

Vəziyyət həqiqətənmi bu qədər pisdir?
İmmun sisteminə zərbə vuran amillər
Psixoterapevt Əli Nağıyev: «İllərlə aqressiv olan kişilərdə depressiv pozuntular var…»
Bu günə niyə «Mavi bazar ertəsi» deyirlər
Azərbaycanlı siyasətçilərdən kimlər psixoloqa müraciət edir?
Nələrə diqqət etməli?
Gənclər arasında niyə intihar hallarının artması cəmiyyəti hələ də narahat etmir
ABŞ-ın tanınmış qəzetlərindən olan “New York Times”a (NYT) danışan ekspertlər həyatlarında maneəyə düçar olan və güclərini bərpa etmək istəyən insanlara tövsiyələrini bölüşüblər.
“NYT”yə danışan ekspertlər, insanların pis münasibətlər, pul yığa bilməmə, yaradıcılıq cəhdlərində uğursuzluq kimi səbəblərdən tez-tez həyatlarının bir nöqtəsində ilişib qaldığını bildirirlər.
Mütəxəssislər bu maneələri dəf etmək və həyatı yoluna qayıtmaq üçün aşağıdakı tövsiyələri bölüşürlər:
1. Problemi müəyyənləşdirin
Princeton Universitetində psixologiya üzrə doktoranturasını bitirdikdən sonra Nyu-York Universitetində marketinq və biznesdən dərs deyən Adam Alter ilk addımın problemin müəyyən edilməsi olduğunu bildirir.
Alim deyir ki, maneə ilə üzləşənlər onları çətin vəziyyətə salan, həyatını çətinləşdirən, həyatında stress yaradan amilləri müəyyən etməlidir.
O, bildirir ki, insan özünə aşağıdakı sualları verə bilər: “Həyatımda faydası olmayan bəzi nümunələri təkrarlayırammı? Müntəzəm olaraq etdiyim bəzi şeylər varmı ki, onlardan zövq almıram?”
Bu suallardan sonra ediləcək dəyişikliklər müəyyən edilməli və həyata keçirilməlidir.
2. Mənfi düşüncələri yenidən qiymətləndirin
Pepperdine Universitetindən Judy Ho bildirir ki, davamlı mənfi düşüncələr yorucu ola bilər və hədəflərinizə çatmağınıza mane ola bilər.
O, insanın mənfi daxili səsləri dəyişdirmək üçün “bu layihədə uğursuz olacağam” əvəzinə “əlimdən gələni edəcəm, çətinlik çəksəm kömək istəyəcəm” deyərək müsbət yanaşa biləcəyini ifadə edir.
Klinik psixoloq düşüncələrin obyektiv qiymətləndirilməsinin vacibliyini də vurğulayır.
3. İrəli bir addım atın
Bostondakı klinik psixoloq Sarah Sarkis deyir: “Maneələrinizi dəf etdiyiniz bir gələcəyi təsəvvür edin”.
Sarkis daha sonra bu vizyona doğru irəliləmənizə kömək edəcək hər gün kiçik addımlar atmağı tövsiyə edir və nizam-intizamlı və ardıcıl olmağın vacibliyinə işarə edir. Menecerləri məşq edən psixoloq sözünə davam edir: “Axtardığınız gələcəyi təsəvvür edin. Oraya çatmaq üçün plan qurun”.
4. Məqsədlərinizi paylaşın
“Apple”ın ortaq təsisçilərindən Adam Çeyer hədəfləri başqaları ilə paylaşmağın vacibliyinə diqqət çəkir.
“Airbnb” süni intellekti təcrübəsi üzərində çalışan tədqiqatçı deyir ki, “Əgər siz öz məqsədlərinizi bölüşsəniz, başqaları da sizə kömək edə bilər. Kainat sizə bu məqsədə çatmağınıza imkan verəcək. Bu, mənim üçün əla vasitə oldu”.
5. Mənalı bir şey edin
Alter həmçinin öz dəyərlərinə uyğun fəaliyyətlərə vaxt ayırmağın vacibliyini vurğulayır və deyir: “Bu üsul həyatınızın heç bir maraq göstərmədiyiniz sahələrində ilişib qaldığınız zaman sizi irəli apara bilər”.