vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 31 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
TURİZM, NƏQLİYYAT  
Belçikada dəmiryolçuların tətili 20:05 | 21 mart 2025 | Cümə Məqaləyə 173 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Belçikada dəmiryolçuların tətili

İşçilərin bir həftəlik etiraz səbəbindən hərəkət xidmətlərinin azalacağı xəbərdarlığı yayılıb

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Belçikada dəmiryol işçiləri planlaşdırılan maliyyə ixtisarına və iş şəraitlərindəki dəyişikliklərə etiraz etmək üçün bir həftəlik tətil etmək qərarına gəliblər.

Milli dəmir yolu şirkəti SNBC, bütün bölmələrdəki Müstəqil Birlik üzvlərinin martın 23-dən 30-a qədər tətilə çıxacağını və hərəkət səbəbiylə qatar xidmətlərinin azalacağını açıqlayıb.

Açıqlamada tətilin təsirinin həftə ərzində daha sıx olacağı və mövcud heyətdən asılı olaraq hər gün alternativ qatar xidmətlərinin təklif ediləcəyi qeyd edilib.

SNBC-nin internet saytında və tətbiqində qatar xidmətlərinin 24 saat əvvəldən izlənilə biləcəyi bildirilib və sərnişinlərə planlarını buna uyğun qurmaları və xidmətləri yoxlamaları tövsiyə edilib.

Açıqlamada tətilin bu mərhələdə beynəlxalq qatar xidmətlərinə təsirinin gözlənilmədiyi və qeyd olunan tarixdə səyahət etməyi planlaşdıranlardan müvafiq yeniləmələri yaxından izləmələri istənilib.

Belçikada hökumət 2029-cu ilə qədər dəmir yolu sektorunda 250 milyon avroluq ixtisar etməyi planlaşdırır.

Əsasnamə işçilərin statusunun dəyişdirilməsi, maşinistlərin pensiya yaşının artırılması, işçilərin mərhələli şəkildə müqaviləli kadrlara çevrilməsi və iş şəraitində dəyişiklik edilməsi məqsədi daşıyır.

Həmkarlar ittifaqı hökumətin planlaşdırdığı dəmir yolu islahatının xidmət keyfiyyətinə və işçilərin iş şəraitinə mənfi təsir göstərəcəyini əsas gətirərək ona qarşı çıxır.