vaxtlı-vaxtında oxuyun! Cümə, 11 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
MÜTALİƏ  
16:16 | 2 sentyabr 2024 | Bazar ertəsi Məqaləyə 1011 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Ata, Üsküdarda səni gözləyirəm”

Demensiya xəstəsi qocanın yaddaşında qalan tək cümlə ...

Metroya minmək istəyirdim. Kart dolduran aparatın önündə qoca bir kişi dayanıb. Panikaya düşüb, karta pul doldura bilmir. Onun arxasında növbədə duran bir neçə gənc qocaya qışqırır.

– A kişi, nə edirsən? Aparata sevgi elan etməzlər?

Təbii ki, bunlar eşidəndə özümdən çıxdım.

“Sizin adamlığınız yoxdurmu?” – deyib kömək üçün yaşlı adama yaxınlaşdım.

– Ağsaqqal, kömək lazımdır?

Gördüm karta pul vura bilmir, kartını doldurduq.

Kartına pul vurub, “götür, onunla hara istəyirsən get. Hətta müraciət edə bilərsiniz. Yaşınıza görə nəqliyyat pulsuzdur” dedim.

Nəysə öz kartımı doldurub metroya gəldim.

Gördüm ki, ağsaqqal hələ də orada gözləyir.

– Yenə nə oldu?

– Oğlum, mən səndən ünvanı soruşacaqdım. Danlayacaqsan deyə soruşa bilmədim.

– Əmi, belə şey ola bilərmi? Bəs hara gedəcəkdiniz?

– Mərmərə Üsküdara.

– Dayı, biz Kirazlıdayıq, qarşı tərəfdədir. Bura necə gəldin? Mərmərə çox uzaqdır.

Başını aşağı saldı. “Dur”, – dedim.

– Buradan Yeniqapıya gedin. Oradan sarı xətti gözləyin. Sonra 2 dayanacaq gedin və Mərmərə Üsküdarda olacaqsınız.

Gördüm ki, dayı vəziyyəti başa düşmədən kədərli baxır.

“Yaxşı dayı, gəl, gedək”, – dedim.

Metroya minib gedirik. Üsküdara doğru uzun yolumuz var.

Bir az söhbət eləmək üçün soruşdum.

– Əmi, hardansan?

– Malatyadan.

– Ərik bağı filan varmı?

– Oğlum, mən təqaüddə olan ali cinayət hakimiyəm.

“Vay”, – dedim öz-özümə. Onlarla insana həbs cəzası ver, 40 il, 50 il. Sonra da gəl metroda kartla əlləş.

“Əmi, Malatyadan İstanbula təyyarə ilə, yoxsa avtobusla necə gəldin”, – deyə soruşdum.

– Yadımda deyil.

– Əmi, bəs çamadanlar haradadır?

3 yaşlı uşaq kimi üzümə baxdı.

O an anladım ki, qocanın demensiyası (yaddaşın itməsi xəstəliyi) var.

– Oğlum Üsküdarda məni gözləyir.

– Əmi, oğlunun telefonu var?

Ağsaqqal gözlərini döyərək üzümə baxdı.

Nəysə Mərmərə Üsküdarda endik. Oturub gözləyirik, gələn-gedən yoxdur.

“Əmi, vəsiqənizi verin, adınız və soyadınıza baxım”, – dedim.

Sonra bir tanışıma zəng etdim. Adı, soyadı dedim ağsaqqalın qohum-qardaşından kimisə tapa bilirmi.

Sağolsun kömək etdi. Bir nömrə verdi.

O, həqiqətən Malatyalı idi. Qızının nömrəsi öyrəndik.

– Gecə vaxtı zəng edib narahat etdiyim üçün üzr istəyirəm dedim. Sözümü yarımçıq kəsdi.

– Mərmərə Üsküdardasınızmı?

Hə dedim, amma təbii ki, təəccübləndim də.

– Yeznəmin nömrəsiniz verəcəm ona zəng edin.

Həmin nömrəyə zəng etdim. Ağzımı açıb “Gecə vaxtı zəng edib ...” deyədəkdim ki, “Mərmərə Üsküdardasınızmı”, – bayaqkı xanımın sualını təkrarlandı.

Telefondakılar harada olduğumuzu bilir, amma mən niyə burada oturduğumuzu bilmirəm?

Nə isə, dayının kürəkəni tez gəldi. Çatan kimi də məni qucaqladı. Mənsə onu danlamağa başladım.

– Yaddaşını itirən adamı niyə tək buraxırsınız? Bu, 3 yaşlı uşağı tək qoymaq kimi bir şeydir. Bəs ağsaqqalın bayaqdan gözlədiyimiz oğlu hanı?

– Qardaşım, demensiya xəstəsidir, bəli. Keçmişindən heç nə xatırlamır, düzdür. Amma oğlu həlak olub. Polis idi, 3 il əvvəl şəhid olub. Və son telefon zəngində oğlu ona “Ata, Mərmərə Üsküdarda səni gözləyirəm”, – deyib. Hər şeyi unudub, bir tək həmin zəngi unutmayıb. Hər dəfə evdən qaça biləndə bura gəlir.

***

Onlar getdilər, amma mən yerimdən tərpənə bilmədim. Dizlərim bükülmüşdü. Başımda cümlələr dolaşmağa başladı. Bəlkə doğrudan da oğlu ora gəlmişdi, amma biz onu görə bilmədik.