vaxtlı-vaxtında oxuyun! Cümə, 11 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
10:22 | 14 avqust 2024 | Çərşənbə Məqaləyə 1730 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

QURBANsız zəfər olmaz!

Qurulan Ağdamın klubundan darmadağın qələbə

Anar NATİQOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Əgər onun rəhbərlik etdiyi komanda “Qarabağ” olmasaydı bəlkə də üzərində bu qədər məsuliyyət olmazdı... Qarabağ kəlməsi Azərbaycan xalqı üçün həm acının, kədərin, məğlubiyyətin, həm də sevincin, zəfərin simvoludur.

30 il öncə müxtəlif daxili və xarici oyunlarla biz Qarabağımızı müvəqqəti itirdik. Amma xalqımız hər zaman zəfərə inandı, təmkinlə o günü gözlədi.

İndi Qarabağ işğaldan azad olub. Eyni adlı komanda Avropada at oynadır. Amma bu idmandır. Bəzən məğlubiyyət də ola bilər. Amma xalq Qarabağ adının yalnız zəfərlə bərabər səslənməsini arzulayır. Ona görə kiçik bir büdrəmədə belə təəssüf, hətta qəzəb yaranır.

Amma Qurban təmkinini pozmur, yenə inanır, yenə çalışır və uğurlarını artırır, hər dəfə daha yaxşısını etməyə çalışır.

Bəlkə də kimsə məni pafosda ittiham edəcək. Amma mən Qurbanın duruşunda, təmkinində, peşəkarlığında bir zaman “Qarabağ”ın futbolçusu və baş məşqçisi olmuş əfsanəvi komandir Allahverdi Bağırovun mətinliyini görürəm.

Milli qəhrəmanımız Ağdam, Qarabağ və “Qarabağ” üçün canını QURBAN verdi.

Qurban Qurbanov isə Allahverdi kimi oğulların əmanəti olan "Qarabağ" üçün mümkün olanın ən yaxşısını etməyə çalışır və bacarır. Son 11 ildə “Qarabağ” 10 dəfə ölkə çempionu olub. Avropada 11 ildə (bir dəfə Çempionlar Liqası olmaqla) final qrup turnirinə vəsiqə qazanıb. Bu indiki Azərbaycan futbolu reallığında fantastik bir nəticədir.

Qarabağın, “Qarabağ”ın adına layiq olan da budur. Çətinliklərin öhdəsindən gələrək, döyüşərək nəticəyə , qələbəyə nail olmaq.

Keçən mövsüm səfərdə Avropanın ən güclü komandası “Bayer” üzərində qələbəni və Avropa liqasında yarimfinal şansını son saniyələrdə əldən verdik...

Dünən isə 13 ildir ardıcıl Bolqarıstan çempionu olan “Luqoqorets”i öz evində 7-2 darmadağın etdik. 1945-ildə ildə yaranmış bu komanda indiyə qədər öz evində heç vaxt bu hesabla məğlub olmamışdı.

Bəzən deyirik. Adam inana bilmir Şuşa, Ağdam, Xankəndi, Kəlbəcər, Laçın, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan bizdədir, azaddır. Adama yuxu kimi, möcüzə kimi gəlir...

Eləcə də “Qarabağ”ın möhtəşəm zəfərləri. Yuxu kimi, möcüzə kimi. Ən önəmlisi inanmaqdır, sonra isə peşəkarlıq, əzm, durmadan çalışmaq, bəzən sağlığını belə bu yolda QURBAN etmək. QURBANsız zəfər olmaz, QURBANsız “Qarabağ” olmaz! Sənə QURBAN “Qarabağ”!!!