vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
TƏDBİR  
17:43 | 15 iyun 2013 | Şənbə Məqaləyə 1781 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

DİP qurultay keçirdi

Partiya sədri vəzifəsində qaldı

Cavid TURAN, musavat.com

MÖVZU İLƏ ƏLAQƏLİ

İyunun 15-də Demokratik İslahatlar Partiyasının IV qurultayı keçirilib. Qurultayda partiyanın 55 rayon şöbəsindən 132 nəfər nümayəndə iştirak edib. Partiya sədri Asim Mollazadə partiyanın qurultaylararası dövrdə fəaliyyəti ilə bağlı hesabat verib. O, ölkədəki ictimai-siyasi duruma, təhsil, səhiyyə, mədəniyyət, gənclər və qadınlarla bağlı problemlərə, Ermənistan-Azərbaycan münaqişəsinin hazırkı vəziyyətinə, Azərbaycanın xarici siyasətinin prioritetlərinə toxunub. DİP-in ötən dövr ərzində ölkənin həyatında vacib rol oynayan layihələri, keçirdiyi tədbirlər barədə məlumat verib. A.Mollazadə həmçinin partiyanın qanunvericilik sahəsindəki təşəbbüsləri ilə bağlı fikirlərini bölüşüb.

Mərkəzi Təftiş Komissiyasının (MTK) sədri İlkin Həsənov da öz hesabatında partiyanın ötən dövr ərzində nizamnamənin tələblərinə uyğun fəaliyyət göstərdiyini, heç bir ciddi nöqsana yer vermədiyini ifadə edib. Partiya nizamnaməsinin tələbinə uyğun olaraq, qurultay partiya sədrini, Siyasi Şura və MTK-nın üzvlərini yenidən seçib. Nazim Abdullayev partiya sədrliyinə Asim Mollazadənin namizədliyini irəli sürüb. Asim Mollazadə əksəriyyətin səsini qazanaraq yenidən partiyanın sədri seçilib. Asim Mollazadə, İnqilab Əhmədov, Nazim Abdullayev, Eduard Çernin, Fatimət Ağamirzəyeva, Gülnarə Məmmədzadə, Mərdan Əfəndiyev, Ülkər Abdullayeva, Ramin Hacılı, İlkin Həsənov, Cəmilə İbrahimova Siyasi Şuranın, Ramiz Əliyev, Çingiz Abdullayev, Roman Temnikov isə MTK-nın üzvü seçiliblər. Cari məsələlərin müzakirəsi zamanı qarşıdan gələn Azərbaycan Respublikası prezidentinin seçkisinə də toxunulub. Qurultay partiyanın seçkidə iştirakını vacib hesab edib və prezident seçkilərində iştirak formasının müəyyənləşməsinə dair qərar çıxarmaq səlahiyyətini Siyasi Şuraya həvalə edib.