vaxtlı-vaxtında oxuyun! Bazar, 15 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
CƏMİYYƏT  
14:01 | 26 avqust 2024 | Bazar ertəsi Məqaləyə 523 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Durov Bakıda kimlərlə görüşüb?

“Telegram”dan Azərbaycanın maraqları üçün faydalanmaq doğru olardı

Osman GÜNDÜZ

MÖVZU İLƏ ƏLAQƏLİ

Dərhal qeyd edim ki, 1 milyard istifadəçiyə və 20 milyard sərvətə sahib olan bir sosial media rəhbərinin Bakıda olması və Azərbaycan xüsusi xidmətinin diqqətindən kənar olması müzakirə predmeti ola bilməz.

Sübutlarım olmasa da tam əminəm ki, Pavel Durov Bakıda DTX (Kibertəhlükəsizlik Mərkəzi), DİN (Kibertəhlükəsizlik Baş İdarəsi) və ola bilsin ki XRİTDX (CERT) rəhbərləri ilə görüşüb.

“Telegram” qlobal sosial media resursu messencer və informasiya mənbəyi olaraq Azərbaycanda da yetərincə istifadə olunan bir şəbəkədir, dövlət sektorunda da populyardır.

Həmçinin anti Azərbaycan qüvvələrin də faydalandığı resursların biri elə “Telegram”dır.

Təsadüfi deyil ki, Pavel həbs olunandan sonra onun Azərbaycanda olmasını şərh edən erməni kanallarının Pavelin Azərbaycanla əməkdaşlığndan ehtiyalandıqları görsənirdi.

Bu baxımdan adı çəkilən qurumların rəhbərlərinin daşıdıqları vəzifə baxımından belə bir şəxslə görüşməyə can atmaması, görüşməməsi məndə təəccüb və təəssüf yaradardı.

Düşünürəm belə bir görüşdə Azərbaycanın və müttəfiq ölkələrin Pavel Durovla, “Telegram”la əməkdaşlıq məsələləri müzakirə predmeti ola bilərdi.  

Belə baxanda, Pavel Durovun Bakıda olması və Prezident İlham Əliyevlə görüşünün olmaması da mənim üçün düşündürücüdür. Üzərində bir milyard  insanın “oturduğu”,  Rusiyada və qonşu ölkələrdə əsas informasiya mənbəyi rolunu oynayan, qlobalda həm də  anti Azərbaycan “silahı” olaraq istifadə olunan bir resursun sahibinin, ümumiyyətlə dünya düzəninə təsir edə biləcək birisinin Azərbaycanda olması və siyasi elitanın diqqətindən kənarda qalması ağlasığmazdır.

Belə bir statusda şəxsin Azərbaycana gəlişinin ölkənin birinci şəxsindən xəbərsiz olması, qeyri-rəsmi formada olsa da görüşlərə səy göstərilməməsi inandırıcı deyil.

Fikrimcə belə bir görüş Azərbaycanın maraqlarına cavab verən bir addım olardı.

Bəlkə də Makronu və digərlərini hiddətləndirən elə bu olub.

Mənə elə gəlir ki, o yalnız Putinlə görüş üçün gəlməmişdi.

Yalnız bir sirli məqam var.

Nə üçün həbs olunacağını bilərək Pavel Durov Fransaya uçub?

Yeri gəlmişkən, bizim “Telegram” istifadəçilərimiz soruşurlar ki, bundan sonra “Telegram”dan istifadə necə olacaq?

Əslində “Telegram”ın digər sosial resurslara nisbətən daha təhlükəsiz olması görüntüsü olsa da, gizlilik, şəffaflıq və hesabatlılıqla bağlı onda da yetərincə problemlər vardı.

Düşünürəm ki, əvvəlki qaydada bu sosial resursdan da şəxsi və ictimai maraqlar, Azərbaycanın maraqları üçün faydalanmaq doğru olardı.

Sadəcə, fərqində olmaq lazımdır ki, “Telegram” daha təhlükəsiz deyil. Xüsusilə də bundan sonra ...