vaxtlı-vaxtında oxuyun! Bazar, 1 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
İSTİRAHƏT  
09:59 | 24 may 2024 | Cümə Məqaləyə 4679 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ətraf aləmdə “yox olun”

Uğurlu tətil üçün sosioloq məsləhətləri: “Çox seçim etməyin, rahatlıqdan qaçın”

MEHİN

MÖVZU İLƏ ƏLAQƏLİ

  • Hava limanında tətil

    Belçikanın Şarlerua aeroportunda bütün uçuşlar təxirə salınıb

  • 8 saatlıq tətil

    İtaliyada ictimai nəqliyyat işçilərinin etirazı insanları yağışlı havada yollarda qoyub

  • Yayda harda dincələk?

    Hələ may ayı olsa da, artıq istirahət fəsli olan yayın xoş ab-havası duyulmaqdadır

ABŞ-nin “Wall Street Journal” (WSJ) qəzeti yaxşı bir tətil üçün sosioloji araşdırmalarla dəstəklənən məsləhətləri paylaşdı. Xoşbəxtliyin qavranılması və qida vərdişləri ilə bağlı araşdırma aparan ABŞ-ın Karnegi Mellon Universitetindən Ceff Qalakın məqaləsində uğurlu tətil üçün tövsiyələr yer alıb.

 

Yanaşmanızı dəyişdirin

 

Qalak, nə qədər çox qidalansanız, ondan bir o qədər çox bezəcəyinizə diqqət çəkərək, istirahət edənlərin də bunu nəzərə alaraq fəaliyyətlərini planlaşdırmalarının lazım olduğunu qeyd etdi.

Akademik 2009, 2011 və 2012-ci illərdə apardığı araşdırmalara əsaslanaraq təklif edib ki, istirahət edənlərin tətildən bezməmək üçün hər hansı şeydən zövq alsalar belə, bunu təkrar etməmələrini məsləhət bilib.

Qalak, hər bir fəaliyyət üçün ayrı bir gün ayırmaq əvəzinə, günün fərqli saatlarını müxtəlif fəaliyyətlərlə məşğul olmağın daha faydalı olacağını bildirib: “Çeşidliliyi nə qədər artırsanız, aldığınız ləzzətdən bir o qədər az bezəcəksiniz”.

Məqalədə müxtəlif fəaliyyətlər arasında istirahət vaxtının verilməsinin əqli və fiziki sağlamlıq üçün vacib olduğu da vurğulanıb.

 

Seçimlər arasında itməyin

 

Tətil zamanı çoxlu yaşayış, tur paketləri, restoran və gəzməli yerlər variantlarının olduğunu yazan Qalak, bütün bunları əhatəli bir şəkildə müqayisə edərək plan hazırlamaqda hövsələsizlik yarana biləcəyini bildirib.

Akademik qeyd edib ki, hər bir variantı dəyərləndirmək və ən yaxşısını etməyə çalışarkən gözlənilməz vəziyyətlərdə tez təəssüflənə bilərsiniz.

İstirahət edənlərə “seçimin həddən artıq yüklənməsindən” qaçmaq və bəzən çox dərin araşdırmalar aparmadan öz planlarını tamamlamağı tövsiyə edilib.

 

Rahatlıq zonanızdan çıxın

 

Qalak qeyd edib ki, tətil zamanı yalnız müsbət təcrübələr yaşamağa və yaxşı xatirələr toplamağa çalışmaq, bir nöqtədən sonra səyahət planlarını konkret hala gətirə bilər.

Akademik “Taksi əvəzinə ictimai nəqliyyata minin. Ən yaxşı oteldə qalmaqdansa, daha ucuz yer seçin. Telefonunuzu oteldə qoyub ətraf aləmdə “yox olun””, – deyib.

Qalak yazıb ki, burada əsas məqsəd tanış və rahat təcrübələrdən uzaqlaşmaq və bayram əhvalını fərqli etmək üçün bəzi çətinlik və mənfiliklər əlavə etməkdir.

Tətillərə ümumi yanaşmalara qarşı çıxan tədqiqatçı tövsiyələrini belə yekunlaşdırıb: “Özünüzü daha çox planla yormayın, sevdiyiniz şeylərdən az məşğul olun, əylənməyə ara verin. Əslində sizi narahat edəcək işlərə yönəlin. Ediləcək ən ağıllı variant əvəzinə, tam əksini edin”.