vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 12 noyabr 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
MÜBAHİSƏ  
16:45 | 16 oktyabr 2019 | Çərşənbə Məqaləyə 681 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“İsa Qəmbər razılaşmanı pozdu”

Tofiq Yaqublu: “Hətta Arif Hacılının katibəsi də Müsavat Məclisinə seçilib”

Müsavat Partiyasının başqanlığına namizəd olmuş Tofiq Yaqublunun APA-ya müsahibə verib. Müsahibəni təqdim edirik.

- Müsavat Partiyasının Məclisində boş qalan yerlərə namizədliyinizi irəli sürəcəksiniz?

- Seçki praqmatik bir məsələdir. Qurultaya başqan və Məclis üzvlüyünə seçkilərdə nəticələr göstərdi ki, müsavatçılar məni sevmirlər. Yenidən Məclis üzvlüyünə namizədliyimi verməyi düşünmürəm. Belə münasibət olan yerdə real danışmaq lazımdır. 

 

- Qurultaydan sonra İsa Qəmbərin və Arif Hacılının sürücülərinin Mərkəzi Nəzarət Təftiş Komissiyasına namizədliklərinin verilməsi, Arif Hacılının sürücüsünün seçilməsi, İsa Qəmbərin sürücüsünün ehtiyata düşməsi barədə xəbər ətrafında müzakirələr gedir. Siz bu məsələyə necə yaxınlaşırsınız?

- İstənilən partiya üzvünün partiyanın istənilən seçkili orqanına namizəd olmaq və seçilmək hüququ var. Ola bilər ki, kimsə sürücülük etsin. Ancaq həmin şəxs axı eyni zamanda müsavatçıdır və bu, onun haqqıdır.

 

- Yeri gəlmişkən, həmin şəxslərin sürücü olub-olmaması ətrafında da mübahisələr gedir. Arif Hacılı cavab verib, amma İsa Qəmbərin sürücüsü ilə bağlı məsələ açıq qalıb. Həmin şəxs həqiqətən İsa Qəmbərin sürücüsüdür?

- Namizədlərin siyahısında həqiqətən İsa Qəmbərə sürücülük edən müsavatçının namizəd olduğunu görmüşəm. Arif Hacılı və İsa Qəmbərin sürücüləri də müsavatçıdırlar. Həmin şəxslərin seçilib-seçilmədiyini isə bilmirəm. Hərə bir işin qulpundan yapışır, mən orada xüsusi bir qəbahət görmürəm. Hətta Arif Hacılının katibəsi Ziyarət Səfərova da Məclisə seçilib. Mən onu da təbrik edirəm. O insanların keyfiyyətini sürücü, katibə olmaları müəyyənləşdirmir.

 

- Müsavatçıların sizi sevmədiyinizi söylədiniz. Ancaq maraqlıdır ki, övladınız Nigar Məclisə seçilib, siz seçilməmisiniz. Belə mənzərəni gözləyirdiniz?

- Gözləyirdim. Demək olar ki, həm başqan, həm də Məclisə seçkilərlə bağlı təxminlərim 93-95 faiz özünü doğrultdu. Əmin idim ki, mənə səs verməyəcəklər, Məclisə də seçməyəcəklər. Bunun niyə belə olduğunun da fərqindəyəm. Amma düşünürəm ki, haqlıyam. Belə bir müsavatçının olmasını da istəyirlər və bu da onların hüququdur. Ona görə də Nigar Həzi seçildi, bu, bir başqa məsələdir. Razılaşın ki, bu gərginliyin, mübahisənin ortasında Tofiq Yaqublu məsələsi vardı, ona görə mənə fərqli münasibət ola bilərdi. Bu, tamamilə fərqlidir.

 

- Sevilmədiyiniz yerdə nə qədər qalmaq fikriniz var?

- Heç yerə getmək fikrim yoxdur. Təklif verib, partiyadan çıxara bilərlər. Bunu Nizamnamə çərçivəsində edə bilərlər. Məncə, indiki şəraitdə səs çoxluğu qazanmaq da problem deyil. Amma mən qurultay başlamazdan əvvəl Tofiq Yaqublu olaraq mövqeyimi ortaya qoymuşam. Əvvəlcədən Məclis üzvlüyünə namizəd də olub, ərizəmi yazmışam. Dedim ki, mübarizə aparmağa çalışaram, Məclisə də namizədliyimi vermişdim. İndi belədir, müsavatçılar məni qəbul etmir, nə edə bilərəm? Özümü zorla sevdirə bilmərəm. Şəxsi mənada bəyənmirlər. Mən qurultayda çıxış edən də qrupların necə çıxış etdiklərini, münasibətlərini görürdüm. İnsaf, vicdan özlərinindir. Çıxışım ortadadır, danışa biləcəyim həqiqətlərin heç yüzdə biri deyildi. Danışdıqlarımın da hamısı həqiqətdir. Məsələn, mən orada çıxışımda dedim ki, tutaq ki, Tofiq Yaqublu prokurorluğa çağırılır, digər hadisələr baş verir, amma Müsavat Partiyasının prezidentliyə namizədi sosial şəbəkəsindəki səhifəsində futbol üzrə Azərbaycan-Xorvatiya oyunu barədə təhlil yazır. Bu da adekvat deyil, müsavatçı, demokratiya uğrunda mübarizə aparan bundan nəticə çıxarmalıdır. İndi müsavatçılar qərara gəlirlər ki, elə lazım deyil, məhz bu cür olmalıdır, bu da onların seçimidir. Mən onların istədikləri, arzuladıqları kimi müsavatçı ola bilmirəm. Özləri baxsınlar…

 

- İsa Qəmbərin qurultaydan əvvəl və qurultayın gedişində Arif Hacılıya açıq dəstək verməsi Sizin üçün gözlənilən idimi?

- Hər bir Müsavat üzvünün istənilən namizədin lehinə və əleyhinə təbliğat aparmaq hüququ var. İsa Qəmbər də onlardan biridir, eyni zamanda qurultay nümayəndəsidir. Sadəcə, İsa Qəmbərin qurultayda sədarətdə oturub danışmaq istəməsi doğru deyildi, qaydalara zidd idi. Çünki öncədən razılaşmışdıq ki, namizədlər özlərini təqdim edəcəklər, tərəfdar çıxışlarına ehtiyac qalmayacaq. Həqiqətən seçki baxımından da bu, yolverilməzdir. Tutaq ki, hər Məclis və Mərkəzi Nəzarət Təftiş Komissiyasının üzvlüyünə namizədə 5 dəqiqə çıxış üçün ayrılsa, 115 nəfərə nə qədər vaxt laxım olacaqdı? Qurultay da müəyyən vaxtda işini başa çatdırmalıdır. Ona görə razılaşdırılmışdı ki, prioritet məsələ başqan seçkiləri olduğu üçün başqanlığa namizədlər üçün yarım saat ayrılsın. İsa Qəmbər isə mənim çıxışımdan sonra dedi ki, adı çəkilib, cavab verməlidir. Bu, artıq qaydaları pozmaqdır. Mən burada İsa Qəmbərlə razılaşa bilmərəm. İsa Qəmbərin Arif Hacılını müdafiə etməsinə iradım yoxdur. Amma qurultayda namizədlərin müdafiəsi ilə bağlı çıxışlar olsaydı, bu halda necə olacaqdı? Mən orada da dedim ki, indi siz bir söz deyəcəksiniz, biz cavab vermək istəyəcəyik, o halda gərək səhərə qədər danışaq! Bu mənada İsa bəyin mövqeyini adekvat və doğru saymıram.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *