz arasında dəyişib.
Yeni dünya müharibəsində insanların çoxunun öləcəyini düşünənlər 25-44 faiz aralığındadır.
66-89 faizi respondent “Mənim ölkəm müharibəyə gedəcək” deyib. Bununla belə, Avropada ordusunun özünü müdafiə edə biləcəyini düşünənlər 16-44 faiz arasında qalıb.
Amerikalılar isə 71 faiz ordunun onları qoruya biləcəyini bildirib.
III Dünya Müharibəsinin Rusiyaya görə başlayacağını düşünənlərin faizi 69-82 faiz arasında dəyişib. İkinci yerdə “islam terroru” gəlib.
Digər tərəfdən, İspaniya, Almaniya və Fransadakı əksəriyyət də ABŞ-la gərginliyin qlobal sülhə təhlükə yaratdığını bildirib.
ABŞ-da yaşayanların 52 faizi və İspaniyada yaşayanların 31 faizi faşist Almaniyasının törətdiyi cinayətlərin öz ölkələrində də baş verəcəyinə inandığını bildirib. Digər ölkələrin nəticələri bu rəqəm arasında qalıb.
Nasistləri məğlub etmək üçün ən çox kimin mübarizə apardığı sualına Böyük Britaniyadan kənar ölkələrin 40-52 faizi ABŞ, 17-28 faizi isə Sovet İttifaqı deyib. Böyük Britaniyada olanların 41 faizinin öz ölkələrinin adını çəkməsi diqqət çəkib. Çünki digər ölkələrdə Londonu bu baxımdan nüfuzlu görənlər 5-11 faiz arasında dəyişib.
Almanların 46 faizi ölkələrinin 1945-ci ildən sonra müharibə ilə iş gördüyünü düşünüb, 47 faizi isə “nasistlərin keçmişi ilə bağlı həddən artıq məlumatlı olduqlarını” deyib. Bu vəziyyətin cari işlərdə problemlər yaratdığını iddia ediblər. 24 faiz Almaniya liderlərinin düzgün tarazlıq qurduğunu düşünür.
Sülhün qorunmasında kimin ən böyük payı olduğunu soruşduqda, cavab 52-66 faiz arasında dəyişən NATO oldu.
45-56 faiz də Avropa Birliyinin qitədə sülhün qorunmasında təsirli olduğunu düşünür.