«Rusiya tərəfi bunu gözəl bilir»
«ATƏT PA-nın növbəti iclaslarında Bakı Qrupunun gələcək fəaliyyəti müzakirə olunacaq»
Aqşin KƏRİMOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
ATƏT PA-da qalmaqal
Ermənilər təxribata çalışdılar, azərbaycanlı deputatlardan cavab aldılar
-
Bakı az qala Moskvanın güdazına gedirdi
ATƏT-in Parlament Assambleyası Azərbaycana qarşı qətnamədən imtina etdi
-
ATƏT-də sədr böhranı yaşanacaqmı?
Rusiya Maydan hərəkatının memarı hesab edilən Ştefan Fülenin baş katib seçilməsinə qarşıdır
-
«Əks təqdirdə böhranlar dərinləşəcək»
Lapşinlə bağlı məsələ qaldıran erməni deputatın cavabı verildi
-
«Beynəlxalq hüquq böhran içərisindədir»
Azay Quliyev: «Güclü dövlətlətr zəif həlqə axtarır ki, ...»
-
«İslahatlar bizi böyük çətinliklərdən sığortaladı»
«Verdiyimiz vədlər gördüyümüz işlərlə həmişə üst-üstə düşür»
-
«ATƏT adına uyğun fəaliyyət göstərmir»
«Bakıda aparılan müzakirələrə görə Azərbaycandan inciməyə əsas yoxdur»
-
Moskvadan qorxulu sürpriz?
Güclənən Qərb-Rusiya qarşıdurması və ya Bakıda qəbul olunan sənəd Azərbaycan üçün nə qədər təhlükəlidir?
-
«Səviyyəmizi göstərdik»
Eldar İbrahimli: «Onlar da bunu çox yüksək qiymətləndirdilər»
-
«Bu palatka toyu deyil»
Siyavuş Novruzov: «Bir erməni lobbisi narahat olur, bir də ...»
-
«Səbəb daxili qaydalarıdır»
Bahar Muradova Əli Kərimlinin otelə buraxılmamasından danışdı
-
ATƏT iclasında qalmaqal
Rusiyanı ittiham etdilər
-
Bakı-Kiyev İrəvana qarşı birləşdi
Erməni təxribatına ukraynalının cavabı: «Siz Dağlıq Qarabağı işğal etmisiniz...»
-
«Bakıya 15-ci dəfədir gəlirəm»
Erməni deputat: «Buna isə yol vermək olmaz»
-
«Yalnız bir addım bunu məhv edə bilər»
«Hazırkı Ermənistan dövləti Azərbaycan torpaqları hesabına yaradılıb»
-
«ATƏT-ə güclü və ədalətli olmağı arzulayırıq»
Oqtay Əsədov: «Ciddi şəkildə səylərini artırmağı gözləyirik»
ATƏT Parlament Assambleyasının (ATƏT PA) Bakıda keçirilən 23-cü sessiyası dünya siyasi gündəmi üçün də maraqlı olub. Modern.az saytı bu və ya digər məsələlərlə bağlı ATƏT PA-nın siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini Azay Quliyevlə söhbət edib:
- ATƏT PA-nın Bakı sessiyasında qəbul edilən qərarların perspektivi haqqında nə düşünürsünüz?
- Avropada təhlükəsizliyin və əməkdaşlığın təminatı, bölgədə baş verən neqativ hadisələrin qarşısının vaxtında alınması, terrorçuluqla mübarizə məsələləri müzakirəyə çıxarıldı. Bakı sessiyası tarixi bir tədbir oldu. ATƏT Parlament Assambleyasının tarixində uzun müddət müzakirəyə çıxarılan və qəbul edilən qətnamələrə istinad edilən bir sessiya keçirildi. Bu, Azərbaycanın böyük uğurudur. Sessiyada Rusiya ilə Ukrayna arasındakı gərginliyi tənzimləmək məqsədi ilə Bakı Qrupu təsis edildi. Hesab edirəm ki, bütün bunlar gələcək siyasi proseslərə özünün müsbət töhfəsini verəcək.
- Bakı Qrupu təsis edilsə də, bu qrupun konkret fəaliyyətinin nədən ibarət olacağı barədə təfərrüatlar mətbuata bəlli olmadı. Bu barədə nə deyə bilərsiniz?
- Bakı Qrupuna Rusiyadan və Ukraynadan olan nümayəndələr daxil edildi. Bundan başqa, ATƏT Parlament Assambleyasının büro üzvləri proseslərə cəlb olundu. Bakı Qrupunu büro üzvlərindən kimin təmsil edəcəyi isə müzakirə obyektidir. Yaxın iki-üç gündə həmin büro üzvləri müəyyənləşəcək. Bununla bərabər, operativ qrup da yaradılacaq. Əslində Bakı Qrupunun yaradılması Bakı üçün böyük uğurdur. Azərbaycanla yaxşı münasibətləri olan Rusiya və Ukrayna konfliktinin çözümü Bakı Qrupu ilə bəlli bir hədəfə çata bilər. Şəxsən mənim Bakı Qrupunun bütün problemləri həll edəcəyi ilə bağlı böyük gözləntilərim yoxdur. Amma ən azından hesab edirəm ki, Bakı Qrupu bundan sonra hadisələrin daha da gərginləşməməsi üçün çox böyük platforma rolunu oynaya bilər. Bu qrup birləşdirici və barışdırıcı missiya yerinə yetirə bilər. Yəqin ki, ATƏT Parlament Assambleyasının növbəti iclaslarında Bakı Qrupunun perspektiv fəaliyyəti müzakirə olunacaq. Biz çalışacağıq ki, problemlər sülh yolu ilə və beynəlxalq hüquq normaları çərçivəsində öz həllini tapsın.
- Dediklərinizdən belə başa düşdüm ki, Bakı Qrupu ATƏT-in Minsk Qrupundan format və fəaliyyət baxımından fərqli olacaq. Yeni formatda Azərbaycanın iştirakı perspektivi necə görünür?
- Minsk Qrupu ilə Bakı Qrupunun formatı tamamilə fərqlidir. Burada Minsk Qrupunda olduğu kimi həmsədrlik institutu olmayacaq. Bakı Qrupu ATƏT parlamentarilərinin təşəbbüsü ilə yaradılıb. Burada parlament müstəvisi və platforması əsas götürülür. Minsk Qrupundan fərqli olaraq Bakı Qrupunda parlamentin müəyyənləşdirdiyi şəxslər iştirak edəcək. Azərbaycanın iştirakına gəlincə, deyə bilərəm ki, hələ ki bunu daxildə müzakirə etməmişik. Ancaq Azərbaycanın Bakı Qrupunda iştirakını təmin etmək üçün yaxın zamanlarda müzakirələr aparacağıq. Azərbaycan Bakı Qrupunda təmsil oluna bilər. Amma təbii ki, bu ATƏT Parlament Assambleyasının prezidentinin qərarından asılı olacaq. Azərbaycanın iştirakı məsələsi gündəmə gələrsə, yəqin ki, dövlət qurumları ilə bunu müzakirə edib müvafiq qərar qəbul ediləcək.
- Sessiyada Ukraynanın ərazi bütövlüyünün pozulması ilə bağlı Rusiya əleyhinə qətnamə layihəsi qəbul edildi. Bəzi siyasi dairələr Bakının məkan seçilməsini Azərbaycan-Rusiya əlaqələrində diskomfort yaradacağını düşünür və barədə həyəcanlandırıcı şərhlər verilir. Bakı sessiyası həqiqətənmi Bakı ilə Moskva arasında siyasi gərginliyə səbəb ola bilər?
- Bu fikirləri qəbul etmirəm. Ona görə ki, Bakı, sadəcə olaraq məkan idi. Bu qərarlar rəsmi Bakının deyil, beynəlxalq təşkilat adından qəbul edilib. Yəqin ki, siz dediyiniz kimi şərh verənlər ya bilərəkdən məsələni təhrif edib başqa istiqamətə yönləndirlər, ya da ATƏT Parlament Assambleyasının prosedur qaydalarından məlumatlı deyillər. Bunu Rusiya tərəfi gözəl bilir. Biz Rusiya nümayəndə heyəti ilə görüşümüzdə də bu barədə danışmışıq. Onlar dedilər ki, Bakı sadəcə olaraq məkandır və qərarların Azərbaycan dövləti ilə əlaqəsi yoxdur. Azərbaycanın bu sessiyada davranışları milli maraqlara söykənirdi. Milli maraqlara təhdid ola biləcək istənilən emosional qərarlardan çəkinməyi bacardıq. Bu, Azərbaycan nümayəndə heyətinin çox ciddi uğurudur. Azərbaycan bu həssas sınaqdan öz milli maraqlarını qoruyaraq və qonşuları ilə münasibətlərə xələl gətirmədən çıxa bildi.
- Tədbirdə sizin irəli sürdüyünüz «ATƏT regionunda mədəni mülkiyyətin qorunması» adlı qətnamə layihəniz qəbul olundu. Bunun icra mexanizmləri necə olacaq?
- Qətnaməni üç baxımdan qiymətləndirmək lazımdır. Birincisi, qətnamədə vurğulanır ki, üzv ölkələrin münaqişə zamanı ərazi bütövlüyü və suverenliyinə hörmət olunmalıdır. İkincisi, təsdiq olunur ki, konflikt gedən bölgələrdə maddi-mədəni abidələr dağıdılır. Burada əsasən, Ermənistanın Azərbaycana təcavüzü zamanı maddi-mədəniyyət abidələrini dağıtması nəzərdə tutulur. Həm də abidələrin özgəninkiləşdirilməsi də nəzərdə tutulur. Bu qətnamə Azərbaycana qarşı törədilən cinayətlərə münasibət bildirir. Qətnamədə vurğulanır ki, YUNESKO və Haaqa Konvensiyası prinsiplərini pozan ölkələrə açıq şəkildə sanksiyalar tətbiq olunmalıdır. İndiyə qədər qəbul olunan sənədlərdə sanksiyalardan söhbət getməyib. Sanksiyaların necə olacağına isə baxacağıq. Bu iqtisadi, siyasi sanksiyalar ola bilər. Üçüncü mühüm məqam ondan ibarətdir ki, bu cür qanun pozuntuları ilə mübarizə aparmaq üçün konkret mexanizm yaradılmalıdır. Bu isə bizə gələcəkdə yeni təkliflərlə çıxış etməyimizə imkan verəcək. Bu, faktaraşdırıcı missiyanın bölgəyə göndərilməsi ola bilər. Düşünürəm ki, Azərbaycanın diplomatları, nümayəndə heyətləri gələcəkdə bu qətnaməyə mütləq istinad edəcəklər.