vaxtlı-vaxtında oxuyun! Cümə, 11 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
21:46 | 11 sentyabr 2024 | Çərşənbə Məqaləyə 780 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“La Nina gəlir”

Dünya Meteorologiya Təşkilatından xəbərdarlıq

CAVİD

Dünya Meteorologiya Təşkilatı (World Meteorological Organization – WMO) uzunmüddətli hava proqnozlarına dair yenilikləri özündə əks etdirən hesabatını dərc edib. Hesabatda 2024-cü ilin oktyabrından 2025-ci ilin fevralına qədər La Nina iqlim hadisəsinin baş vermə ehtimalının 60 faiz olduğunu açıqlayıb.

Bildirilib ki, La Nina Sakit Okeanın mərkəzi və şərq ekvator bölgələrində okean səthinin temperaturunun əhəmiyyətli dərəcədə azalmasına səbəb olmaqla yanaşı, külək, təzyiq və yağıntı kimi tropik atmosfer dövrlərində dəyişikliklərə səbəb olur. “Hər bir La Nina hadisəsinin təsirləri onun intensivliyindən, müddətindən, baş verdiyi ilin vaxtından və digər iqlim faktorları ilə qarşılıqlı təsirindən asılı olaraq dəyişir”, – hesabatda deyilir. La Ninanın ümumiyyətlə tropik bölgələrdə əks iqlim təsirlərinə səbəb olduğu vurğulanıb.

***

WMO-nun baş katibi Keleste Saulo hesabatda, “2023-cü ilin iyun ayından etibarən qlobal quru və dəniz səthinin temperaturunda davamlı artım müşahidə edirik. Qısamüddətli soyutma effekti olan La Nina hadisəsi baş versə belə, atmosferdə istiliyi saxlayan istixana qazları səbəbindən qlobal temperaturun uzunmüddətli tendensiyası dəyişməyəcək”, – deyib.

Saulo xatırladıb ki, La Ninanın 2020-ci ildən 2023-cü ilin əvvəlinə qədər davam edən soyutma effektinə baxmayaraq, son 9 il tarixdə ən isti müddət ​​olub. O, həmçinin qeyd edib ki, son 3 ayda neytral şərait hökm sürsə də, güclü istilik və leysan yağışları kimi geniş yayılmış ekstremal hava hadisələri baş verib.

Saulo əlavə edib ki, “Hamı üçün erkən xəbərdarlıqlar təşəbbüsü iqlim dəyişikliyi və ekstremal hava hadisələri ilə mübarizədə WMO-nun əsas prioritetlərindən biri olaraq qalır”.