vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 12 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
TOP OYUNLARI  
12:20 | 11 iyun 2024 | Çərşənbə axşamı Məqaləyə 4435 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Joqo”, yoxsa “gegen”?

Futbolda taktika hegemonluğuna son qoyulmalıdır

KƏNAN

MÖVZU İLƏ ƏLAQƏLİ

Məşqçilər dünya futbolunun “anasını ağladıblar”. Xüsusilə də son 10 ildə komandaların maksimum “qurudulması”, ulduzsuzlaşdırılması, taktikanın ön plana çıxarılması tendensiyası öz kuliminasiyasını yaşayır. Pressinq, gegen-pressinq, ultra-pressinq, topsaxlama və s. məfhumlar oyunun özündən daha çox danışılıb, oyunda rəng qalmayıb. Nə normal bir driblinq edən, nə normal bir texnika nümayiş etdirən futbolçu qalmayıb. Gör, vəziyyət nə yerdədir ki, Vinisius finalda bir dənə ayaqarası atmışdı deyə, sevincimizdən özümüzə yer tapmırdıq. Yaxud Kroos bir dənə ara ötürməsi vermişdi, adamı ilahiləşdirdik. 10-15 il əvvəl o pasları ortabab italyan komandalarında konveyer kimi atırdılar. Toninin əməyini yerə vurmuram, adam dahidir, bu öz yerində. Sadəcə ümumi durumu izah etmək istəyirəm.

“Filan komanda 67 pasdan sonra qol vurdu” videosu təbii ki adamı özünə cəlb edir, maraqla baxırsan. Amma arada 70 metrlik uzun ötürmə ilə qapıçı ilə təkbətək qalıb onun başının üstündən atılan, yaxud 3-5 nəfəri “barmağına dolayıb”, qapıçını da bir-iki dəfə yerə uzandırıb, sonra boş qapıya girən hücumçunun ifasını da görmək pis olmazdı. Təbii ki, var, amma ortalarda. Elit səviyyədə bu qalmayıb, belə şeylər yoxdur.

Futbola cavabdeh şəxslər oyuna nə boyda zərbə vurduqlarının fərqinə varmalı, papaqlarını qarşılarına qoyub düşünməlidilər ki, səhvimizi necə düzəldək. Çünki bir az da belə getsə, heç kim televizor qabağına keçib futbol izləməyəcək. Son 1 ildə bir az “ayılıblar”. Relativ futbol deyilən bir şey var – məhəllə futbolunun futzalla qarışığına oxşayan bir fəlsəfədən doğur – ona cığır açıblar (yeri gəlmişkən, Ançelotti bu tərzin müəyyən elementlərini artıq tətbiq etməyə başlayıb, ona görə yuxarıda onun komandasından danışdıq), ruslar demiş, “bolee-menee” nəsə tərpənmələr var. Amma azdır. Yenilənmənin sürəti zəifdir, tələsdirmək, təkan vermək lazımdı. Bu mənada cümə günü başlayacaq Avropa Çempionatı (AÇ) xüsusi əhəmiyyət daşıyacaq.

Dünyaya futbolu bəxş edən, tarix boyu onun mərkəzi olan Avropa bu sevimli oyunumuzu xilas etməlidir. AÇ-də parlayacaq ulduzlar bizi bozluqdan qurtarmalı, yeni rənglər qatmalı, bu taktika hegemonluğuna son qoymalıdılar. “Joqo bonita” lazımdır, gegen-pressinq yox. Ehtiyacımız var buna.

Mən AÇ-yə ilk növbədə bu istəklə baxacam.