vaxtlı-vaxtında oxuyun! Cümə, 11 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
KULİNARİYA  
08:11 | 12 sentyabr 2024 | Cümə axşamı Məqaləyə 830 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Şərab butulkasının sirri

Bilirsiniz niyə şərab şüşələri 750 ml-dir?

FATEH

MÖVZU İLƏ ƏLAQƏLİ

Şərab butulkaları ümumiyyətlə 750 ml (milli litr) ölçülərdə istehsal olunur. Bu xüsusiyyət haradan gəlir?

Bu butulka həcmi 19-cu əsrdə standart hala gəlib və mövzu ilə bağlı ən əsas izahatlar bunlardır:

– Butulkanı hazırlayanın ağciyər həcmi,

– Yeməkdə orta istehlak miqdarı,

– Şərab saxlamaq üçün ən yaxşı tutum,

– Daşımaq asanlığı...

Ancaq bunların heç biri butulkanın bu həcmdə hazırlanmasının səbəbi deyil.

Əslində, bu, tarixi əsasları olan ticarət yanaşması olub.

O dövrdə fransız şərabçılarının ən mühüm müştəriləri ingilislər idi. Lakin onlar heç vaxt fransızlarla eyni ölçü sistemini qəbul etmədilər.

Britaniyanın həcm vahidi 4,54609 litrə bərabər olan “imperator qallon”u idi.

Aradakı fərqi sadələşdirmək üçün fransızlar “Bordo” şərabını 225 litrlik çəlləklərdə, düz 50 qallonda, 300 ədəd 750 ml butulkada göndərdilər.

Hesablamaq daha asan oldu.

Bir çəllək = 50 gallon = 300 butulka.

Beləliklə, bir qallon 6 şüşəyə uyğun gəlirdi.

Əslində, buna görə də bu gün şərab qutularında adətən 6 və ya 12 şüşə olur.