vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
MÜƏLLİF  
15:56 | 16 sentyabr 2019 | Bazar ertəsi Məqaləyə 5105 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Pinokkio, Çəkməli Pişik və Kirpi…

O, dumanın içərisinə girdi və görünməz oldu (“Kirpi dumanda” cizgi filmindən…)

Vüsal BAĞIRLI

Qızımla bir oyun oynayırıq. Nə bilim, bəlkə də sizin üçün də faydalı və maraqlı ola bilər.

Deməli qaydaya görə, o, məndən hər gün bir ölkə adı, bir  heyvan adı, bir də quş adı soruşur. Mən ölkəni, quşu və ya heyvanı söyləyirəm. O, isə uşaq ensiklopediyasına baş vurur, araşdırır, tezcə onlar haqqında uyğun məqaləni tapıb oxumağa çalışır.

Dünənki mövzumuz, uyğun olaraq, İtaliya və kirpi oldu. Əvvəlcə,  “Aтлас страны зарубежной европы” xəritələr toplusuna və “Google map”ə baş vurub, İtaliyanın Apenin yarımadasındakı uzunsov, qəribə mövqeyinə tamaşa etdik.

Qızım qaşlarını dartdı, genişlənmiş göz bəbəkləri ilə təəccüblə mənə baxdı və dedi:

- Ata bu lap “Çəkməli pişiyin” ayaqqabılarına bənzəyir ki?!

Gülümsündüm və başımla təsdiqlədim.

Sonra onunla İtaliyanın iqlimi, əhalisi, Florensiya, Venesiya və Milan şəhərləri haqqında məlumatlarla tanış olduq. Təbii ki, məşhur italyan nağıllarını da unutmadıq. Canni Rodarinin “Celsomino yalançılar ölkəsində” və “Çippolinosu”nu, Karlo Kollodinin “Pinokkiosu”nu, onun yalan danışdıqca uzanan burnunu xatırladıq.

Kirpi haqqında yazını oxumazdan əvvəl, “youtub”un köməyi ilə  Yuriy Norişteynin məşhur “Kirpi dumanda” çizgi filmini də seyr etdik.

Hər birimiz tanınmaz, bilinməz, mübhəm bir mühitdə özümüzü necə hiss edirik, başımıza nələr gələ bilər? Bax film də bundan nəhs edir. Film həyatın özünü, onun qaydalarını bizə başa salır. Çünki, həyat özü də bir dumandır. Sanki, hər şey ilk baxışda sadə görünür. Hər şeyi görürsən, insanları, yolları, dağları, üfüqdəki meşəni. Lakin, əsl gerçəkliyi, insanların içini, daxili aləmini, fikirlərini görə bilmirsən. Oralar mübhəm bir dumana qərq olmuşdur.

Elə kirpinin balıqla qarşılaşdığı epizodda olduğu kimi, bəzən insan çıxılmaz vəziyyətə düşdüyü, çətinliklə üzləşdiyi məqamda gözləmədiyi başqa birisindən kömək alır. Tanımadığı bir insan onun qaolundan tutub, dayaq olur.

Sonra, kirpi haqqında yazılara göz atdıq və qorxu anında iynəli yumağa dönən bu qəribə heyvana dair maraqlı faktları  oxuduq:

Sən demə, kirpinin adı, latınca “ericius” kimi yazılır və  “tikanlı sədd” mənasını verir. Kirpinin bədənində təxminən iki minə qədər iynə olur. Heyvanın qış yuxusu 128 gün çəkir. Kirpi yatarkən, bədənini temperaturu 2 dərəcəyə qədər enir. Kirpi zəif görsə də, iybilmə və eşitmə qabiliyyətinə söz ola bilməz. Onlar üzməyi bacarsalar da, suda çox qala bilmirlər.

Kirpilərdə ilan zəhərinə qarşı təbii immunitet də olur. Kirpiyə həmçinin, mərgümüş, sianid turşusu, kalium sianid kimi təhlükəli zəhərlər əsla təsir etmir.

Beləliklə, təxminən bir saat ərzində oyunumuz bitdi.

Artıq pəncərə önündə qaranlığın qalın pərdəsi endirilmişdi. İkimiz də eyvana çıxdıq və ulduzlara tamaşa etməyə başladıq…

“Kirpi dumanda” filminin ilk sözləri yadınızdadırmı?

“Axşamlar kirpi səmadakı ulduzları saymaq üçün ayıgilə gedirdi…”


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)