vaxtlı-vaxtında oxuyun! Bazar, 1 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
MÜƏLLİF  
11:01 | 13 noyabr 2022 | Bazar Məqaləyə 908 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kütlə – cəmiyyətin “qara dəlik”i

Yaxud heç bir özəlliyi olmayanların “ortaq dəyəri”

Aqşin YENİSEY

Fransız sosioloqu Bodriyar kütləni “Qara dəlik”ə bənzədir. Kütlə xalqın, cəmiyyətin “qara dəlik”idir. Bu “qara dəlik” necə yaranır? Heç bir özəlliyi olmayan insanların, onları heyran edən “ortaq dəyər”lərinin kəşfi və təbliğiylə. Əsas məsələ bu “ortaq dəyəri” tapmaqdır. Bu “ortaq dəyər” tək halda heç kim olduğunu hiss edən insanlara bir kimlik bəxş edən, Nitsşenin sözləri ilə desək, onları öldürməyib, gücləndirən psixoloji-mistik varlıqlar da ola bilər, Vladimir İliç Lenin də.

Din dayaq nöqtəsi olaraq ən günahsız, çarəsiz, yetim insanı seçir, kommunizm dayaq nöqtəsi olaraq ən yoxsul insanı önə çıxarır. Demokratiya ən hüquqsuz vətəndaşı “ortaq dəyər”ə çevirir, feminizm ən qaragünlü qadını öz bayrağının sapına keçirir və s. Çünki eqo özündən güclüyə qorxu, özündən zəifə mərhəmət adlı emosional bir bağla daha tez bağlanır.   

Beləliklə, “ən axırıncılar” onları “ortaq dəyərə” çevirib kimlik qazandıran özlərinin “ən birincilərini” yaradırlar və onun simasında, əslində, özlərinə heyran olurlar. Buna sosiologiyada “kütlə narsisizmi” deyilir. 

Bu gün Azərbaycan xalqı televizorlarda ancaq onun özünü göstərən verilişlərə baxır, onun öz zövqünü ifadə edən mahnılara qulaq asır. Onun özünün sözünü deyən, onun özü kimi düşünən insanları ilahiləşdirir. 

Televizorlarda, sənətdə, sosial şəbəkələrdə özünə heyran olan narsist kütlə, Bodriyarın dediyi o “qara dəlik” bir-bir fərdləri udur. Bu dəliyə düşməmək üçün müqavimət göstərənlər lənətlənir. Bəzən şəxsi uğursuzluqlarının qisasını cəmiyyətdən almaq istəyən farmazonlarımız da düşməyənləri bu “qara dəliyə” düşməyə həvəsləndirir.    

Halımızı əldəqayırma əndamında belə bizi özümüzün heyranına çevirən müğənnimiz daha səmimi ifadə edir: 

“Zülm, zülm, zülm ...”.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)